“Təsdiq edirəm”
Azərbaycan Dillər Universitetinin
rektoru akad. K.M.Abdullayev _________
Elmi Şuranın “25” dekabr 2024-cü il
tarixli iclasının qərarı ilə təsdiq
edilmişdir (protokol №41).
Azərbaycan Dillər Universiteti Publik Hüquqi Şəxsin Müsabiqə Komissiyasının
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar.
1.1. Müsabiqə Komissiyası (bundan sonra “Komissiya” adlandırılacaq) Azərbaycan Dillər Universitetində (bundan sonra “Universitet” adlanacaq) yaradılmış kollegial qurumdir, universitetin rektoruna tabedir.
1.2. Komissiya öz fəaliyyətində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Əmək Məcəlləsini, Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ-hüquqi aktlarını, Universitetin Nizamnaməsini və Əsasnaməni rəhbər tutur.
1.3. Komissiya bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində Universitetin struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Komissiya öz fəaliyyətini Azərbaycan Dillər Univeitetinin əsas binasında, Baki şəhəri, R.Behbudov 134 ünvanında həyata keçirir.
2. Komissiyanın əsas məqsədi.
2.1. Universitetin layiqli və peşəkar kadrlarla təmin edilməsini, habelə yeni şəxslərin işə götürülməsi və ımiqavilə müddəti başa çatmış əməkdaşlarla əmək münasibətlərinin təzələnməsini cjanunvericiliyin tələblərinə uyğun olaraq obyektiv və kollegial formada həyata keçiril.
3. Komissiyanın əsas vəzifələri.
3.1. Azərbaycan Dillər Universitetində mütəxəssislərin və professor-müəllim heyətinin işə qəbulu, seçilməsi və işdən azad edilməsi prosedurlarının qanunvericiliyə uyğun olaraq təşkili və müvafiq qurumların fəaliyyətinə nəzarətin həyata keçirilməsi.
3.2. İşlə əlaqədar Universitetə müraciət edən şəxslərin sənədlərinin incələnməsi, müvafiq ilkin müsabiqələrin keçirilməsi və işə qəbul edilib-edilməməsi ilə əlaqədar rəhbərliyə uyğun təkliflərin hazırlanıb verilməsi.
3.3. Müqavilə müddəti başa çatmış işçilərin müqavilələrinin təzələnməsinin qanunvericiliyin tələblərini gözləməklə məqsədəuyğunluğu məsələlərinə baxılması.
3.4. Komissiyanın fəaliyyətinin İnsan Resursları şöbəsinin fəaliyyəti ilə əlaqələndirilməsi.
3.5. Komissiyanın səlahiyyətlərinə dair məsələlər üzrə Universitetə daxil olan müraciətlərə baxılması, məktub və sorğulara cavabların hazırlanması.
3.6. İşçilərin attestasiyasının qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməsinin təşkili.
3.7. Komissiyanın səlahiyyətinə dair digər məsələlərin həlli.
4. Komissiyanın hüquqları.
4.1. Bu Əsasnamədə nəzərdə tutulan fəaliyyətləri təmin etmək üçün lazım olan məlumat və sənədləri Universitetin struktur bölmələrindən almaq.
4.2. Әmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və digər zəruri məsələlərlə əlaqədar olaraq Universitetdə çalışan vəzifəli şəxslərdən və əməkdaşlardan izahat almaq.
4.3. Universitetə işə qəbul olunmaq istəyənlərin tutacağı vəzifəyə uyğunluğu, müqavilə müddəti başa çatmış əməkdaşların vəzifəsini davam etdirə bilməsi və ya müsabiqəyə buraxılmasının məqsədəuyğunluğu ilə əlaqədar qərar vermək.
5. Komissiyanın fəaliyyətinin təşkili.
5.1. Komissiyanın tərkibi və iş qaydası Universitetin rektoru tərəfindən təsdiq edilir.
5.2. Komissiyaya Universitetin rektoru tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən komissiya sədri rəhbərlik edir. Komissiya sədri öz fəaliyyətini Universitetin rektoru (və ya Elmi Şurası) tərəfindən təsdiq edilmiş bu Əsasnaməyə əsasən həyata keçirir.
5.3. Komissiya üzvləri arasında vəzifə bölgüsü komissiya sədri tərəfindən aparılır.
5.4. Əsasnamədə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsinə görə əsas məsuliyyəti komissiya sədri daşıyır.
5.5. Komissiya sədri olmadıqda, onun səlahiyyətlərini rektorun göstərişi əsasında komissiya üzvlərindən biri həyata keçirir.