ELMİ-TƏDQİQAT

Jurnal haqqında

          “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 19 mart 2016-cı  il tarixdə № 1105-A1-419 nömrə ilə Ədliyyə Nazirliyində uçota alınmış mətbu nəşrdə 27 may 2019-cu il tarixindən etibarən dəyişiklik edilmişdir.

          Mətbu nəşrin adı: ADU-nun Elmi xəbərləri (humanitar və ictimai elmlər)

          Məqsədi: Dilçilik, Ədəbiyyat, Pedaqogika, Psixologiya, Metodika, Tarix və ictimai elmlər, Tibbi biliklər və s. elmlərin inkişafına təkan verəcək elmi nəzəri və elmi-tədqiqat işlərinin nəşri

          2024-cü ilin yanvar ayından jurnalımızın saytı fəaliyyət göstərir. Sayta jurnalın əvvəlki illərin arxivi yüklənmişdir. Müəlliflər məqalələrini birbaşa bura yükləyə bilərlər. DOİ, Crossreff, open access indeksi təqdim edilmişdir. DOİ- elmi məqalələr, nəşrlər kimi rəqəmsal obyektlərə təyin edilmiş unikal daimi identifikatordur. Open access – sistemlərində çap olunan məqalələrə giriş ödənişsiz açıqdır. Bu da istinad indeksinin artmasına təsir edir. Jurnalın elektron ISSN-i alınmışdır. E-ISSN – Beynəlxalq Standart Seriya Nömrəsi – elmi jurnal və digər dövri nəşriləri müəyyən etmək üçün istifadə edilən unikal 8 rəqəmli nömrədir. Jurnalın hər nömrəsi vaxtı-vaxtında jurnalın saytına, Ali attestasiya komissiyasının saytına, ADU-nun kitabxanasına  yüklənir və çap olunur.  Jurnalın hər nömrədə xarici müəlliflərin məqalələri dərc olunur.

          Dövriliyi: ildə 4 dəfə

          Hüquqi ünvanı: AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134

          Təsisçi olan hüquqi şəxsin təsisçisi( təsisçiləri): Azərbaycan Respublikasının Təhsil Nazirliyi

          Dövri elmi( elektron elmi) nəşrə Beynalxalq Standart Seriya Nömrəsi – İSSN (E-İSSN) kodu İSSN 2015-752X

          Jurnalın elektron versiyası www.aul-journal.com və ya universitetin rəsmi səhifəsində (www.adu.edu.az) kitabxana bölməsində yerləşdirilmişdir.      

           

TƏSİSÇİ: AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Redaksiya heyəti:

Abdullayev Kamal (baş redaktor) 

(Azərbaycan Dillər Universiteti, f.e.d, akademik, AMEA-nın həqiqi üzvü)

Əliyeva Həmidə (baş redaktorun müavini)  

Azərbaycan Dillər Universiteti, f.e.d., professor)

Qəribova Jalə 

(Azərbaycan Dillər Universiteti, f.f.d., dosent)

İmanov Muxtar 

(Azərbaycan Dillər Universiteti, f.e.d., akademik, AMEA-nın həqiqi üzvü)

Alıyev Ceyhun

(Azərbaycan Dillər Universiteti, p.f.d., dosent)

Bayramov Qılıncxan

(Azərbaycan Dillər Universiteti, f.e.d., professor)

Hacıyeva Aytən 

(Azərbaycan Dillər Universiteti, f.f.d., dosent)

Hacıyeva Kifayət 

(Azərbaycan Dillər Universiteti, f.f.d.,dosent)

Xəlilli Şahin

(Azərbaycan Dillər Universiteti, f.e.d., professor)

İmanova Sevda

(Azərbaycan Dillər Universiteti, p.f.d., dosent)

Kərimov Namiq

(Azərbaycan Dillər Universiteti, t.f.d., dosent)

Kunina İrina 

(Azərbaycan Dillər Universiteti, s.f.d., dosent)

Məmmədov Azad

(Azərbaycan Dillər Universiteti, f.e.d.,professor)

Nəbiyeva Nailə

(Azərbaycan Dillər Universiteti, f.f.d., dosent)

Şahmuradov Aqil 

(Azərbaycan Dillər Universiteti, t.f.d., dosent)

İbrahim Ülfət 

(Azərbaycan Dillər Universiteti, f.f.d., prof.əv)

Veysəlli Fəxrəddin 

(Azərbaycan Dillər Universiteti, f.e.d., professor)

Məsləhətçi heyəti:

Nesterov Aleksandr (Rusiya)

(Ural Federal Universiteti, professor)

Miljkovic Emma (Serbiya)

(Belqrad Universiteti, professor)

Türkmən Fikrət (Türkiyə)

(Ege Universiteti, professor)

Dustmurad Curayev (Özbəkistan)

(Özbəkistan Dövlət Cahan Dilləri Universiteti)

Bejenaru Lyudmila (Rumıniya)

(Al. İ.Kuza adına Universiteti, professor)

Lapteva Natalya (Belarusiya)

(Minsk Dövlət Linqvistik Universiteti, rektor)

Ramazan Korkmaz (Türkiyə)

(Qafqaz Universitetləri Birliyi, professor)

Məsul katib: Əliyev Loğman 

(Azərbaycan Dillər Universiteti)

Texniki redaktor: Məhərrəmzadə Amalya

(Azərbaycan Dillər Universiteti)

 

Hörmətli müəlliflər!

Azərbaycan Dillər Universitetinin nəşri olan ― ADU-nun Elmi Xəbərləri(humanitar və ictimai elmlər)‖ sizi dilşünaslıq, ədəbiyyatşünaslıq, pedaqogika, psixologiya, tarix və digər elm sahələri üzrə məqalələr dərc etməyə dəvət edir. Jurnalın ildə dörd (4) nömrəsi nəşr olunur. Məqalələrin çapı pulsuzdur.

Məqaləyə dair tələblər:

1. Digər redaksiyalara təqdim olunmamış məqalələr qəbul edilir.

2. Məqalələr son tədqiqatların nəticələrini əks etdirməli, yeni ideyalarla zəngin olmalı, elmi məqalələrin yazılışına qoyulan tələblər gözlənilməlidir.

3. Məqaləyə müvafiq sahə üzrə elmi dərəcəsi olan mütəxəssisin rəyi, şöbə və ya kafedranın iclas protokollarından çıxarış əlavə olunmalıdır (yalnız Azərbaycandan olan müəlliflər üçün).

4. Məqalənin həcmi 8-15 səhifə olmalıdır.

5. Məqalənin mətni: Times New Roman 14 şrift, 1,5 interval, kənarlar: sağdan 2 sm, soldan 3 sm, aşağı və yuxarıdan 2 sm. Məqalə elektron variantı ilə birlikdə təqdim olunmalıdır.

6. Məqalələr üç dildən – Azərbaycan, ingilis və rus dillərindən birində çap olunur.

7. Məqalə aşağıdakı ardıcıllıqla yazılır:– birinci sətirdə müəllifin adı və soyadı;– ikinci sətirdə iş yeri, elmi dərəcəsi, daha sonra elektron poçtu (E-mail);– üçüncü sətirdə məqalənin adı;

* Açar sözlər – Axtarış sistemlərində məqalənin indeksləşməsinə imkan verən Azərbaycan, ingilis, rus dillərində açar sözlər (3-5 söz);

* Bütöv mətn – Mətn bölmələr üzrə yazılmalıdır. Əlyazma orijinal tədqiqatların nəticələrini təqdim etməli, ümumi qəbul edilmiş nümunəyə uyğun olmalı, giriş (aktuallıq), məqsəd və vəzifələr, nəticə, müzakirə (diskussiya) kimi hissələrdən ibarət olmalıdır.

8. Xülasə məqalənin yazılmadığı iki dildə, məsələn, əgər məqalə Azərbaycanca yazılarsa xülasə ingilis və rus dillərində olmalıdır. Xülasədə ad, ata adı, soyad, məqalənin adı, əsas elmi müddəalar, əldə edilmiş nəticələr, problemin nəzəri və praktik əhəmiyyəti əks olunmalıdır. Xülasələrin həcmi minimum 10-15 cümlə olmalıdır. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.

9. Məqalədəki faktların, məlumatların dürüstlüyünə müəlliflər cavabdehdir. İrəli sürülən elmi müddəalar müəllifin özünə məxsus olmalı, istifadə edilmiş nəzəri fikirlərin mənbəyi  göstərilməlidir.

10. Məqalədə son 10 ildə çap olunan əsərlərə, istinadlara üstünlük verilməlidir.

11. Məqalədə istinadlar APA standartına uyğun şəkildə tərtib edilməlidir.

12. Redaksiya heyəti məqaləni dərc etmək və ya dərc etməkdən imtina etmək hüququnu özündə saxlayır.

13. Jurnal öz profilinə uyğun məqalələri dərc edir.

14. Plagiatlıq faktları aşkar edildikdə həmin məqalənin nəşri dayandırılır.

15. Məqalə müəlliflərinin hüquqları qorunur.

16. Jurnalda ―ardı növbəti nömrədə adı altında seriya məqalələr dərc olunmur.