Scopus resenziyalı nəşrlərin, elmi jurnal, kitab və konfrans materiallarının daxil olduğu ən böyük elmmetrik istinad bazalarından biridir. Scopus 5000-dən artıq beynəlxalq nəşriyyatın 22.000-dən çox nəşrləri və bütün elm sahələri üzrə məqalələrin istinadlarını izləyərək onların keyfiyyətini müəyyənləşdirən göstəriciləri (impact factor) əks etdirir.Scopus illik abunəsi olmayan istifadəçilərə Scopus Preview (məhdud) versiyasını təqdim edir.Scopus Preview və ya Scopus-un ödənişsiz versiyasından istifadə. Scopus-a daxil olan bütün dövri nəşrlər Hirsch indeksinin , CiteScore , SCImago Journal Rank (SJR), Mənbənin Normallaşdırılmış Təsirinin minimum tələb olunan göstəricilərinə uyğunluğunu təmin etmək üçün hər il yoxlanılır.Həmçinin Scopus məlumatları bütün dünya üzrə institutlar, reytinq təşkilatları, maliyyə agentlikləri və hökumətlər üçün tədqiqatın planlaşdırılması və qərarların qəbulu barədə məlumat vermək üçün etibarlı mənbədir.