Hazırda Azərbaycan Dillər Universitetində (ADU) 94 əcnəbi tələbə təhsil alır. Tələbələrin ölkələr üzrə bölgüsü belədir:
- Gürcüstan – 42 nəfər
- Türkiyə – 6 nəfər
- Rusiya – 23 nəfər
- Özbəkistan – 2 nəfər
- Ukrayna – 4 nəfər
- Pakistan – 4 nəfər
- Qazaxıstan – 4 nəfər
- Çin – 3 nəfər
- Türkmənistan – 2 nəfər
- Əlcəzair – 1 nəfər
- ABŞ – 1 nəfər
- Hindistan – 2 nəfər
Universitet əcnəbi tələbələrə münasibətdə açıq və qonaqpərvər mövqedədir. Yeni gələn tələbələrin tədris mühitinə və ölkə mədəniyyətinə rahat uyğunlaşmalaqları üçün müxtəlif tədbirlər keçirilir. ADU-da beynəlxalq tələbələrin rahatlığı, akademik inkişafı və sosial inteqrasiyası üçün bütün zəruri imkanlar yaradılıb.
Bunun bir hissəsi olaraq, əcnəbi tələbələr üçün hər il tanışlıq turları təşkil olunur. Bu turlar zamanı tələbələr universitetin fəaliyyəti, fakültələri, kitabxanası, tədris prosesi və tələbələr üçün yaradılmış imkanlarla tanış olurlar. Həmçinin onlara universitetin daxili qaydaları, sosial tədbirlər və tələbə həyatı barədə ətraflı məlumat verilir. Tədbirlər əcnəbi tələbələrdə müsbət təəssürat yaradır, onların universitet həyatına daha motivasiya ilə başlamalarına şərait yaradır və beynəlxalq tələbələrin universitet mühitinə inteqrasiyasını asanlaşdırır. (https://adu.edu.az/az/xeberler/xeberler/11378.html)
