ELMİ-TƏDQİQAT

ADU-da tədris olunan dillər

Azərbaycan Dillər Universiteti (ADU) ölkəmizdə dil tədrisi, tərcümə və beynəlxalq əməkdaşlıq sahəsində çoxşaxəli fəaliyyət göstərən ən böyük ali təhsil ocaqlarından biridir. Universitet daxilində Avropa Şərq və regional qrupları əhatə edən iyirmidən çox aparıcı dünya dili yüksək səviyyədə tədris olunur. Tələbələr ingilis, alman, fransız, ispan, və italyan kimi ən çox danışılan dillərlə yanaşı Çin, Koreya, yapon, ərəb, hindi və digər dilləri öyrənmək imkanı qazanırlar.

Tədris prosesində yalnız klassik dil qaydaları yox, həm də ən müasir interaktiv təlim metodikaları kommunikativ yanaşmalar və rəqəmsal texnologiyalar tətbiq edilir.

Fəaliyyət göstərən müxtəlif dil və mədəniyyət mərkəzləri tələbələrin öyrəndikləri dilin canlı mühitinə daxil olmasına birbaşa şərait yaradır.

ADU qlobal təhsil məkanına inteqrasiya məqsədilə dünyanın bir çox nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edir. Tələbələr Avropa İttifaqının Erasmus+ və Türkiyənin Mövlanə kimi beynəlxalq mübadilə proqramlarında fəal şəkildə iştirak edirlər. Eyni zamanda Böyük Britaniyanın Esseks Universiteti ilə reallaşdırılan ikili diplom layihəsi və Fransanın Strasburq Universiteti ilə birgə proqramlar tələbələrə beynəlxalq dərəcə qazanmaq şansı verir. Bu əlaqələr çərçivəsində reallaşan xarici müəllim və tələbə mübadiləsi universitetin elmi potensialını davamlı olaraq zənginləşdirir

Azərbaycan Dillər Universitetində tədris olunan əsas xarici dillər aşağıdakılardır

·         İngilis dili

·         Alman dili

·         Fransız dili

·         İspan dili

·         İtalyan dili

·         Rus dili

·         Çin dili

·         Koreya dili

·         Yaponiya dili

·         Ərəb dili

·         İvrit dili

·         Hindi dili

·         İndoneziya dili

·         Norveç dili

·         Macar dili

·         Serb dili

·         Rumın dili

·         Yunan dili

·         Belarus dili

·         Türk dili

·         Özbək dili

·         Erməni dili