TƏLƏBƏ HƏYATI

MEVLANA

Azərbaycan Dillər Universiteti Türkiyənin Mevlana mübadilə proramına 2013-cü ildə qoşulub. Mevlana proqramı çərçivəsində imzaladığı müqavilələrə əsasən ADU aşağıdaki Türkiyə universitetləri ilə əməkdaşlıq edir:

  • Ankara University
  • Ordu University
  • Marmara University
  • Haceteppe University
  • Cümhuriyyet University

Təqaüdlərdən əlavə layihə ilə bağlı qrantlara aşağıdakılar daxildir:

  1. Səyahət, qəza və sağlamlıq sığortası
  2. Yol xərcləri
  3. Viza xərcləri
  4. İştirak xərcləri

Kimlər müraciət edə bilər?

Bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru dərəcəsi üzrə təhsil alan şəxslər, professor-müəllim heyəti və inzibati heyət müraciət edə bilər. Mobillik bakalavr pilləsinin ikinci və üçüncü kurslarını əhatə edir. Magistr tələbələri isə təhsillərinin birinci kursunda müraciət edərək ikinci kursda proqrama qoşula bilərlər.

Ətraflı məlumat üçün ADU-nun Beynəlxalq Əlaqələr Departamentinə müraciət edə bilərsiniz (əsas tədris binası).