Struktur
Kitabxana Şöbəsi
Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir. Bununla yanaşı oxucuların kitabxanaya yazılışını təşkil edir, oxucu qrupları üzrə xidməti həyata keçirir. Fondların komplektləşdirilməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir: Mərhələli şəkildə bütün fondun qeydiyyatı, oxucuların məlumat bazasının yaradılması, elektron kitab verilişi kimi mühüm proseslər işlənilir.
Oxu zalları bölməsi
Zalda ensiklopediyalar, lüğətlər, məlumat sorğu kitabları, dərsliklər və s.ədəbiyyat növləri açıq rəf üsulu ilə yerləşdirilmişdir. Eyni zamanda yeni alınmış ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil edilir.Oxucunun İnformasiya mənbələrindən istifadəsinə kömək göstərmək, bələdçilik etmək, kitabxana texnologiyaları və kolleksiyaları haqqında istənilən anda təlimat verilir.
Elektron‐informasiya xidmətləri universitet, respublika, beynəlxalq informasiya şəbəkəsinə informasiya resurslarına girişi təmin edərək oxuculara daha effektiv xidməti həyata keçirməyə imkan verir. Elektron xidmətin inkişaf etdirilməsinin zəruriliyi müasir kitabxanada baş verən dəyişikliklərlə əlaqələndirərək ehtiyac duyulan mövzular üzrə xüsusi arayışlarla da xidməti həyata keçirilir.
İnformasiya Xidməti və Rəqəmsallaşdırma şöbəsi
- Kitabxana –informasiya xidmətinin təşkili
- İnformasiya soraq-biblioqrafiya xidməti, qəzet və jurnallardan analitik yazıların seçilib elektron kartotekaya daxil edilməsi,
- Kitabxana Veb-səhifəsinin operativ yenilənməsi,
- Avtomatlaşdırılmış Kitabxana Sistemində əlavə və dəyişikliklərin fəaliyyətinə nəzarət,
- Rəqəmsal Kitabxananın yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işinin təşkili,
- Oxucu sorğusu ilə İnternetdə faydalı məlumatların və saytların axtarışının təmin edilməsi,
- Kitabxanada həyata keçirilən kütləvi tədbirlərin saytın “xəbərlər” blokunda təqdimatı,
- Biblioqrafiya informasiya resursların yaradılması və saytda yerləşdirilməsi işlərini həyata keçirir.
Komplektləşdirmə və sistemləşdirmə bölməsi
- Elektron komplektləşdirmə, elektron kataloqlaşdırma, elektron tam mətnli məlumat bazaları yartmaqla şöbədə işin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks olunması mərhələləri 2006-cı ildən Avtomatlaşdırılmış Kitabxana sistemi əsasında aparılır.Tədris prossesini ədəbiyyat ilə təmin etmək kimi öz ənənəvi funksiyasından əlavə yerli və eyni zamanda dünya resurslarına operativ giriş imkanı ilə təmin edən informasiya mərkəzi rolunda çıxış edir.
Analtik İnformasiya xidməti bölməsi
İstinad və araşdırma yardımı, kitabxana təlimatıı, araşdırma məsləhətləşməsi,
kolleksiya hazırlanması və materialların kolleksiyası, statistik biblioqrafiya adlanan bibliometrik araşdırmalarla elmin inkişafının araşdırılması, tədqiqatın qiymətləndirilməsi və kitabxana kolleksiyalarının idarə olunmasına tətbiq
edilməsi.