Təhsil

Əziz tələbələr və müəllimlər!

Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı (Azərbaycan və rus dillərində) Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik. Xarici dillərdə A1 və A2 səviyyəli dərsliklər, sadələşdirilmiş bədii ədəbiyyat və s. kitablar da paylaşmaq olar.

Kitab hədiyyə etmək istəyənlər müəllimlər kitabları kafedralarına, tələbələr isə müvafiq dekanlıqlara təhvil verə bilərlər.
Kafedra müdirlərindən və dekanlardan xahiş olunur ki, toplanmış kitabları ADU-nun əsas binasında 4-cü mərtəbədə yerləşən kitabxana filialında, Təbriz korpusunda isə 1-ci mərtəbədəki Elektron xidmət zalında təhvil versinlər.

13 iyun tarixinə olan statistika: 

1. Rektor – 62 kitab 
2. Kitabxana – 112 kitab 
3. Təhsil 1 – 285 kitab 
4. Təhsil 2 – 199 kitab 
5. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi – 113 kitab
6. Tərcümə fakültəsi - 86 kitab 
7. Filologiya fakültəsi – 70 kitab