Təhsil

 Doktorantura Azərbaycan Respublikasında ali təhsilin ən yuxarı səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığı formasıdır. Doktorantura şöbəsi Azərbaycan Dillər Universitetinin struktur vahidi olub, Elm və innovasiya məsələləri üzrə  Prorektorun xidmətinə daxildir.

Azərbaycan Dillər Universitetində elmi-pedaqoji kadr hazırlığına 1949-cu ildən başlanmışdır. Həmin il o vaxtkı Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutununda aspirantura şöbəsi yaradılmışdır. Bu illər ərzində universitetin  aspiranturası görkəmli alimlər yetişdirmişdir. Onlardan İ.Rəhimovun, O.Musayevin, Z.Ağayevin, Q.Quliyevin, Z.Verdiyevanın, D.Yunusovun, F.Veysəllinin, Ş.Xəlilinin, B.Hüseynovun, F.Zeynalovun, B.İsmayılovun  adlarını çəkmək olar.

Qeyd edək  ki, 1949-cu ildən fəaliyyət göstərən Aspirantura şöbəsi hazırda Doktorantura şöbəsi kimi fəaliyyətini davam etdirməkdədir. Şöbə işini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa (2009-cu il), Elm haqqında Azərbaycan Respublikasının  Qanununa (2016-cı il), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli,129 nömrəli qərarı ilə təsdiq edilmiş  “Dokrotanturaların yaradılması və dokrotanturaya qəbul Qaydaları”na,Universitet nizamnaməsinə və illik fəaliyyət planına əsasən qurur. Doktorantura şöbəsinin əsas vəzifəsi universitet nəzdində olan bütün kafedraların əməkdaşları, doktorant və dissertantları ilə işi əlaqələndirmək, fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik etməkdən ibarətdir. ADU-nun struktur  bölməsi olaraq  Doktorantura şöbəsi ölkənin digər ali təhsil müəsisələri, AMEA-nın  institutları, təhsil mərkəzləri və qurumları ilə, yerli və xarici ölkə universitetlərinin  doktorantura şöbələri ilə yaxından əməkdaşlıq edir.

Doktoranturada elmi-pedaqoji kadr hazırlığı  fəlsəfə və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə əyani təhsil müddəti 3 il, qiyabi 4 ildir. Elmlər doktoru proqramı üzrə dokrotanturada əyani təhsil  müddəti 4 il, qiyabi  5 ildir.

Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabineti və  Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş  “Dokrotanturaların yaradılması və dokrotanturaya qəbul Qaydaları”nın   tələblərinə uyğun həyata keçirilir.

 Hazırda Doktorantura şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş doktorantura ixtisaslarının təsnifatına uyğun olaraq  Dil nəzəriyyəsi - 5704.01; Azərbaycan dili - 5706.01; German dilləri - 5708.01; Roman dilləri- 5709.01; Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik- 5714.01 ; Azərbaycan ədəbiyyatı- 5716.01; Dünya ədəbiyyatı - 5718.01; Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası- 5801.01; Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi- 5804.01; Beynəlxalq münasibətlər-5901.01; Sosial psixologiya - 6114.01 ixtisasları üzrə elmi-pedaqoji kadr hazırlığının həyata keçirilməsini təmin edir, gələcəkdə kadr hazırlığı sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.

 

 

Doktorantura şöbəsinin müdiri

Qarayeva Nərgiz Sadıq qızı

Ünvan: Bakı ş., Rəşid Behbudov küçəsi 134

Tel: (+99412) 441-22-78 (daxili nömrə 259)

E-mail: [email protected]