TƏLƏBƏ HƏYATI

Son illər Azərbaycanda təhsil sahəsində aparılan uğurlu yeniliklər, dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğı nəticəsində təhsilimizin dünya standartlarına çatdırılması və müxtəlif nüfuzlu universitetləri ilə qarşılıqlı əməkdaşlığın artırılması istiqamətində ali təhsil müəssisələrində bir sıra nəzərəçarpan işlər görülür.

Heç də təsadüfi deyildir ki, məhz Azərbaycan Dillər Universiteti (ADU) bu sahədə ölkəmizin ali təhsil ocaqları içərisində öz xüsusi çəkisi və inkişaf strategiyası olan bir universitetdir. Hazırda ADU-da müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı səviyyəsini artırmaq məqsədi ilə islahatlar davam etdirilir, dövlətimizin təhsil siyasətinin daha mükəmməl inkişafı naminə bir sıra məqsədyönlü layihələr həyata keçirilir.

 Müxtəlif ölkələrin səfirlərinin və digər diplomatlarının ADU-da həyata keçirilən “Səfir saatı” layihəsində iştirakı maraqla qarşılanan yeni layihələrdəndir. “Səfir saatı” layihəsinin məqsədi tələbələrin müxtəlif ölkələrin səfirləri ilə, diplomatlarla birbaşa, daha geniş ünsiyyət imkanı əldə etmək, Azərbaycanın xarici əlaqələrini, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, həmçinin həmin dövlətlərin hazırki durumu, tarixi, cografiyası, mədəniyyəti, milli dəyərləri haqqında daha ətraflı faydalı məlumatlar əldə etmək imkanı yaratmaqdır.

“Səfir saatı” layihəsi zamanı təşkil olunan görüşlər tələbələrin dünyagörüşünün inkişafı baxımından, eyni zamanda, beynəlxalq münasibətlər sahəsində biliklərə yiyələnmək, o cümlədən nəzəri bilikləri praktiki biliklərə çevirmək və onları təcrübədə sınamaq, ümumilikdə Azərbaycanın beynəlxalq əlaqələri sahəsindəki mövcud vəziyyəti öyrənmək və gələcək perspektivləri işləyib hazırlamaq üçün olduqca yararlıdır.

  • Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana
  • BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai
  • Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov
  • Fələstinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim Əbdül Rəhim
  • Perunun Azərbaycandakı müvəqətti işlər vəkili Luis Çanq Boldrini
  • Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab
  • İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari
  • ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta
  • İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav
  • Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini
  • Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi
  • Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs
  • ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gill
  • Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer
  • Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella