ADU haqqında

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

 

 

 

 

 

 

STRATEJİ İNKİŞAF PLANI

 

(2021-2026)

 

 

FAYLI YÜKLƏ

 

 

 

(ADU-nun 2021-2026-cı illər üzrə Strateji İnkişaf Planı)

 

 

 

 

 

 

MÜNDƏRİCAT

 

ÖN SÖZ (akad. Kamal Abdullayev)...............................................................................................

4

 

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN TARİXİ..........................................................

5

 

 

FƏALİYYƏT İSTİQAMƏTLƏRİ..................................................................................................

7

Təhsil..................................................................................................................................................

7

Elmi tədqiqat.......................................................................................................................................

7

Beynəlxalq əməkdaşlıq........................................................................................................................

8

 

 

DİL VƏ MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ....................................................................................

9

Sosial Xidmət.......................................................................................................................................

10

Kadr Təminatı.....................................................................................................................................

14

Maliyyə resursları...............................................................................................................................

14

 

 

TƏHLİLLƏR.....................................................................................................................................

15

SWOT Analizi......................................................................................................................................

14

PEST Analizi – ...................................................................................................................................

16

Porterin 5 güc analizi.........................................................................................................................

17

 

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ 2021-2026-ci illər üzrə STRATEJİ İNKİŞAF PLANININ METODOLOGİYASI................................................................................

 

18

 

 

MİSSİYA. GƏLƏCƏYƏ BAXIŞ. DƏYƏRLƏR................................................................................

21

Missiya......................................................................................................................................................

20

Vizyon.......................................................................................................................................................

20

Dəyərlər....................................................................................................................................................

20

 

 

TƏHSİLDƏ TENDENSİYALAR........................................................................................................

22

 

 

STRATEJI HƏDƏFLƏR VƏ FƏALIYYƏTLƏR.............................................................................

23

Maliyyələşdirmə..................................................................................................................................

25

Monitorinq və qiymətləndirmə............................................................................................................

25

 

 

ÖN SÖZ

 

Azərbaycan Dillər Universiteti güclü bir ənənə üzərində qurulmuş zəngin tarixə malikdir. Bu gün Azərbaycan Dillər Universiteti sonsuz fürsət və gələcək yeni perspektivlərə, müvəffəqiyyətə, uğurlara imza atır. ADU Azərbaycanda 20-dən çox dilin müxtəlif tədris proqramları vasitəsilə tədris olunduğu unikal bir Universitetdir.

ADU - Bolonya prosesinin tələblərinə cavab verən çevik kredit sistemini, Beynəlxalq Keyfiyyət Təminatı standartlarını və Azərbaycanda Avropa Kredit Transfer Sistemini (AKTS) 2005-ci dildə tətbiq edən ilk ali təhsil müəssisəsidir. Eyni zamanda Azərbaycan Dillər Universiteti 2017-ci ildən etibarən Azərbaycan Respublikası  Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan ilk universitetlərdəndir.

Sizə 2021-2026-ci illərdə Azərbaycan Dillər Universitetinin Strateji inkişaf planını təqdim edirik.  Plan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na əsasən elmi əsaslarla hərtərəfli təhlil əsasında tərtib edilmişdir. Tədrisin keyfiyyətini artırmaq və beynəlxalq təcrübədən yararlanmaq məqsədilə xarici universitetlərlə əlaqələri genişləndirmək, ikili və çoxtərəfli layihələrə qoşulmaq, akademik mobilliyə imkan yaratmaq universitetin əsas prioritet istiqamətlərindəndir.

Universitetimizin “İnkişaf Strategiyası”nda nəzərdə tutulan strateji məqsəd və hədəflərin reallaşdırılması, güclənən beynəlxalq nüfuzu bu vizyonun reallığa çevriləcəyinə olan əminliyimizi müəyyən edən əsas məqamlardır.

Strateji plan üzrə çalışanları bu strategiyanın reallaşdırılması naminə səyləri birləşdirməyə çağırır və bu yolda hamımıza uğurlar arzulayıram!

 

Azərbaycan Dillər Universitetinin rektoru                                       akademik Kamal Abdulla

 

        

 

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN TARİXİ

 

Azərbaycan ali məktəblərində avropa dillərinin tədrisinə keçən əsrin 20-ci illərində başlanır, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılır. Az sonra Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da “Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında” qərar qəbul edir.

1937/1938-ci tədris ilində fakültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər. Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi.

II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında “Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında” qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi. II Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq tədris fəaliyyəti dayandırıldı və yenidən fakültə kimi işini davam etdirdi.

Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət  fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi. Birinci il instituta 150 nəfər qəbul edildi.

Rektorların siyahısı

1. Heybət Salman oğlu Paşayev 

2. Əfşan Ələkbər qızı Qədimbəyova

3. Rəfiqə Mirəli qızı Hüseynova

4. Qulam Kərim oğlu Məmmədov

5. Ağaməmməd Səməd oğlu Abdullayev

6. Məmməd Tağı oğlu Tağıyev

7. Əliağa Novruzəli oğlu Məmmədov

8. Zemfira Nadir qızı Verdiyeva

9. Fəxrəddin Yadigar oğlu Veysəlli

10. Qorxmaz Həsi oğlu Quliyev

11. Səməd İsmayıl oğlu Seyidov

12. Dünyamin Nurqələm oğlu Yunusov (rektor vəzifəsini icra edən)

13. Əfqan Əli oğlu Abdullayev (rektor vəzifəsini icra edən)

14. Kamal Mehdi oğlu Abdullayev

1 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İham Əliyev akademik Kamal Abdullayevin Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsi ilə bağlı Sərəncam imzaladı.

Hazırda 80-dən çox ixtisas üzrə mütəxəssis hazırlanan universitetdə 5 fakültə, 31 kafedra, 20  Dil və mədəniyyət mərkəzi, 4 Elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Universitetdə tələbə, magistrant, doktorantura üzrə və əlavə təhsil alanların sayı 6500 nəfərdən çoxdur.

Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçib. Xarici ölkələrin qabaqcıl ali məktəbləri ilə əlaqələr günü-gündən genişləndirilir. Türkiyənin, ABŞ-ın, Rusiyanın, Çinin, Böyük Britaniyanın, Fransanın və Avropanın, Asiyanın digər ali məktəbləri ilə əlaqələr daha intensiv şəkil alır, qarşılıqlı əməkdaşlıq müqavilələri bağlanır, müəllim və tələbə mübadiləsi genişlənir, diplomların tanınması istiqamətində intensiv iş aparılır.

 

 

 

 

FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

 

Təhsil

ADU Azərbaycanda 20-dən çox dilin müxtəlif tədris proqramları vasitəsilə tədris olunduğu unikal bir Universitetdir. ADU Bolonya prosesinin tələblərinə cavab verən çevik kredit sistemini, Beynəlxalq Keyfiyyət Təminatı standartlarını və  Azərbaycanda Avropa Kredit Transfer Sistemini (AKTS) tətbiq edən ilk Dövlət Universitetidir. Azərbaycan Dillər Universiteti 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan ilk universitetlərdəndir.

Azərbaycan Dillər Universiteti (ADU)  bakalavr pilləsində təhsil, filologiya, tərcümə, jurnalistika, regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə mütəxəssis hazırlayan ölkənin qabaqcıl universitetlərindən biridir. ADU bakalavriatura, magistratura və doktorantura səviyyələri üzrə tədqiqat, qabaqcıl təlim və ixtisaslaşmış təhsil proqramlarını təklif edir. 2021-ci ilin statistik məlumatlarına görə, ADU-da təhsil alanlar hal-hazırda 6144 bakalavriat, 539 magistrant və 170 doktorantdan  ibarətdir. Bütün fakültələr üzrə universitetdə 800-dən çox müəllim/təhsilverən fəaliyyət göstərir.

ADU-nun 3 tədris korpusu, 2 yataqxanası, yeməkxanaları, idman zalı, bütün tədris binalarında tibb məntəqələri, Elmi kitabxana və İnformasiya xidməti mərkəzi, müasir konfrans və oxu zalları mövcuddur.

Universitetdə istedadlı tələbələrə, magistrant və doktorantlara yüksək qiymət verilir və ən qabaqcıl təhsilalanlar müxtəlif proqramlar vasitəsilə karyeralarını qurmağa təşviq olunurlar. Həmçinin, “Bir günlük xəlifə” layihəsi (tələbələrin universitetdə rəhbər vəzifə tutmaları) çərçivəsində təhsilalanların idarəetmə prosesində iştirakına imkanlar yaradılır.

“Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində rektor, prorektor, dekan, mərkəz və şöbə müdirləri vəzifələrini tələbə, magistr və doktorantlar icra edirlər.  Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin bir günlük maaşını da alırlar.

ADU-da mütəmadi olaraq tanınmış yerli və beynəlxalq  elm və ictimai xadimlər,  dilşünas və ədəbiyyatşünas, həmçinin diplomat və səfirlərlə (səfir saatı) görüşlər təşkil olunur.

 

 

Elmi tədqiqat

ADU-da 4 Elmi Tədqiqat laboratoriyası (Azərbaycanşünaslıq, Mutikulturalizm, Rusiyaşünaslıq, Tərcümə araşdırmaları), Elmi Kitabxana və informasiya xidməti mərkəzi (Kitabxana şöbəsi və İnformasiya xidməti və rəqəmsallaşdırma şöbəsi ) hər iki tədris binalarında tələbə-müəllim kontingentinin istifadəsindədir.

Azərbaycan Dillər Universitetində “ADU-nun Elmi Xəbərləri”, “Dil və ədəbiyyat” jurnalları çap olunur. Universitet əməkdaşları “Jstor” və “Ebsco” kimi beynəlxalq məlumat bazalarından yararlanmaq imkanlarına malikdirlər.

Bütün layihələr, universitetin ali idarə orqanı olan Elmi Şura tərəfindən həyata keçirilir.

Rektorluq rektorun rəhbərlik etdiyi universitetin rəsmi idarəetmə orqanı hesab olunur. Rektorluq rektordan, prorektorlardan, fakültə dekanlarından, şöbə və bölmə rəhbərlərindən, Tələbə Elmi Cəmiyyəti və Müəllim Həmkarlar İttifaqının sədrlərindən ibarətdir. Rektoryani Şuranın iclası ADU-nun aktual akademik, institusional və idarəetmə məsələlərinin müzakirəsi və həlli məqsədilə keçirilir.

Universitetdə mühüm qərarların təsdiqi mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi (sədrliyi ilə) Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir.

 

 

Beynəlxalq əməkdaşlıq

ADU  beynəlxalq təhsil və təlim modellərinə əsaslanan, geniş tərəfdaşlıq imkanları ilə bənzərsiz proqramlar təqdim edən bilik ocağıdır. ADU Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa və digər Avropa institutlarının ali təhsil müəssisələri, həmçinin, YUNESKO-nun tərkibində fəaliyyət göstərən tərcümə şöbəsi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində son illər ərzində tələbə müdabiləsi intensivləşmişdir.

ADU dünyanın müxtəlif universitetləri ilə akademik əməkdaşlıq münasibətləri proqramlarını mütəmadi olaraq nəzərdən keçirməyə, tədris və təlim metodologiyasını təkmilləşdirməyə, mübadilə proqramları və ikili diplom layihələri (Erasmus+ mübadilə proqramı, Mövlana mübadilə proqramı, ABŞ layihələri, Esseks Universiteti, Oslo Universiteti ilə və s. ikili diplom) vasitəsilə akademik heyətin və tələbələrin beynəlmiləlləşməsinə şərait yaradır.

Ümumilikdə, universitetimizin xarici əlaqələri çoxşaxəlidir. Hazırda ADU-da 20 ölkənin (İspan, İtalyan, Amerikan, Fransız oxu zalı, Skandinav, Türkiyə, Macar, Rumın, Koreya, Serb, Avstriya, Germanistika, Chin, Alman oxu zalı, Frankofoniya,  Yapon, Hind, Indonesiya və İsrail, Pakistan) dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Mərkəzlər Azərbaycan və müvafiq ölkələr arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə və inkişafına xidmət edir. Mərkəzlərdə həm yerli, həm xarici mütəxəssislər çalışır, onlar həmçinin, müvafiq dilləri tədris edir, dəyirmi masa və debatlar təşkil edirlər.

 

Hal-hazırda Azərbaycan Dillər Universitetinin rəhbərliyi aşağıdakı tərkibdədir:

 

 

DİL VƏ MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ

 

Beynəlxalq əlaqələr şöbəsinə Keçid

 

1. American Center /Amerika Mərkəzi

2. Italian Language Center /İtalyan Mərkəzi

3. Israeli and Middle Eastern Research Center/İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi

4. German Reading Hall /Alman oxu zalı

5. Korean Culture Center /Koreya Mədəniyyət Mərkəzi

6. Scandinavian Center /Skandinaviya Mərkəzi

7. Indonesian Research Center /İndoneziya Araşdırmalar Mərkəzi

8. Austrian Center /Avstriya Mərkəzi

9. Japanese Research Center /Yaponiya Araşdırmalar Mərkəzi

10. Hindi Language and Culture Center /Hindi dili və Mədəniyyəti Mərkəzi

11. Francophonie Center /Frankofoniya Universitet Mərkəzi

12. Romanian Language and Culture Center /Rumın dili və Mədəniyyəti Mərkəzi

13. Serbian Language and Culture Center /Serb dili və Mədəniyyəti Mərkəzi

14. Hungarian Language and Culture Center /Macar dili və Mədəniyyəti Mərkəzi

15. Turkic Culture and Heritage Research Center /Türkiyə Araşdırmaları Mərkəzi

16. Spanish Center /İspan dili Mərkəzi

17. Pakistani Language and Culture Center /Pakistan dili və Mədəniyyəti Mərkəzi

18. Armenian Language and Culture Center /Erməni dili və Mədəniyyəti Mərkəzi

 

ADU-nun nəzdində Confucius Institute/ Konfutsi İnstitutu – Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, Çin dilinin tədrisinin inkişafı üçün iki xalq arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini artırmaq, Çin mədəniyyətinə marağı stimullaşdırmaq məqsədilə yaradılmışdır.

ADU-nun nəzdində Konfutsi İnstitutunun yaranması haqqında müqavilə 11 noyabr 2015-ci ildə ÇXR-ın Xaricdə Çin dili yayılması üzrə Dövlət Dəftərxanası (Hanban) tərəfindən təstiq olunmuşdur.  Müqaviləni Çin tərəfindən Hanbanın Baş müdiri xanım Xu Lin, Azərbaycan Dillər Universiteti tərəfindən rektor Səməd Seyidov imzalamışdılar. 24 iyun 2016-cı ildə Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutunun açılış mərasimi baş tutmuşdur. Çin tərəfindən Huzhou Universiteti partnyor olaraq çıxış etdi.

Açılış mərasimində Təhsil Nazirliyinin nümayəndə heyəti, ÇXR-ın Xaricdə Çin dili yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban)  Asiya ölkələri üzrə şöbə müdiri, Huzhou Universtitetinin nümayəndə heyəti və Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti iştirak etmişdir.

Austrian Library – Hazırda 57 ölkədə Avstriya kitabxanası fəaliyyət göstərir. Azərbaycan Dillər Universiteti (ADU) ilə Avstriyanın ölkəmizdəki səfirliyi arasında bağlanan müqaviləyə əsasən 23 iyun 2010-cu ildə Bakıda Avstriya kitabxanasının açılışı olub. Açılış zamanı Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer Kaybiç çıxışında “Avstriya özünün böyük mədəniyyətinin təbliği ilə məşğuldur. Bu kitabxananın açılışı iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək”-demişdir. Kitabxananınfondu 3000 kitabdan ibarətdir.

Avstriya kitabxanası açıldığı ildən etibarən Bakıdakı Avstriya səfirliyi tərəfindən böyük maliyyə dəstəyi alır. Hər il kitabxananın fondu Avstriya Xarici İşlər Nazirliyi tərəfindən ödənilən yeni kitablarla zənginləşir. Eyni zamanda kitabxana əməkdaşları ildə bir dəfəVyanada dörd həftəlik təcrübə keçir.

 

 

Sosial Xidmət

Əqli bacarıq və müstəqil düşünmə qabiliyyətini yaradan, tədrisdən faydalanmaq istəyən tələbələr peşəkar karyera inkişafında ADU ilə sıx əməkdaşlıq əlaqələri qura bilərlər.

Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar Təşkilatı (THT) universitetdə tələbələri ictimai həyata cəlb edərək bu istiqamətdə formalaşmaları, yataqxana ilə təmin olunmaları, universitetin daxili nizam-intizam qaydalarına riayət etmələri, tələbələrin asudə vaxtlarının dəyərləndirmələri, fərqlənən fəallarının mükafatlandırılması istiqamətində fəaliyyət göstərir.

 

 

İnklüziv Təhsil mərkəzi – Müasir dövrdə kadr hazırlığı prosesində keyfiyyətin yüksəldilməsi, təlimdə bərabər imkanların yaradılması, fəallığın təmin olunması yalnız inklüzivliyin tənzimlənməsi ilə mümkündür. Son illər ölkəmizdə qəbul edilmiş hüquqi-normativ sənədlər həmin prosesi daha da sürətləndirmişdir. Ölkə başçısının imzaladığı sərəncam, müvafiq qurumlar tərəfindən qəbul olunmuş aktlar inklüziv cəmiyyətin formalaşdırılmasına köklənmişdir.

“2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn tələblərin reallaşdırılması məqsədilə ADU-nun rektoru ali təhsil müəssisəsində “İnklüziv Təhsil Mərkəzi”nin fəaliyyətə başlaması barədə göstəriş vermişdir. Mərkəzin yaradılması təhsilalanların kateqoriyalara bölünməsinə deyil, müvafiq təlim mühitinin formalaşdırılması ilə onların tələbatlarının müəyyənləşdirilməsi, ödənilməsi və daxili imkanlarının inkişaf etdirilməsinə yönəlmişdir. Mərkəz bu sahədə qəbul edilmiş hüquqi-normativ sənədlərə əsasən xüsusi qayğıya ehtiyacı olan şəxslərə zəruri yardımın göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqlarla işin təşkili, korreksiyanın aparılması, valideynlərlə iş, mütəxəssis hazırlığı, ictimai maarifləndirmə, beynəlxalq əməkdaşlıq, akademik, elmi-tədqiqat fəaliyyətini həyata keçirmək məqsədi daşıyır. “İnklüziv Təhsil Mərkəzi” sadalanan istiqamətlərdə fəaliyyətin tənzimlənməsi, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün iş aparır, beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri qurur, təcrübə mübadiləsi təşkil edir. İşin sistemli və planlaşdırılmış şəkildə qurulması universitetdə inklüziya mühitinin formalaşmasına, bütövlükdə isə inklüziv cəmiyyətin inkişafına, bu sahədə beynəlxalq rəqabətliliyə hesablanmışdır.

Dil xidmətləri Tədris-təlim və Karyera mərkəzi – Mərkəzin əsas məqsəd və vəzifələri:

Elmi Şuranın 31 yanvar 2020-ci il tarixində verdiyi qərara əsasən Dil Xİdmətləri və Tərcümə mərkəzinin adı dəyişdirilərək  Dil Xidmətləri, Tədris-Təlim və Karyera mərkəzi olaraq adlandırılmışdır.

Mərkəzin önəmli məqsədləri sırasına:

  • ADU-nun dünya ali təhsil məkanına inteqrasiyası istiqamətində addımlar atmaq,məzunların məlumat bazasını yaratmaq, gənc kadrları işə cəlb etmək.
  • Xaricdə təhsil alıb ölkəmizə qayıdan məzunlarla iş birliyi.
  • Müasir əmək bazarının tələblərini nəzərə alaraq məzunlarla mütəmadi olaraq seminarlar keçirmək, bölgələrdə ADU məzunları ilə görüşmək,məzunların karyera inkişafı üçün işlər görmək.
  • Universitetin professor-müəllim heyətinin, tələbələrin bilik və bacarıqlarının artırılması, eyni zamanda onların dil biliklərinin təkmilləşdirilməsi istiqamətində təlimlərin təşkili və beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması.
  • İş dünyası ilə əlaqələrin gücləndirilməsi və CV, tövsiyə və istək məktublarının hazırlanmasına köməkliyin göstərilməsi.
  • Karyera mərkəzi olaraq müəllimlər üçün nəzərdə tutulmuş aşağıdakı hazırlıq kurslarının təşkili: TKT, Aptis, Akademik yazı və oxu.

ADU-da fəaliyyət göstərən Dil və Tərcümə Mərkəzinin Fəaliyyət istiqamətlərinə  Magistraturaya hazırlıq, Doktoranturaya xarici dil hazırlığı, Xarici dillərin (ingilis, alman, fransız, rus, ərəb, italyan, ispan və s.) tədrisi, Xarici dil kursları (Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və s. ), məzun müəllimlər üçün seminar və təlimlər (Aptis, Akademik yazı və oxu, TKT, Pre-Celta, CİSELT və s.),  məktəblilər üçün ingilis və rus dilləri hazırlığı və Beynəlxalq dərəcəli imtahanlara hazırlıq (TOEFL, İELTS, SAT və s.) daxildir.

 

Azərbaycan Dillər Universitetinin və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Bakı Amerika Mərkəzi

Amerika Mərkəzi ABŞ Dövlət Departamentinin xüsusi proqramı çərçivəsində ABŞ səfirliyi və Azərbaycan Dillər Universiteti arasında 2007-ci ildən mövcud olan Sazişə əsasən fəaliyyət göstərir (Sazişə 2015-ci və 2018-ci ildə əlavələr edilmişdir).

Amerika Mərkəzi Azərbaycan-Amerika Dostluq qrupunun rəhbəri - Azərbaycanın hazırkı Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük dəstəyi ilə yaradılıb.

Bakı Amerika Mərkəzi öz fəaliyyətinə görə 2017-ci ildə Dünya Amerika Mərkəzləri arasında Qızıl statusa layiq görülmüşdür.

Əsas fəaliyyət istiqamətləri:

-Amerikaşünaslıq

-İngilis Dili Proqramları

-ABŞ-da təhsil alan Azərbaycanlı məzunlarla proqramlar

-ABŞ-da Təhsil

-Mədəniyyət proqramları

Distant Təhsil imkanları ( MOOC, Coursera: kütləvi onlayn açıq kurslar, ABŞ universitetləri ilə onlayn mühazirələr və seminarlar, ingilis dili müəllimləri üçün vebinarlar)

Uşaq Mərkəzi: 2013-cü ildən fəaliyyət göstərir, 4-10 yaşınadək uşaqlar üçün interaktiv İngilis Dili programları ( uşaq kitab kolleksiyası daxildir)

Maker Space: 2015-ci ilin dekabr ayından fəaliyyət göstərir – Texniki İnnovasiyalar Mərkəzi/ yaradıcı məkan: mühəndislik, texnologiya və texniki elm sahələri haqqında daha çox məlumat əldə etmək üçün innovasiyalar laboratoriyası. Xüsusi ( STEM) kitab kolleksiyası daxildir.

Sosial Şəbəkələrdə (Facebook, Twitter, Youtube, Instagram) Bakı Amerika Mərkəzinin bütün fəaliyyəti əks olunur. İştirak və xidmətlər ödənişsizdir və hamı üçün açıqdır.

Bakı Amerika Mərkəzi Amerika haqqında məlumat almaq istəyənlər üçün aparıcı açıq bir məkandır. Mərkəz zəngin kitab və dövri nəşrlər kolleksiyasına malik olan Amerika kitabxanasından (İngilis və başqa dillərdə olan 5000 kitab kolleksiyasına və 17000 sayda açıq tammətnli elektron resurs bazasına malikdir.

Tammətnli Elmi bazalar: E-Library USA (Amerika Kitabxanası – müxtəlif elmi bazalar), J-STOR (bütün elm sahələri üzrə tammətnli elektron elmi baza – 17.500 adda tammətnli elmi jurnal toplusu), 1300 müxtəlif elm sahələri üzrə tammətnli elektron kitablar bazası və EBSCO (9500 adda jurnal və 2500 adda kitab)  tammətnli elektron bazası

Amerika Mərkəzinin 2021-ci il üzrə 10 aylıq hesabatının linki

KEÇİD

 

Cəbrayıl Rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində Xarici dil kabinetin yaradılması.

Azərbaycan Dillər Universitetin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə 2017-2018-ci tədris ilində tələbələrin bölgələrdə, xüsusən məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçməsi təşkil olunmuşdu.

2018-ci  ildə fevral ayının 16-dan mart ayının 15-nə qədər 6 nəfər tələbə Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim kimi ilk addımlarını atmış, eyni zamanda, sosial və təhsilyönümlü layihələr həyata keçirmişlər. ADU-nun tələbələrinin müvəffəqiyyətli dərsləri və qısa zamanda məktəbdə yaranan canlanma məktəbdə ingilis dilinə marağın əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur.

Növbəti  2018-2019-cu  tədris  ilində də  fevralın 18-dən  aprelin  15-nə qədər ADU tələbələrindən 4 nəfər və təcrübə rəhbəri Cocuq Mərcanlı məktəbində pedaqoji təcrübədə olmuşdurlar. Dərslərdə müxtəlif texnoloji və yardımçı vasitələrdən istifadə edilmiş və bütün bunlar şagirdlərin böyük marağına səbəb olmuşdur. Xüsusi həssas bölgədə pedaqoji təcrübə keçən tələbələrin yaddaşında bu günlər hər zaman xoş xatirə kimi qalacaq.

2019-2020 tədris ilində pedaqoji təcrübə Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı AR Nazirlər Kabinetinin Qərarına (8 may 2020-ci il, 179 ) əsasən Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşmışdır.

Bu illər ərzində mütəmadi olaraq adı çəkilən məktəbə ADU heyəti tərəfindən çoxsaylı səfərlər baş tutmuşdur. Səfərlərin birində ADU-nun prorektoru Tamam Cəfərova məktəbin xarici dil kabinetinin açılışını edib. ADU tərəfindən xarici dilin tədrisi üçün ehtiyac duyulan hər bir müasir avadanlıqla, əyani vəsaitlərlə, o cümlədən dərslik və dərs ləvazimatları ilə təchiz edilmiş sinif otağından məktəb müəllimləri və şagirdlər faydalanırlar.

ADU-nun müəllimləri Cocuq Mərcanlıda şagirdlərlə görüşüblər - keçid

ADU tələbələri Ağdam məktəbində tədbir keçiriblər - keçid

Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər - keçid

Tələbələrin Cocuq Mərcanlıda pedoqoji təcrübəsi uğurla davam edir - keçid

 

 

 

Kadr Təminatı

ADU Azərbaycanda  müxəlif ixtisaslar üzrə xarici dil mütəxəssislərini hazırlayan aparıcı təhsil müəssisəsidir. ADU-nun məzunları respublikanın nüfuzlu  təhsil ocaqlarında, dövlət və qeyri dövlət, şirkət və təşkilatlarda fəaliyyət göstərirlər. Son illər xaricdə təhsil almış  gənc müəllim və tələbələr universitetdə elmi-pedaqoji fəaliyyətə cəlb olunur, müəllim peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif xarici universitetlərdə təkmilləşdirmə kurslarında iştirak edirlər. Bununla yanaşı, aparıcı universitetlərin təcrübəsindən yararlanmaq və peşakar inkişafı təmin etmək üçün  universitet əməkdaşları müxtəlif vebinar, seminar, təlim, konfrans, yay məktəblərində və eyni zamanda  nüfuzlu xarici universitetlərlə təcrübə mübadiləsi proqramlarında iştirak edirlər.

Ümumilikdə, Azərbaycan Dillər Unversitetinin İnsan Resursları Şöbəsi,  rektorluq, 5 prorektorluq, 5 fakültə, 31 kafedra, 17 şöbə, 20 mərkəz, 1 kitabxana mərkəzi (nəzdində 1 şöbə), 2 institut, 1 cəmiyyət (TEC), 4 Elmi-Tədqiqat laboratoriyasında çalışan 1320 nəfər əməkdaşa xidmət edir.

 

 

Maliyyə resursları

ADU-nun maliyyə resursları üç əsas mənbədən formalaşır:

-Dövlət sifarişli tələbələr üçün dövlətin ödədiyi təhsil haqqları;

-Ödənişli əsaslarla təhsil alan tələbələrin ödədiyi təhsil haqqları;

-Qanunla nəzərdə tutulmuş digər gəlirlər

 

 

 

 

TƏHLİLLƏR

 

Universitetin strateji inkişafının planlaşdırması qurumların mövcud vəziyyətlərinə, missiyalarına və əsas prinsiplərinə əsaslanaraq gələcəyə baxış yaradan və bu vizyonu hədəflər və ölçülə bilən göstəricilərlə izləyən bir müddətdir. Bu səbəbdən Strateji İnkişaf və Strateji Planlama Komissiyası yaradılarkən, bütün vahidlər üzrə işçi qrupların təmsil olunması və bu müddətdə müvafiq mütəxəssislərin təcrübələrindən istifadə olunması nəzərdə tutulur. Universitetin 2021-2026-cı illər üzrə Strateji Planının hazırlıq mərhələsinə təsadüf edən Pandemiya (COVİD-19) işin ümumi prosesinə birbaşa təsir etdi, lakin heyətin təcrübəsi və onlayn (məsafədən) çalışmaları sayəsində proses normal başa çatdı.

Araşdırmalar əvvəlcə universitetin əsaslı təhlil üçün aparılan mövcud ümumi vəziyyətini açıqlamaqla başladı. Təhlil zamanı strateji planlamaya universitetin institusional tarixi, 2015- 2020-ci illər üçün strateji planın qiymətləndirilməsi, qanunvericiliklə bağlı sənədlərin öyrənilməsi, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, maraqlı tərəf komponenti, ali təhsil sektorunun təhlili,

SWOT, PEST və Porterin 5 Güc analizi daxil edilmişdir.

 

SWOT Analizi

 

 

 

 

 

 

 

 

 

 

 

PEST Analizi –

Universitetin strategiyasının qurulmasına təsir edəcək xarici amilləri/ehtimalları əhatə edir

 

 

 

Porterin 5 güc analizi

Porterin 5 güc analizi vasitəsilə müəssisənin nüfuzu və dəyər gətirə bilmək imkanları ortaya çıxarıla bilər. Bu analizi Ali təhsil müəssəsinə tətbiq edərkən Universitetin strategiyasına təsir edəcək rəqabətə davamlılığını müəyyən etmək mümkündür. Bununla da rəqabətə davamlılığı gücləndirməklə strateji qərarların verilməsində yeni instrument yaradılır.

 

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ 2021-2026-ci illər üzrə

STRATEJİ İNKİŞAF PLANININ METODOLOGİYASI

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyasındakı müddəalara  əsaslanaraq  Azərbaycan Dillər Universiteti üzrə 2021-2026-cı illəri əhətə edən Strateji İnkişaf Planınında əsas məqsəd­lərdən biri universitetimizdə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında yüksək mövqe tutan təhsil sistemini yaratmaqdır.

Nüfuzlu dövlət universitetlərindən biri olaraq, Azərbaycan Dillər Universiteti bir çox daxili imkanlara malikdir. Bu baxımdan, ADU-nun əsas missiyası dünya standartlarına uyğun uzunömürlü, fasiləsiz təhsil əldə etmiş yüksək səviyyəli peşəkar dil mütəxəssisləri və digər ixtisaslara yiyələnmiş kadrlar yetişdirmək, eləcə də universitetimizi ölkəmizdə və dünya arenasında layiqincə təmsil etməkdir.

Bundan öncəki 2015-2020-ci illər üzrə Azərbaycan Dillər Universitetinin Strateji İnkişaf Planının müddəti başa çatdığına görə, artıq növbəti illəri əhatə edən yeni strateji inkişaf planının hazırlanmasına zərurət yarandı. Mövcud institusional hədəfləri davam etdirməklə yanaşı inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək 2021-ci ilin ilk aylarında yeni strateji planın hazırlanmasına start verildi. Bununla əlaqədar ilkin mərhələdə Azərbaycan Dillər Universitetinin 05.02.2021-ci il tarixli 05 saylı əmri ilə 2021-2026-cı illər üzrə Azərbaycan Dillər Universitetinin Strateji İnkişaf planının tərtib edilməsi məqsədilə komissiya yaradıldı. Bu müddət ərzində komissiya tərəfindən strateji planın hazırlanması üçün müxtəlif istiqamətlər üzrə alt işçi qrupları yaradılmış və onlar intensiv fəaliyyət göstərərək işin tam təmin olunmasına dair mərhələli şəkildə addımlar atmışdır. Həmçinin, universitetin bütün struktur bölmələrinə bildiriş göndərilmiş, bildirişdə göstərilən müddəalarla əlaqədar məsləhətləşmələr, araşdırmalar aparılmışdır.


Azərbaycan Dillər Universiteti 2021/2022-ci tədris ili

Bakalavriat səviyyəsi üzrə ixtisaslar

 

İxtisaslar

Az.

Rus

İng.

1.

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (ingilis dili üzrə)

 

 

2.

Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)

 

3.

Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə)

 

 

4.

Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə)

 

 

5.

İbtidai sinif müəllimliyi* (ingilis dili)

 

 

6.

Korreksiyaedici təlim

 

 

7.

Məktəbəqədər təhsil* (İngilis dili)

 

 

8.

Təhsildə sosial-psixoloji xidmət

 

 

9.

Xarici dil müəllimliyi (ingilis dili)

 

10.

Xarici dil müəllimliyi (alman dili)

 

11.

Xarici dil müəllimliyi (fransız dili)

 

12.

Xarici dil müəllimliyi (rus dili)

 

13.

Beynəlxalq münasibətlər

 

14.

Filologiya (ingilis dili və ədəbiyyatı)

 

15.

Filologiya (alman dili və ədəbiyyatı)

 

 

16.

Filologiya (fransız dili və ədəbiyyatı)

 

 

17.

Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

 

 

18.

Filologiya (rus dili və ədəbiyyatı)

 

19.

Jurnalistika* (İngilis dilində)

 

 

20.

Regionşünaslıq (Böyük Britaniya üzrə)

 

21.

Regionşünaslıq (Almaniya üzrə)

 

 

22.

Regionşünaslıq (Fransa üzrə)

 

 

23.

Regionşünaslıq (Amerika üzrə)

 

24.

Regionşünaslıq (Norveç üzrə)

 

 

25.

Regionşünaslıq (Qafqaz üzrə)

 

26.

Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə)

 

 

27.

Regionşünaslıq (Yaponiya üzrə)

 

 

28.

Regionşünaslıq (Ərəb ölkələri üzrə)

 

 

29.

Regionşünaslıq (Çin üzrə)

 

30.

Regionşünaslıq (Cənubi Amerika üzrə)

 

 

31.

Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa üzrə)

 

32.

Regionşünaslıq (Rusiya üzrə)

 

33.

Regionşünaslıq (Türkiyə üzrə)

 

34.

Regionşünaslıq (Balkan ölkələri üzrə)

 

 

35.

Regionşünaslıq (Afrika üzrə)

 

 

36.

Tərcümə (Azərbaycan dili-ingilis dili)

 

 

37.

Tərcümə (rus dili-ingilis dili)

 

 

38.

Tərcümə (Azərbaycan dili-ispan dili)

 

 

39.

Tərcümə (rus dili-ispan dili)

 

 

40.

Tərcümə (Azərbaycan dili-alman dili)

 

 

41.

Tərcümə (rus dili-alman dili)

 

 

42.

Tərcümə (Azərbaycan dili-fransız dili)

 

 

43.

Tərcümə (rus dili-fransız dili)

 

 

44.

Tərcümə (Azərbaycan dili-ərəb dili)

 

 

45.

Tərcümə (Azərbaycan dili-italyan dili)

 

 

46.

Tərcümə (Azərbaycan dili-Koreya dili)

 

 

 

Magistratura səviyyəsi üzrə ixtisaslar

 

İxtisaslar

Az.

Rus

İng.

 

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

 

 

 

1.

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

 

 

 

Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

 

 

 

2.

Rus dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

 

3.

İngilis dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

 

 

4.

Alman dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

 

 

5.

Fransız dili və ədəbiyyatının tədrisi metodikası və  metodologiyası

 

 

 

Xarici dil müəllimliyi (dillər üzrə)

 

 

 

6.

İngilis dilinin tədrisi metodikası və metodologiyası

 

7.

Alman dilinin tədrisi metodikası və metodologiyası

 

 

8.

Fransız dilinin tədrisi metodikası və metodologiyası

 

 

 

Təhsildə sosial-psixoloji xidmət

 

 

 

9.

Təhsildə sosial-psixoloji xidmət

 

 

 

Pedaqogika

 

 

 

10.

Pedaqogika nəzəriyyəsi və tarixi

 

 

11.

Sosial pedaqogika

 

 

12.

Təhsildə qiymətləndirmə və monitorinq

 

 

 

Filologiya

 

 

 

13.

Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı)

 

 

14.

Ədəbiyyatşünaslıq (alman ədəbiyyatı)

 

 

15.

Ədəbiyyatşünaslıq (fransız ədəbiyyatı)

 

 

16.

Ədəbiyyatşünaslıq (ispan ədəbiyyatı)

 

 

17.

Azərbaycan ədəbiyyatı

 

 

18.

Azərbaycan dili

 

 

19.

Dilşünaslıq (ingilis dili üzrə)

 

20.

Dilşünaslıq (alman dili üzrə)

 

 

21.

Dilşünaslıq (fransız dili üzrə)

 

 

22.

Dilşünaslıq (ümumi dilçilik)

 

 

23.

Dilşünaslıq (müqayisəli dilçilik)

 

 

 

Tərcümə (dillər üzrə)

 

 

 

24.

Tərcümə (ingilis dili üzrə)

 

25.

Tərcümə (alman dili üzrə)

 

26.

Tərcümə (fransız dili üzrə)

 

27.

Tərcümə (ispan dili üzrə)

 

28.

Tərcümə (Koreya dili üzrə)

 

 

29.

Tərcümə (italyan dili üzrə)

 

 

30.

Sinxron tərcümə (ingilis dili üzrə)

 

 

 

Regionşünaslıq

 

 

 

31.

Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə)

 

 

32.

Regionşünaslıq (Skandinaviya üzrə)

 

 

33.

Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa üzrə)

 

 

34.

Regionşünaslıq (Qafqaz  üzrə)

 

 

35.

Regionşünaslıq (Cənubi Amerika üzrə)

 

 

36.

Ölkəşünaslıq (Böyük Britaniyaşünaslıq)

 

37.

Ölkəşünaslıq (ABŞ üzrə)

 

38.

Ölkəşünaslıq (İndoneziyaşünaslıq)

 

 

39.

Ölkəşünaslıq (Çinşünaslıq)

 

 

40.

Ölkəşünaslıq (Yaponiyaşünaslıq)

 

 

41.

Beynəlxalq münasibətlər

 

 

42.

Beynəlxalq münasibətlər və diplomatiya

 

 

43.

Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi

 

44.

Dünya siyasəti

 

 

 

MİSSİYA. GƏLƏCƏYƏ BAXIŞ. DƏYƏRLƏR

 

 

Missiya

Azərbaycan və digər ölkələrdən olan tələbələri müasir tədqiqatlara əsaslanaraq innovativ təlim-tədris texnologiyalarından istifadə etməklə peşəkar mütəxəssislər kimi formalaşdırmaq, həmçinin yüksək potensiala, tənqidi təfəkkür və analitik zəkaya, müstəqil şəkildə müxtəlif tədqiqatlar aparmaq bacarığına və ən əsası vətənpərvərlik hisslərinə, azərbaycançılıq ideologiyasına malik işgüzar gənclər yetişdirmək. 

 

 

Vizyon

ADU-nun Azərbaycan Respublikası ərazisində və beynəlxalq miqyasda rəqabətədayanıqlığını və  dünyanın aparıcı universitetlərinin siyahısına daxil olmasını  təmin etmək .

 

 

Dəyərlər

●   İnteqrasiya: Tədrisin keyfiyyətini artırmaq və beynəlxalq təcrübədən yararlanmaq məqsədilə xarici universitetlərlə əlaqələri genişləndirmək, dünya universitetləri ilə ikili və çoxtərəfli layihələrə qoşulmaq, akademik mobilliyə imkan yaratmaq.

●   Global biliklər:  Dünyada mövcud olan  elmi, nəzəri və fundamental bilik bazalarından  akademik etikaya riayət etməklə  və müəllif hüquqlarını qorumaq  şərtilə faydalanmaq.

●   Müasirlik: Müasir cəmiyyətin ehtiyac və tələbatına uyğunlaşdırmaq məqsədilə tədris prosesini  innovasiyalarla zənginləşdirmək,  informasiya texnologiyalarından geniş istifadə etmək, mediada baş verən yeniliklərdən xəbərdar olmaq və informasiya savadlılığını artırmaq.

●   Yaradıcılıq: Tənqidi təfəkkür, tənqidi düşüncə və müstəqil fəaliyyəti  qiymətləndirimək.

●   Çeviklik:  Şəraitə uyğun olaraq müxtəlif metod və üsullardan istifadə etmək, yaranmış problemləri dərhal aradan qaldıraraq təhsilin davamlılığını qorumaq və inkişaf etdirmək.

●   Multikulturalizm: Azərbaycan xalqının həyat tərzi olan mulikultural dəyərlərin  beynəlxalq əlaqələrdə geniş təbliğ edilməsilə bağlı dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək.

 

 

 

TƏHSİLDƏ TENDENSİYALAR

 

Təhsillə bağlı yeni yanaşmalar təhsil sisteminin daha mobil, daha əlçatan olmasını tələb edərək texnoloji yeniliklərin bu sahədə tətbiqini zəruri edir. İş mühitinin tələblərinə uyğun olaraq təhsil sistemində yenilik hesab olunan digər bir tendensiya hibrid kadrların (iki və daha artıq sahədə ixtisaslaşmış) yetişdirilməsidir. Ənənəvi yanaşmalara görə bir istiqamətdə dar, lakin dərin ixtisaslaşma önəmli hesab olunurdusa, günümüzdə bu yanaşma dəyişərək əksinə daha geniş bacarıqlı kadrların əmək bazarında daha çox tələb olunmasına səbəb olub. Geniş bacarıqlı dedikdə də bir neçə ixtisasa qeyri-peşəkar sahib olmaq deyil, əsas ixtisasın daha kreativ əlavə bacarıqlar və digər ixtisasla birləşdirilmiş olması nəzərdə tutulur.

Yeni yanaşmalar xarici dillərin tədrisinin bu sahədə tətbiqini zəruri edir. Universitetimizdə tədris olunan xarici dil müəllimliyi, dilşünaslıq, tərcüməçilik və s. ixtisaslar günümüzün və  gələcəyin peşəkar kadrlarının yetişdirilməsində əsas faktorlardan birinə çevrilib. Əminliklə qeyd edə bilərik ki, sadalanan ixtisasların inkişafı istər bakalavriatura, istərsə də magistratura pilləsində öz aktuallığını itirmədən, mütəxəssislərin təfəkkürünün geniş imkanlarını üzə çıxararaq işsizlik riskinin qarşısının alınmasında mühüm rol oynayacaq.

Məlum olduğu kimi, təhsil almaq yaş həddi ilə sərhədlənmir. Bu səbəbdən, “Omür boyu təhsil” (Lifelongeducation) anlayışı daha geniş şəkildə yayılaraq ali təhsilli insanların və gənc tədqiqatçı alimlərimizin (bakalavr, magistr, fəlsəfə doktoru və s.) müxtəlif ixtisasartırmalar, kurslar və sairə ilə təhsillərini təkmilləşdirməsinə və davam etdirməsinə zəmin yaradır. Bu konsepsiya ilə yanaşı, əlavə təhsil, kadrların yenidənhazırlanması, məhdud imkanlı şəxslər üçün təhsilə dəstəyin gücləndirilməsi (inklüziv təhsil)  istiqamətində işlərin təkmilləşdirilməsi məqsədlərimizdən biridir.

Bu gün informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı digər sahələrdə olduğu kimi, təhsilin də rəqəmsallaşdırılmasını şərtləndirir və sürətləndirir. Eyni zamanda, təhsildə rəqəmsallaşma artıq bir zərurətə çevrilir. Bu özünü xüsusən COVID-19 pandemiyası dövründə bütün dünyada göstərdi, ənənəvi şəraitdən tam fərqli bir situasiya yaratdı və  prioritetlərə yenidən baxılmasını zəruri etdi. Artıq yeni çağırışlara hazır olmaq reallığını təhsil ictimaiyyəti də dərk edir.

Məsafədən təhsil xarici dillərin tədrisində digər sahələrdən daha  əvvəl tətbiq edilməyə başlanıb ki, bunun əsas səbəbi də  xarici dillərə olan yüksək maraq və onların öyrənilməsi üçün materialların zənginliyidir. Texnoloji inkişafın təhsil sisteminə inteqrasiyası  təhsil texnologiyası - “EdTech” (educational technology) termininin formalaşmasına səbəb olub. Çoxları yeni təhsil texnologiyaları dedikdə yalnız məsafədən onlayn dərslərin nəzərdə tutulduğunu düşünür, lakin bu anlayış daha çox yüksək texnoloji həllərin, yeni yanaşmaların və metodların tətbiq olunduğu bir təhsil sistemini izah edir.

Ölkəmizin vətəndaşlarının əksəriyyətinin yeniliklərə açıq düşüncə tərzi, sürətlə inkişaf etməyə meyilli olmasını nəzərə alaraq Azərbaycanda təhsil sisteminin modernləşdirilməsi universitetlərin dil baxımından təkmilləşməsi təşəbbüsləri və paralel olaraq müvafiq ictimai təbliğatların aparılması fonunda qısa müddətdə və uğurla həyata keçirilə bilər.

Azərbaycan Dillər Universiteti olaraq biz də üzərimizə düşən məsuliyyəti anlayaraq əlimizdən gələni etməyə çalışırıq.

 

 

STRATEJI HƏDƏFLƏR VƏ FƏALIYYƏTLƏR

 

 

Hədəflər

Fəaliyyət

1. ADU-nun Azərbaycanın aparıcı universitet­lərindən biri kimi mövqeyini möhkəmləndirməsi

1.1. Universitetin ənənələrə hörmət əsasında “ADU” brendinin təbliğ edilməsi;

1.2. Daxili keyfiyyət təminatı sistemi üzrə təhsil proqramlarının  mütəmadi olaraq monitorinq edilməsi, güclü və zəif tərəflərin aşkar edilməsi, risklərin ölçülməsi, eləcə də inkişaf istiqamətlərinin proqnozlaşdırılması;

1.3. Fənn proqramları və sillabusların tələbəyönümlülük istiqamətində təkmilləşdirilməsı;

1.4. Beynəlxalq nümunələr əsasında seçmə fənlərin təyin olunması və seçilmə mexanizminin təkmilləşdirilməsi;

1.5. Tədris planlarının hazırlanmasında kafedraların  rolunun artırılması;

1.6. Orta məktəblərlə əlaqələri genişləndirmək, universitetə yüksək intellektə sahib olan abituriyentlərin cəlb olunması istiqamətində tədbirlərin həyata keçirilməsi;

1.7. Tələbələrə zəruri bilik və bacarıqları (xarici dil baca­rığı, analitik və empirik təhlil bacarığı, tənqidi təfəkkür və problemlərin həlli istiqamətində düşünmə, yüksək akademik yazı qabiliyyəti, İKT-dən istifadə bacarığı, liderlik və komandada işləmə bacarığı) aşılamaq məqsədilə keçirilən tədbirlərə dəstək verilməsi.

1.8. Təhsil proqramları və Elmi tədqiqatların həyata keçirilməsi üçün kafedraların maddi-texniki bazasının yaxşılaşdırılması;

2. Tədrisin müasir dövrün tələblərinə uyğunlaşdı­rılması və beynəlmiləlləşdirilməsinin təmin edilməsi

 

2.1. İkitərəfli müqavilələr əsasında birgə elmi tədqiqatların aparılması;

2.2. Universitetetin beynəlmiləlləşməsi (birgə layi­hələr, birgə təhsil proqramları; beynəlxalq mobillik proqramları; beynəlxalq elmi məlumat bazaları, dərsliklər, yüksək səviyyəli beynəlxalq mütəxəssislərin, tədqiqatçıların, mütəxəssislərin tədrisə cəlb olunması və s.);

2.3. İkili diplom layihələri üzərində iş;

2.4. Erasmus+ layihəsi çərçivəsində tərəfdaş univer­sitetlərin sayının artırılması;

2.5. Beynəlxalq layihələrin hazırlanması;

2.6. Avropa Birliyinin layihələrində daha fəal işti­rakın təmin olunması.

2.7. ADU-nun tədris profilinə uyğun xarici universi­tetlərlə əlaqələrinin inkişaf etdirilməsi;

2.8. Xarici tələbələrin sayının artırılmasına nail olunması, onların ölkə ilə tanışlıq proqramının hazırlanması və onlar üçün yataqxana imkanlarının genişləndirilməsi.

2.9. Yeni dil və mədəniyyət mərkəzlərinin açılması.

3. Elmi fəaliyyətin artırılması

 

ADU-nun fundamental elmi tədqiqatlarını beynəlxalq səviyyəyə çatdırmaq və elmi tədqiqatçı heyətinin peşəkarlığını artırması

3.1. Professor-müəllim heyətinin “Citation İndex”-li jurnal­larda çap olunmasını təşviq edən mexanizmin hazırlanması;

3.2. Elmi işlərin təşviqi mexanizminin hazırlanması;

3.3. Magistratura və doktorantura təhsil proqramlarının müasirləşdirilərək dünya təcrübəsinə uyğunlaşdırıl­ması, magistrant və doktarantların universitetdəki elmi tətqiqatlara cəlb edilməsi;

3.4. Elm sahəsində qrant proqramlarının hazırlanması, professor-müəllim heyətinin qrant layihələri çərçi­vəsində müxtəlif ölkələrdə təlimlərdə iştirakının dəstəklənməsi;

3.5. Xarici universitetlərlə birgə beynəlxalq elmi konfrans və digər tədbirlərin təşkili və keçirilməsi;

3.6. Elmi Tədqiqat İşlərinin çap edilməsinin ADU tərəfindən təmin edilməsi;

3.7. İnteqrasiya proseslərinin gücləndirilməsi məqsədi ilə doktorantların akademik mobilliyinin yüksəldilməsi;

3.8. Müəllif hüquqlarının qorunması və plagiat halları ilə mübarizənin davam edilməsi

3.9. Professor-müəllim heyətinin elmi tədqiqat işlərini yeni tələblərə (MLA, APA istinad və sitatgətirmə), müasir dünya standartlarına uyğun yerinə yetirilmə­sini təmin etmək məqsədi ilə elektron resurslar və proqramlarla işləmək bacarıqlarının artırılması istiqamətində təlimlərin təşkil edilməsi.

4. Universitetin unikal daxili imkanlarından və resurs­lardan istifadə edilərək innovativ həllərin tətbiqi

4.1. Kitabxananın istinad və biblioqrafik fəaliyyətində bibliometriya modellərini istifadə edərək, yeni tədqiqat sahələrinin (vebometriya) formalaşması ilə əlaqəli elmimetrik (H- indeksi) göstəricilərin vizuallaşmasını tətbiq edilməsi (SciVal, InCites)

4.2. Germanistika İnstitutununun fəaliyyətinin genişlən­di­rilməsi çərçivəsində Azərbaycanda Germanistika mək­təbinin ənənələrinin yaranması və inkişaf etdirilməsi;

4.3. Klassik dillər Elmi-tədqiqat laboratoriyasının fəaliy­yətinin başlanması istiqamətinin genişləndirilməsi

4.4. Pedaqoji/İstehsalat təcrübəsinin yeni (pandemiyaya uyğun) konsepsiyasının geniş tətbiqi.

5. Sosial rifah və məzunların karyera imkanları

 

ADU nun sosial rifahına və davamlı inkişafına xidmət edən və əlavə dəyər yaradan xidmətlərinin təşviq edilməsi

5.1. Universitetdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyə­tinin, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar Təşkilatının müxtəlif sosial layihələrinə cəlb edilməsi;

5.2. Tələbələrin     sosial layihələrinin sayının və çeşidliliyinin artırılması;

5.3. İnkluziv təhsil ilə bağlı əlilliyi olan tələbələrin cəmiyyətə inteqrasiyası, onlar üçün bərabər təhsil imkanlarının yaradılması məqsədilə vaxtaşırı tədbirlər və layihələrin icra edilməsi;

5.4. Ayrı-ayrı sosial problemlərlə bağlı QHT-lərlə əmək­daşlıq çərçivəsində maaarifləndirmə tədbirlərinin və kompaniyaların aparılması;

5.5. Məzunlarla əlaqə mexanizmini təkmilləşdirməsi. /Karyera mərkəzi/Universitet məzunları üçün iş imkanları;

5.6. Universitet mərkəzlərinin potensialından istifadə edərək təmsil etdiyi ölkələrdəki multikultural vəziy­yətin təhlili və bu təhlildən çıxış edərək həmin ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi” fənninin tədrisinin təşkili.

 

6. İdarəetmə sisteminin təkmilləşdirilməsi

6.1. Kağızsız elektron formada sənəd dövriyyəsinə keçidin təmini;

6.2. Təhsilin stimullaşdırılması; Professor-müəllim heyətinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi sisteminin işlənib hazırlanması və tətbiq edilməsi.

6.3. Kafedra və şöbələrin dövrün tələblərinə uyğun müasir və optimal struktururunun təyin edilməsi;

6.4. Məzunların və potensiallı kadrların “verilənlər” bazasının (BigData) yaradılması;

6.5. Əlavə təhsil şöbəsinin fəaliyyətini genişləndirmək, ixtisaslar üzrə mütəxəsislərin cəlb olunması, təhsilin keyfiyyətinin artırılması, ixtisasasartırmaya dair təlimlər proqramının yeniləməsi, saat və kreditlərin müəyyənləşdirməsi məqsədilə konkret sistem hazırlaması;

6.6. Elmi-tədqiqat və təhsil sahəsində əhəmiyyətli uğurlar əldə etmiş tələbələrin və müəllimlərin mükafatlandırılması mexanizminin işlənməsi və həyata keçirilməsi; (motivasiya mexanizmi);

6.7. Tələbə mərkəzli, kompetensiya əsaslı tədrisin təşkili məqsədi ilə idarəetməyə cavabdeh olan müvafiq şəxslərin kvalifikasiyalarının artırılması;

6.8. Əməkdaşların  ixtisasartırma işlərinin (ölkədaxili və xarici universitetlərdə) günün tələblərinə uyğun təşkil edilməsi.

7. Rəqəmsallaşma.

Maddi-texniki bazasının müasirləşdirilməsi

 

7.1. Elektron universitetin fəaliyyət konsepsiyasının  işlənməsi və həyata keçirilməsi;

7.2. Tədris prosesinin effektiv idarə edilməsi üçün tələbə elektron məlumat bazasının yaradılması;

7.3. Təhsilverənlərin /təhsilalanların şəxsi kabinetlərinin  yaradılması;

7.4. Müəssisədə təhsilalanların sayını nəzərə alaraq kompüterlərin, interaktiv lövhələrlə təmin olunmuş auditoriyaların sayının artırılması, audio materiallarla təmin olunmuş otaqların yaradılması;

7.5. Veb səhifənin təkmilləşdirilməsi və veb-səhifədə təhsilalanlara lazım ola biləcək məlumatların (sillabus, dərs cəvdəli, tədris proqramı və s.) yerləşdirilməsi;

7.6. Beynəlxalq elmi bazalara (Klaviyo Analitics, SCOPUS, ACM, IEEE, DBLP, EBSCO) çıxışın daha fəal təmin edilməsi;

7.7. Kitabxana fondunun yeniləşdirilməsi, elektron kitabxa­nanın inkişaf etdirilməsi və onun müasir kitabxana-informasiya-resurs mərkəzinə çevrilməsi.

7.8. Tələbələr üçün kompüter zonalarının sayının artırılması

7.9. İnformasiya texnologiyalarından, eləcə də internet­dən istifadə imkanlarının genişləndirilməsi.

 

Maliyyələşdirmə

ADU-nun inkişaf strategiyası universitetin öz vəsaiti, əldə etdiyi qrantlar və sponsorların maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.
 
 
Strateji İnkişaf Planının İcrası
 
Azərbaycan Dillər Universitetinin Strateji İnkişaf Planında nəzərdə tutulmuş tədbirlərin (fəaliyyət planına əsasən) icrasına nəzarət Tədris məsələləri üzrə prоrеktоrluğa həvalə olunur. Azərbaycan Dillər Universitetinin Strateji İnkişaf Planında nəzərdə tutulmuş hədəflərin icrasının dövrü monitorinqi həyata keçiriləcək, monitorinqlərin nəticəsi olaraq müəyyənləşdirilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət olunacaq.