Tələbələrin Cocuq Mərcanlıda pedoqoji təcrübəsi uğurla davam edir
Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində pedoqoji təcrübə keçirlər.
Fevral ayının 22-də təcrübə rəhbəri Anar Rəhimov təşkilatçılığı ilə təcrübə keçən tələbələr məktəb şagirdləri üçün “Dövlət dili ingilis dili olan ölkələri tanıyaq” mövzusunda təqdimatlar keçirilib.
Təqdimatları pedoqoji təcrübə iştirakçıları Aysel Səlimanova ( Böyük Britaniya) Nicat Aşurov ( Kanada), Gövhər Cəfərli (Yeni Zellendiya) və Toğrul Cahangirli hazırlayıblar.
Şagirdilərin və məktəbin pedoqoji kollektivinin iştirak etdiyi tədbirdə dövlət dili ingilis dili olan ölkələrin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı məlumat verilib, şəkillər, maraqlı informasiyalar verilib, videoçarx nümayiş etdirilib.
Sonda məktəb direktoru Zamin Həziyev çıxış edərək ADU-dan gələn qonaqlara dərin minnətdarlığını bildirib, tədbirin şagirdlərin maariflənməsi, dilini öyrəndiyi ölkə haqqında daha ətraflı məlumat qazanmaq baxımından çox faydalı olduğunu bildirib. O, əlavə edib ki, ADU təcrübəçilərinin məlumatlarında onun özü üçün də bir xeyli maraqlı fakt mövcud olub.
Tədbir interaktiv sorğu-sualla yekunlaşıb.