ADU HİK 1348 nəfəri özündə birləşdirən 52 ilk həmkarlar təşkilatından ibarətdir. HK nəzdində gənclərlə iş, gender məsələsi, fərdi əmək mübahisələri, idman, mədəni kütləvi işlər, sosial iqtisadi komissiya iş planına və maliyyə fəaliyyət planına uyğun fəaliyyət göstərir. İş planında mədəni kütləvi tədbirlər maddi yardım, idmanla bağlı tədbirlərin həyata keçirilməsi üçün maliyyə resursları ayrılmışdır. ADU HİK 12 ay müddətində fəaliyyətini universitet əməkdaşlarının həmçinin Respublika həmkarlar təşkilatının təlimatları əsasında kordinasiya edir və həyata keçirir.
Bilik günü, Müəllim günü, Ahıllar günü, Zəfər bayramı, Dünya Azərbaycanlıların Həmrəylik günü, Yeni il, 20 yanvar, 26 fevral, 8 mart, Novruz bayramı, Qurban bayramı, 28 may Respublika günü, Milli ordunun yaranması günü münasibəti ilə tədbirlər həyata keçirir. Kollektiv üzvlərinin həmkarlar təşkilatı vasitəsilə sosial aktivliyini təmin edir.
Ayın müəllimi hər ay, ilin müəllimi ilin sonunda həmkarlar ittifaqı komitəsində əsasnaməyə uyğun qiymətləndirilir və ADU HİK tərəfindən maliyyələşdirilir.(Hər bir müəllimə 100 manat)
İlin müəllimi hər ilin sonunda HİK-in məclisində təntənəli sürətdə qiymətləndirilir(3 nəfər müəllimə 300 manat)
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibəti ilə tələbələri qalib müəllimlər HİK tərəfindən mükafatlandırılır, müəllim və tələbələrin pedaqoji fəaliyyəti stimullaşdırılır.
ADU HİK əməkdaşlarının asudə vaxtı tədris prosesi ərzində universitetin idman zalında pedaqoji xarakterli müxtəlif tədbirlərin həyata keçirilməsində icra olunur. İdman zalının avadanlıqları ADU HİK tərəfindən maliyyələşdirilib.
Universitetin əməkdaşlarının asudə vaxtının təşkilində, sağlamlığın bərpasında istirahətinin təşkilində Elm və təhsil işçiləri həmkarlar təşkilatının Respublika Komitəsinin dəstəyi əvəz olunmazdır.
ADU HİK tərəfindən gender məsələsi gənc əməkdaşların həmkarlar komitəsinin motivləşdirilməsi dəyirmi masalar vasitəsi ilə həyata keçirilir. Hər ay kafedralarda və struktur bölmələrdə həmkarlar təşkilatlarının üzvləri ilə görüşlər keçirilir. ETİHİ-nin təlimat məktubları haqqında məlumat verilir. Yeniliklər ADU əməkdaşlarına çatdırılır. Əmək və Sosial müdafiə komissiyası hər həftə müxtəlif bölmələrdə əməyin təşkili, motivləşdirilməsi, keyfiyyətli əməklə bağlı söhbətlər aparır irad və təklifləri dinləyir. Çatışmayan cəhətləri həll etməyə çalışır.
Fərdi əmək məsələləri komissiyası əməkdaşların əmək mübahisələrini, yarım ştat 0.75, tam ştatlarla bağlı dərs yüklərini tənzim edilməsini nizamlayır. Əməkdaşlara hüquqi yardım göstərir. İş saatı, dərs bölgüsü, iş saatlarından səmərəli istifadə keyfiyyətli əmək nəticələri ilə bağlı müsahibələr aparır. Fərdi iradları və şikayətləri dinləyir əməkdaşlara müvafiq köməklər edir. Kollektiv müqaviləni yerinə yetirilməsinə nəzarət müvafiq komissiya tərəfindən həyata keçirilir. Əmək məzəlləsinin tələbləri gözlənilir və icra olunur.
ADU HİK Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərin vətənpərvərlik və vətəndaşlıq hüququnda tərbiyəsi haqqında göstərişləri ilə bağlı müəllim tələbə disputları təşkil edir. Fəal həmkarlar işçilərini qiymətləndirir. Universitetin əməkdaşları arasında dövlətçiliklə bağlı tərbiyənin formalaşdırılması ilə bağlı həmkarlar komitəsinin platformasından istifadə edir. Komitənin fəalları universitetdə keçirilən bütün tədbirlərdə iştirak edir, çıxış edir və təşəbbüs göstərir. Qazi və şəhid ailələri daim həmkarlar komitəsinin nəzarətindədir onların istək və qayğılarına qarışıq verilir və il boyu davam edir.
Maddi yardımla bağlı bütün müraciətlərə müsbət baxılır və yerinə yetirilir. Müəllim və əməkdaşların yubiley yaşları pulla mükafatlandırılır. Toyu olana, ailə qurana, təhsilini davam etdirən əməkdaşlara həmkarlar komitəsi tərəfindən maliyyə dəstəyi göstərilir. Xəstə olana, dünyadan köçənə, müəyyən çətinliklərlə üzləşən əməkdaşlara yardım və kömək edilir. Maliyyə intizamı gözlənilir.
Azərbaycan Dillər Universiteti HİK sədri: Misgər Yolçu oğlu Məmmədov
Misgər Yolçu oğlu Məmmədov 1952-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1969-cu ildə Qazax şəhər 1 nömrəli orta məktəbi, 1974-cü ildə SSRİ-nin 50 illiyi adına APXDİ-ni bitirib. 1974-1978-ci illərdə Laçın rayonunun Zorkeşiş kənd orta məktəbində təyinatla müəllim işləyib. 1979-1982-ci illərdə SSRİ-nin 50 illiyi adına APXDİ-də Aspiranturada təhsil alıb. 1982-ci ildən bu günə qədər ADU-da pedaqoji fəaliyyətlə məşğul olur. “Əməkdar mədəniyyət işçisi” fəxri adına və “Qabaqcıl təhsil işçisi” döş nişanına, Respublika üzrə ilk həmkarlar qalibi təşkilatının qalibi “Döş nişanına” layiq görülüb. Üç monoqrafiyanın, iki dərsliyin həmmüəllifidir. Avropanın 8 ölkəsində 20-yə qədər tezis və məqalələrin müəllifidir. Psixologiyanın müxtəlif istiqamətlərinə aid 200-dən çox məqalə və tezisin müəllifidir.
0504625005
