ADU haqqında

“Gənclik İnovasiya formu: Yeni Prespektivlər" adlı məlumatlandırıcı layihənin təqdimatı keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Təhsil İsçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə “Gənclik İnovasiya formu: Yeni Prespektivlər" adlı məlumatlandırıcı layihənin təqdimatı keçirilib.

 Azərbaycan Əmək ve Sosial Münasibətlər Akademiyası "Sosial iş" fakültəsinin 4-cü kurs tələbəsi, "Gələcəyini Qur!" taqaüdünün qalibi, AHiK fəal gənci Zəhra Əhmədzadənin təşəbbüsü ilə keçirilən ilk "Gənclik İnnovasiya Formu" layihəsinin ilkin müzakirəsi aparılıb. 

Tədbirdə digər universitetlərin Tələbə Həmkarlar İttifaqı Komitəsi sədrləri va fəal tələbələr iştirak ediblər.