KİTABXANA

Dövriyyə siyasəti

Giriş

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin materiallarından istifadə etmək istəyənlər üçün bir sıra qaydalar mövcuddur.

Azərbaycan Dillər  Universitetinin işçiləri və tələbələri Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin kolleksiyalarından istifadə edə bilərlər.

Üzvlük qaydaları

Azərbaycan Dillər  Universitetinin tələbələri və işçilərinə avtomatik olaraq Elmi Kitabxana və İnformasiya Xidmətinin  Kitabxana şöbəsinə  üzv olmaq imkanı verilir. Oxu zallarının koleksiyaları  və xidmətlərindən  istifadə etmək üçün ilk növbədə  qeydiyyatdan keçməlidir.

Tələb olunan materiallar

Şəxsiyyət vəsiqəsi;

Tələbə kartı;

1 şəklin surəti.

 Qeydiyyat pulsuzdur.

Xarici istifadəçilər EKİXM-ə üzv ola biləcəklər. Onların üzvlüyü akademik ilin sonunda başa çatır və yenilənməlidir. 

Borcalma müddəti

Tələbə və işçilər üçün borc alma müddətlərinin sayı fərqlidir. 

Tək nüsxə olduqda, EKİXM  heyət üzvlərinin razılığı ilə 7 gün müddətinə  borc verilə bilər. İstifadəçi eyni anda 3 ədəddən artıq bədii ədəbiyyat götürə bilməz.

Müəllimlər üçün qaydalar

Fakültə üzvləri bir akademik semestr  üçün cəmi 15 material borc  ala bilərlər:  Kurs dərslikləri və dərsliklər.

Yarım ştat işləyən müəllim heyəti üçün müvafiq şöbədən EKİXM-nə  tövsiyə  məktubu göndərməlidir.

Tələbələr üçün qaydalar

Magistr tələbələri üçün cəmi 7 informasiya daşıyıcısı.

Tələbələr üçün 10 informasiya daşıyıcısı. 

İşçilər üçün

15 gün müddətinə 5 informasiya daşıyıcısı borc  ala bilərlər:

Borc verilməyən materiallar;

Tək  nüsxəli nəşrlər;

Müəllifin sonuncu surəti;

Məlumat xarakterli (Referans ) kitablar;

Dövrü nəşrlər;

CD-ROM, video, audio-lent və s.

Kitabxana qeydləri

Kitabxana  Xidməti gecikmiş  kitabları olan şəxslərə  xəbərdarlıq etmək üçün  bildiriş göndərir.

Bildiriş Universitetə  təqdim etdiyiniz yerli ünvana göndəriləcək

.Bildirişlər 28 gündən artıq müddətdə informasiya daşıyıcısını gecikdirdikdə göndərilir.

Gecikdirilmiş materiallar

EKİXM-nə  borc imtiyazları olan  şəxslər öz materiallarını 50 gün və ya daha çox müddətdə saxladıqda onlara göstərilən xidmət dayandırılır. İmtiyazlar yalnız resurslar qaytarıldıqdan sonra bərpa olunacaq.

İtirilmiş və ya zədələnmiş kitablar üçün cərimələr

İtirilmiş  və ya zədələnmiş kitablar eyni oxşar adlarla əvəz olunmalı və  təmir olunmalıdır. Hər hansı bir itirilmiş  və ya zədələnmiş  vəsaitlərin əvəzi  xüsusi qərar əsasında  əsl qiymətindən 3-10 dəfə artıq ödənilməlidir.

Ünvan dəyişdirildiyi halda

Hər bir istifadəçi ünvanı dəyişdirildiyi halda kitabxana əməkdaşlarını məlumatlandırmalıdır.