BEYNƏLXALQ ƏLAQƏLƏR

Şöbə, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrini genişləndirmək, eyni zamanda dünyanın bir sıra nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlığının səmərəli inkişafını təşkil etməklə onun inteqrasiyasına kömək edir.

 Şöbə xarici vətəndaşların  hazırlıq kurslarına qəbulu,xarici tələbələrin tədris prosesi və sənədləşdirinin qaydaya salınması (qeydiyyat və s.)  məsələlərinə; proqram çərçivəsində gələn xarici müəllimlərin,inzibati işçilərin və tələbələrin məlumat bazasının yaradılması və onların qəbulu, mobilliyi və işdən və ya təhsildən azad edilməsi ilə bağlı müvafiq sənədlərin təşkili; xarici müəllimlərin və tələbələrin, eləcə də proqram çərçivəsində gələn tələbələrin  viza və qeydiyyat məsələlərinin həllinə; müxtəlif əlaqədar təhsil müəssisələri ilə yazışmalara, xarici tələbələr və müəllimlərlə il boyu tədbirlərin təşkilinə məsuldur.

ADU-nun Beynəlxalq Münasibətlər şöbəsi, tələbələr, işçilər və tədqiqatçılar üçün beynəlxalq tərəfdaşlıq çərçivəsində xüsusi ilə də Erasmus mundus + kimi ikitərəfli mobillik üzrə müqavilələri vasitəsilə imkanların artırılmasından məsuldur.

Bu proqramlar çərçivəsində son on ildə 500-dən çox tələbə dünya universitetlərinə göndərilib.  Əməkdaşlıq müqavilələri, habelə müəllimlərin hazırlanmasını, birgə tədqiqatların aparılmasını, mənbələrin işlənib hazırlanmasını (təhsil və tədqiqatla əlaqəli mənbələr daxil olmaqla) və kitabxanaların və mədəniyyət mərkəzlərinin yaradılmasını nəzərdə tutur.

Xarici səfirliklər də daxil olmaqla Fransa, ABŞ, İndoneziya, Norveç, Hindistan və Avstriyanın təşəbbüsü ilə müxtəlif mədəniyyət və informasiya-resurs mərkəzləri yaradılmışdır. Universitet Konfutsi İnstitutu və Goethe İnstitutunun OEAD (Österreichische Austauschdienst) nəznində fəaliyyət göstərən Alman Oxu zalı və Avstriya Kitabxanası kimi nüfüzlu  təşkilatların filiallarına ev sahibliyi edir.

 ADU ayrıca TOEFL (ABŞ), AYÖS və OEAD (Alman dili) dil testləri keçirmək üçün rəsmi icazəyə malikdir. 2011-ci ildən ADU, Movlana mübadilə proqramı çərçivəsində Türkiyənin universitetləri ilə əməkdaşlıq edir. ADU eyni zamanda Avropa Birliyi universitetləri ilə ikitərəfli əlaqələri Erasmus + KA1 çərçivəsində inkişaf etdirir. Bu münasibətlər nəticəsində bir sıra rəsmi müqavilələr mövcuddur İTİRİ Strasburq və Bordo Universitetləri (Fransa), Murcia Universiteti (İspaniya), Pitesti Universiteti (Rumıniya) ,Həsən Kalyoncu və Hacettepe Universitetləri (Türkiyə) və digər universitetlər  ilə qarşılıqlı əməkdaşlıq munasibətlərini nəzərdə tutan bir sıra rəsmi müqavilələr imzalamaşdır.

ADU universitetlərlə əlaqələrin inkişafının ardıcıllığına böyük əhəmiyyət verir, bakalavr dərəcəsi üzrə ikili diplom proqramı həyata keçirir, uzunmüddətli tərəfdaşlıq əlaqələri qurur.

Bakalavr və magistr tələbələrinin mobilliyi sahəsində Glasgow Universiteti ilə uzun müddət tərəfdaşlıq etmişdir. ADU Strasburq Universiteti ilə Peşəkar Tərcümə və Konfrans  dilmanclığı üzrə magistr Diplomunun  delokalizasiya proqramını həyata keçirir. 2009-cu ildən ADU ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycan dili və mədəniyyətinin öyrənilməsini nəzərdə tutan CLS təqaüd proqramına ev sahibliyi edir. ADU ABŞ tələbələrinə Türk dili və mədəniyyətini  tədrisini nəzərdə tutan CLS və Flagship proqramlarının idarə olunmasına cavabdehliyidə  öz üzərinə götürmüşdür

 ADU-da tədris prosesini və  müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlığının səviyyəsini artırmaqı hədəf alan struktur dəyişiklikləri nəticəsində dil mədəniyyəti mərkəzləri yaradılmışdır.