BEYNƏLXALQ ƏLAQƏLƏR

Xaricdə Azərbaycan Mərkəzləri

Azərbaycan həqiqətlərinin yayılmasına mühüm töhfə vermək üçün ADU xaricdə Azərbaycan mərkəzlərinin açılması strategiyasını başlatdı. Bu təşəbbüs digər ölkələrlə mədəni əlaqələri gücləndirmək və Azərbaycan multikulturalizm modelini dünyaya tanıtmaq məqsədi daşıyır. ADU bu mərkəzlərin mənbələri, materialları və digər zəruri avadanlıqlarla təmin edilməsindən məsuldur. Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə yanaşı mədəni dəyərlərimizin təbliği bu layihənin əsasını təşkil edir. Azərbaycan mərkəzləri Çində, Rusiyada  Rumıniya, İndoneziya və Serbiya fəaliyyət göstərir. Hazırda isə Fransa və ABŞ-da Azərbaycan mərkəzinin açılması üçün müəyyən Fransa və Amerika universitetləri ilə danışıqlar aparılır. ADU bu cür mərkəzlərin yaradılmasına böyük əhəmiyyət verir və xarici ölkələrdə Azərbaycan mərkəzlərinin sayını artırmağı hədəfləyir.