Xaricdə Azərbaycan Mərkəzləri

Serbiyada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi 

2018-ci ildə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Belqrad Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi” yaradılıb.

18 oktyabr 2019-cu ildə Belqrad Universitetinin filologiya fakültəsində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Hazırda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müəllimi və məsul şəxsi Günel Babanlıdır.

Ünvan: 1 Studentski trg, 11000 Belgrade, Serbia