Xaricdə Azərbaycan Mərkəzləri

Çində  Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi

 

Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb. Böyük infrastruktura malik Xudzou Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması üçün geniş məkan ayrılıb.

Universitetin prezidenti, professor Zhang Liqin rəhbərlik etdiyi ali məktəbdə bu cür mərkəzin açılmasının Çin-Azərbaycan münasibətlərinin müxtəlif müstəvilərdə daha dərin inkişafına səbəb olacağına əminliyini bildirib. Mərkəzin açılışında iştirak etmək üçün Çinə səfər edən ADU-nun nümayəndələri Xudzou Universitetinin prezidentinə göstərdiyi diqqətə və Azərbaycana olan sevgisinə görə minnətdarlıqlarını bildiriblər.

Mərkəz Azərbaycanın Çində tanıdılması üçün müxtəlif “dəyirmi masa”, təqdimat, tədbir, konfranslar keçirir, “Azərbaycan multikulturalizmi” fənnini Xudzou Universitetində tədris edir.

Ünvan: No.1 Xueshi Road. Huzhou, Zhejiang Province People's Republic of China