ADU haqqında

Azərbaycan Dillər Universitetinin Muzeyi 2017-ci il sentyabrın 17-dən fəaliyyət göstərir. ADU-nun Muzeyində, təhsil ocağı yarandığı gündən bugünə qədər fəaliyyət göstərən rektorların, professorların, fəxri doktorların rəsmləri olan guşələr vardır.

Universitetimizin Muzeyində həmçinin ADU-nun tələbəsi olmuş Şəhid Ülvi Bünyadzadə (1969-1990) guşəsi və onun şəxsi əşyalarından ibarət sərgi qorunmaqdadır.
Həmçinin ADU-nun Muzeyində universitetin professorlarının müəllifi olduğu kitablar da yer alır. ADU-nun Muzeyində “Səfir saatı” guşəsi də vardır ki, burada Universitetə dəvət olunan səfirlər ilə görüşlərdən foto şəkillər yer alır.
Muzeydə Universitetin ölkə daxili və ölkə xarici səfərlərdə əldə etdiyi sertifikat, diplom, fəxri fərman, təşəkkürnamə və kuboklar da saxlanılmaqdadır.

ADU-nun Muzeyində Azərbaycan Respublikasının Prezidentinin 1 iyun 2017-ci il sərəncamı ilə Akademik Kamal Mehdi oğlu Abdullayevin Azərbaycan Dillər Universitetinin rektoru təyin olunması və publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dillər Universitetinin yenidən təşkil olunması barədə Azərbaycan Respublikasının Prezidentinin 16 iyun 2017-ci il sərəncamı da əks olunmuşdur.

ADU-nun Muzeyində 65 nəfər tələbə tutumlu oturacaqlar müəllim və tələbə heyətinin ixtiyarına verilib. Burada rektorat, konfranslar, iclaslar, görüşlər, layihələr və tədbirlər həyata keçirilir. Həmçinin, ADU-nun Muzeyində həftə sonları TEC-in nümayəndələri maarifləndirici filmlər nümayiş etdirirlər.