ADU əməkdaşları üçün növbəti istirahət səfəri təşkil olunub
Azərbaycan Dillər Universitetinin Həmkarlar İttifaqı Komitəsi əməkdaşların asudə vaxtının səmərəli təşkili və kollektiv daxilində həmrəyliyin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu məqsədlə iyunun 27-də Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Xarici dillərin tədrisi metodikası kafedrasının əməkdaşları üçün Şamaxı rayonuna istirahət-gəzinti səfəri təşkil edilib.
Səfər zamanı iştirakçılar Şamaxının tarixi və mədəni irsi ilə yaxından tanış olub, rayonun görməli yerlərini ziyarət ediblər.
ADU Həmkarlar İttifaqı Komitəsi gələcəkdə də əməkdaşların sosial rifahının yüksəldilməsi, asudə vaxtının səmərəli təşkili və kollektiv birliyinin möhkəmləndirilməsi istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini davam etdirəcək.