
Azərbaycan Dillər Universitetinin və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Bakı Amerika Mərkəzi
Amerika Mərkəzi ABŞ Dövlət Departamentinin xüsusi proqramına əsasən ABŞ səfirliyi və Azərbaycan Dillər Universiteti arasında 2007 – ci ildən mövcud olan Sazişə əsasən fəaliyyət göstərir (Sazişə 2015 – ci və 2018 – ci ildə əlavələr edilmişdir, 2020 -ci ildə yenilənmişdir).
Amerika Mərkəzi Azərbaycan-Amerika Dostluq qrupunun rəhbəri - Azərbaycanın hazırkı Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük dəstəyi ilə yaradılıb.
Bakı Amerika Mərkəzi öz fəaliyyətinə görə 2017 – ci ildə Dünya Amerika Mərkəzləri arasında Qızıl statusa layiq görülmüşdür.
Əsas fəaliyyət istiqamətləri:
- Amerikaşünaslıq: Amerika Mərkəzinin üzərinə düşən missiya Azərbaycan ictimaiyyətini Amerika Birləşmiş Ştatları (ABŞ), onun tarixi, mədəniyyəti, iqtisadiyyatı, xarici və daxili siyasəti haqqında maarifləndirmək və ABŞ ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanı artırmaqdan ibarətdir ( mühazirələr, videobağlantılar, seminarlar, təqdimatlar, interaktiv dərslər, konfranslar, rəqəmsal videomüzakirələr, debatlar, görüşlər və s.)
• İngilis Dili Proqramları : İngilis dili dərsləri, danışıq klubları, film nümayişləri, müzakirə klubları, Vebinarlar, ABŞ universitetləri ilə rəqəmsal videomüzakirələr, müəllimlər və tələbələr / məzunlar üçün ingilis dili həftələri , akademik yazı üzrə vebinarlar və s.
• ABŞ-da təhsil alan Azərbaycanlı məzunlarla proqramlar : mühazirələr, seminarlar, təlimlər, Təhsil forumları, konfranslar, İş yarmarkaları və Karyera günləri, ABŞ-da təhsil imkanları haqqında,test kitablarının təqdimatları və təlimlər (TOEFL, SAT, GRE, GMAT və s.).
- ABŞ-da Təhsil: sistemli şəkildə keçirilən təqdimatlar ( ayda 2 dəfə), Təhsil Yarmarkaları ( ABŞ Universitetlərinin iştirakı ilə), test imtahanlarına hazırlıq məşğələləri və s.
• Mədəniyyət proqramları: ABŞ - la bağlı tədbirlər: ABŞ konsert qruplarının çıxışları, onlayn seminarlar, Amerikalı diplomatlar tərəfindən aparılan tematik təqdimatlar (“Amerikanı kəşf et” proqramı həftəlik və aylıq), mühazirələr və s.
Bakı Amerika Mərkəzi Amerika haqqında məlumat almaq istəyənlər üçün aparıcı açıq bir məkandır. Mərkəz zəngin kitab və dövri nəşrlər kolleksiyasına malik olan Amerika üslublu kitabxanadan (İngilis və başqa dillərdə olan 17000 – nə (on yeddi minə ) yaxın adda açıq tammətnli elektron resurs bazasına və beş minə yaxın kitab kolleksiyasına malikdir.Kitab kolleksiyası elektron kataloqda öz əksini tapmışdır ( Follett Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminə daxil edilmişdir - elektron kataloq və elektron kitabxana universitetin veb-sehifesinde yerləşdirilmişdir).
Tammətnli Elmi bazalar: E-Library USA (Amerika Kitabxanası – müxtəlif elmi bazalar) , J-STOR (bütün elm sahələri üzrə tammətnli elektron elmi baza – 17.500 adda tammətnli elmi jurnal toplusu), 1300 müxtəlif elm sahələri üzrə tammətnli elektron kitablar bazası və EBSCO ( 9500 adda jurnal və 2500 adda kitab) tammətnli elektron bazası
CD və DVD kolleksiyası : Amerika Mərkəzi ABŞ tarixi və hökuməti, cəmiyyəti və dəyərləri, ABŞ və qlobal iqtisadiyyat, ABŞ incəsənəti, mədəniyyət, diplomatiya və milli təhlükəsizliyinə dair video toplusuna malikdir. Daimi nümayişlər hər cümə günü, xüsusi nümayişlər isə sorğular əsasında təşkil edilir.
• Distant Təhsil imkanları ( MOOC, Coursera : kütləvi onlayn açıq kurslar, ABŞ universitetləri ilə onlayn mühazirələr və seminarlar, ingilis dili müəllimləri üçün vebinarlar)
• Uşaq Mərkəzi : 2013-cü ildən fəaliyyət göstərir , 4 - 10 yaşınadək uşaqlar üçün interaktiv İngilis Dili programları( uşaq kitab kolleksiyası daxildir)
• Maker Space : 2015-ci ilin dekabr ayından fəaliyyət göstərir –Texniki İnnovasiyalar Mərkəzi/ yaradıcı məkan: mühəndislik, texnologiya və texniki elm sahələri haqqında daha çox məlumat əldə etmək üçün innovasiyalar laboratoriyası. Xüsusi ( STEM) kitab kolleksiyası daxildir.
- Sosial Şəbəkələrdə ( Facebook,Twitter, Youtube,Instagram) Bakı Amerika Mərkəzinin bütün fəaliyyəti əks olunur.
- İştirak və xidmətlər ödənişsizdir və hamı üçün açıqdır.
Əsas İş saatları:
Bazar Ertəsi – Cümə saat 10:00 – 18:00
Müxtəlif tədbirlərlə bağlı Amerika Mərkəzi ikinövbəli iş rejimində işləyir : saat 9:00 – 21:00
(Nahar fasiləsi yoxdur, Azərbaycanın bayram günlərində bağlıdır).
Bizimlə əlaqə:
Ünvan: Rəshid Behbudov küçəsi 134 (Azərbaycan Dillər Universiteti)
Tel: (+994 12) 441 3680 / 4412279 ( daxili 124)
- Email: [email protected]
Facebook page: Baku American Center
- Website: https://americancorners.az
P.S. ABŞ Dövlət Departamentinin xususi proqramına əsasən 145 ölkədə 650 - dən çox Amerika Mərkəzləri və Guşələri fəaliyyət göstərir.