Hindi dili və mədəniyyəti mərkəzi
Hindi dili və mədəniyyəti mərkəzi 2010-cu ilin oktyabr ayından etibarən fəaliyyətə başlamışdır. 2010-2011-ci tədris ilindən Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində Hindistanşünaslıq ixtisası açılmışdır. Bununla yanaşı Azərbaycan Dillər Universiteti (ADU) ilə Hindistanın ölkəmizdəki səfirliyi arasındakı əməkdaşlığa əsasən hər il Hindistanşünaslıq ixtisası üzrə təhsil alan 1 tələbənin ICCR proqramı ilə 3 illik Hindistanda təhsil alması nəzərdə tutulmuşdur. 2012-ci ilin avqust ayında Cavid Dənziyev hind dilinin dünyanın müxtəlif ölkələrində tədris edilməsini həyata keçirən Hind Mədəni Əlaqələr Şurası (İCCR) tərəfindən təhsilini davam etdirməkdən ötrü Pune Universitetinin Nowrosjee Wadia kollecinə göndərilmişdir.
Hindistanla Azərbaycan arasında əlaqələrin güclənməsinin nəticəsidir ki, 2013-cü ilin aprel ayında əldə edilmiş anlaşmaya əsasən Tələbə Gənclər Təşkilatı nəzdində Gənc Hindistanşünaslar Assosiasiyası yaradılmışdır.
Mərkəz yarandığı vaxtdan Hindistan səfirliyi ilə sıx əlaqədə olmuşdur. Hindi dili və mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə Hindistanın Azərbaycandakı səfirliyində və ADU-da bir çox tədbirlər keçirilmişdir. 11.01.2011-ci il tarixində ADU-da Hindistanın Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Hindistan səfiri Debnat Şou iştirak etmişdir.
Mərkəzə yeni kitab və jurnallar Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gətirilir.Üzvlər kitabları bir ay müddətində pusluz istifadəyə götürə bilərlər. Mərkəzdən istifadə ödənişsizdir.
Mərkəzə üzv olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Tələbə biletinin və ya işçi kartının surəti
- İki ədəd foto şəkil
Hindi dili və mədəniyyəti mərkəzinin vəzifələri
Mərkəzin əsas vəzifəsi öz fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq hindi dili və mədəniyyətinin tədrisi və təbliği, eləcə də Azərbaycanda hindistanşünaslığı inkişaf etdirmək və hər iki ölkə arasında münasibətləri möhkəmləndirmək məqsədilə fəaliyyət göstərməkdən ibarətdir.
- Mərkəzə üzv olanların qeydiyyatının aparılması və onların resurs fondundan istifadəsinə kömək edilməsi.
- Əcnəbi hindi dili müəllimlərini ADU-nun tədris prosesinə cəlb etmək.
- Tələbələrin Hindistanda təhsil alması üçün istiqamətlər verilməsi. İTEC və İCCR proqramları haqqında tələbələri məlumatlandırmaq. Həmçinin, tələbələrin mübadilə proqramlarında iştirakını təmin etmək.
- Hindistan səfirliyindən gələn nümayəndə heyəti ilə universitet rəsmlərinin görüşünün təşkil edilməsi.
- Mərkəzə daxil olan resursların bir ay müddətində oxucuların istifadəsinə verilməsi.
- Azərbaycan və Hindistan arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədilə mədəni təbirlərin təşkili.
- Hindistanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin tələbələrlə görüşünün təşkil olunması.
- Hindistan səfirliyi tərəfindən keçirilən müxtəlif tədbirlər və seminarlara tələbələrin cəlb olunması və o tədbirlərdə iştirakı.
- Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə konfranslar, müsabiqələr, yay məktəbləri və digər mədəni tədbirlər təşkil etmək.
- Hindistandan, Rusiyadan hindi dili və digər sahələr üzrə professor və müəllimləri müxtəlif mövzular (hindi dili, arxitektura, etnoqrafiya, ədəbiyyat və s. ) üzərində leksiya vermək üçün dəvətin təşkili.
- Mərkəzdə maarifləndirici xarakter daşıyan Hindistan ilə bağlı ədəbi və elmi seminarların keçirilməsi.
- Mərkəzdə keçirilən tədbirlər haqqında ADU-nun və Hindistanın Azərbaycandakı səfirliyinin məlumatlandırılması.
- Hindi dili üzrə təhsil almış tələbələrin hindi dili səviyyəsini müəyyən etmək üçün imtahanlar təşkil etmək.
- Mərkəzə daxil olan məktub və elektron müraciətlərin vaxtında cavablandırılması.
- Hindi dili və mədəniyyəti Mərkəzinin fəaliyyəti haqqında illik hesabatların yazılması.
Hindi dili və mədəniyyəti mərkəzinin müdiri
Mirzəyeva Saidə Hüseyn qızı
Tel: (+99412) 441-22-78 (daxili nömrə: 221)
E-mail: [email protected]
Facebook səhifəsi: Hindi Language & Indian Cultural Centre - AUL