Mərkəzlər

Fransız Dili və Mədəniyyəti Mərkəzi

ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzi 5 fevral 2020 ci il tarixdən fəaliyyətə başlamışdır. Fransız dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Əsgər Zeynalovdur baş mütəxəssisi Cəmilə Xaspolatovadır. Fransız dili və Mədəniyyəti Mərkəzi yarandığı vaxtdan bu günədək öz qarşısına aşağıdakı vəzifələrin icrasını qoymuşdur:

  • tələbələrin fransız dilində ifadə və kommunikasiya bacarıqlarını təkmilləşdirmək;
  • müəllim və tələbələri pedaqoji resurslarla təmin etmək;
  • innovativ, həvəsləndirici və yeni dərslərin inkişafı üçün ləvazimatlardan (məsələn: yeni məlumat kitabçaları, didaktik bazalara müraciət), didaktik canlı qurğulardan (görüntülü konfrans, elektron kitablar, internet çalışmaları, dil laboratoriyaları) istifadə etmək;
  • Fransadan dəvət olunmuş fransız dili müəllimlərinin iştirakı ilə müxtəlif sahələr üzrə dərsləri təşkil etmək;
  • universitetin fransızdilli müəllim və tələbələrinin fransızdilli ölkələrdə təşkil olunan  konfranslar, tədbirlər və təqaüd proqramları ilə bağlı  məlumatlandırılması;

Mərkəzdə Universitetimizin bütün tələbə və müəllimləri üçün fransız dilində müxtəlif mənbələrlə (kitablar, jurnallar, dərsliklər və lüğətlər) sərbəst işləmək imkanı yaradılmışdır. Fransız dili və Mədəniyyəti Mərkəzi bir çox fransızdilli layihələrdə iştirak etmişdir. Müəllim mübadiləsinin daha geniş miqyası əhatə etməsi məqsədi ilə xaricdən müxtəlif sahələr üzrə mütəxəssislər dəvət olunmuşdur və onların təlimlərində ADU-nun müəllim və tələbələri fəal iştirak etmişdir.

Mərkəzin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov 2020-2021-ci illərdə erməni girovlarının və terroristlərinin istintaqı zamanı müxtəlif dövlət idarələrində erməni dilindən tərcüməçilik etmişdir. Ə.Zeynalov Fransanın müxtəlif dövlət qurumlarına zamanın tələbilə bağlı məktublar göndərmişdir (2021) eləcə də, Vətən müharibəsilə bağlı “Respublika” qəzetində silsilə məqalələr nəşr etdirmişdir.(17 oktyabr, 2021; 4 dekabr, 2020; 5 fevral 2021)

Xocalı faciəsi ilə bağlı (28 fevral, 2021) və B\M Fakültəsi nəzdində Fransız dili kafedrası ilə birlikdə Xocalı faciəsi ilə bağlı tədbir keçirmişdir.

Fransız dili və Mədəniyyəti, Frankofoniya Mərkəzi “Şuşa ziyalıları və Fransa” mövzusunda Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər kafedrasi ilə birlikdə fransız dilində tədbir keçirmişdir. (29 aprel, 2021)

Prof Ə.Zeynalov Türkiyənin Nijde şəhərində keçirilən konfransda “Fransız ədəbiyyatında Türk-Hun” mövzusunda məruzə ilə çıxış etmiş, bölmə sədri olmuşdur. (3-5 iyun, 2021)

3 noyabr 2021-ci il tarixdə Fransız Dili və Mədəniyyəti, Frankofoniya Mərkəzi və Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər Kafedrası ilə birlikdə, Zəfər gününə həsr olunmuş, “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirmişik. 29 oktyabr 2021-ci il tarixdə ADU-da Vətən müharibəsi ilə bağlı keçirilən Beynəlxalq konfransda bölmə sədri olmuş və “Qərəzli müsahibələr və sərt cavablar” mövzusunda geniş məzurə ilə çıxış etmişəm.

Hər il “Beynəlxalq fransız dili müəllimləri” günü münasibətilə Fransız dili və Mədəniyyəti Mərkəzi bütün fransız dilli tələbə və müəllimlərin iştirakı ilə mədəni tədbirlər keçirdir. 26 noyabr, 2021-ci il tarixdə “Beynəlxalq fransız dili müəllimləri” günü münasibətilə Fransız dili və Mədəniyyəti, Frankofoniya Mərkəzi böyük bir tədbir keçirmişdir. Tədbirdə ADU-nun Tərcümə fakültəsinin müəllimləri ilə yanaşı, Fransanın Azərbaycandaki səfirliyinin nümayəndələri Conatan Hakan Unlü və Elizabet Jüste iştirak etmişlər.

15 dekabr 2021-ci il tarixdə Fransız dili və Mədəniyyəti, Frankofoniya Mərkəzi və Maqistratura şöbəsi ilə birlikdə “Viktor Hüqo yaradıcılığı və problemlər” mövzusunda tədbir keçirmişdir.

23 fevral-29 aprel 2022 tarixlərində Frankofoniya Mərkəzi, Fransız dili və Mədəniyyəti Mərkəzi ilə birgə təşkil etdiyi fransız dili müəllimi Elizabet Jüstenin apardığı müəllim və tələbələr üçün danışıq klublar keçirilmişdir. 4 mart 2022- Frankofoniya Mərkəzi, Fransız dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə “8 mart- Beynəlxalq qadınlar günü”nə həsr olunmuş seminar keçirilmişdir.

18 mart 2022- ci il tarixdə Fransız dili və Mədəniyyəti Frankofoniya Mərkəzi ilə birgə təşkil etdiyi, dahi fransız yazıçısı Viktor Hüqonun 220 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Fransız Dili və Mədəniyyəti Mərkəzi hər il Frankofoniya həftələri çərçivəsində tələbələr arası çoxlu müsabiqə və yarışmalar keçirdir. 1 aprel 2022 - Frankoniya Mərkəzinin təşkilatçılığı ilə Frankofoniya həftələri çərçivəsində “Fransa və Azərbaycan mədəniyyəti” mövzusunda müsabiqə keçirilmişdir. 27 aprel 2022 - Fransız dili və Mədəniyyəti, Frankofoniya Mərkəzi və Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər Kafedrasının birlikdə hazırladığı “Avropa poeziya gecəsi” tədbiri keçirilmişdir.

23.11.2022-ci il tarixdə şəhid tələbə Ülvi Bünyadzadəyə həsr olunmuş tədbirdə əsas çıxışçılarından biri olmuşam.

Fransız dili və Mədəniyyəti Məkəzi, Frankofoniya Mərkəzi ilə birlikdə Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Ogüstən Üot ilə görüş  təşkil etmişdir. Bolqarıstanın Sofiya şəhərində yerləşən Frankofoniyanın İdarəetmə və Menecment üzrə xüsusi təşkilatının (ESFAM) professoru Nikola Mainetinin görüşü təşkil olunmuşdur.

Fransa Senatının heç bir əsası olmayan rüsvayçı qətnaməsinə Frankofoniya Mərkəzi ilə ilə birlikdə etiraz məktubları yazılıb göndərilmişdir (prof. Ə.Zeynalov, fil.f.d Şahismayıl Süleymanov, baş mütəxəssis C.Xaspoladova).

Bu günə kimi, Mərkəz rəhbəri və baş mütəxəssisi Mərkəzin qarşısına qoyulan məqsədləri fəal şəkildə yerinə yetirməkdədirlər.