
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
TÜRK DÜNYASI ARAŞDIRMALARI MƏRKƏZİ
2024-2025
Azərbaycan Dillər Universiteti
2024-2025
Ⅰ Türk Dünyası Araşdırmaları Mərkəzinin keçirdiyi tədbirlər:
1) Türkiyə Cümhuriyyətinin 101 illiyi 25.10.2024-cü ildə keçirildi.Cəlal İbrahimlinin moderatorluğu ilə keçirilən tədbirdə Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıçvə akad. Muxtar İmanov çıxış etdilər.
Daha sonra Yunus Əmrə İnstitutundan gələn hədiyyələr tədbirdə iştirak edən tələbələrə təqdim olundu.
2) 19.12.2024-cü ildə “Qarabağ Zəfəri və Türk dünyası” adlı tədbir Ulu öndər Heydər Əliyev adına lektoriyada keçirildi.Cəlal İbrahimlinin moderatorluğu ilə keçirilən tədbirdə giriş sözünü ADU-nun rektoru akademik Kamal Abdulla, məruzələri isə millət vəkili, tibb elmləri doktoru Rəşad Mahmudov və Milli Müdafiə Universitetinin prorektoru Nurəddin Acır etdi.
3) 17.03.2025-ci ildə Türk Dünyası Araşdırmaları Mərkəzinin İstanbul liseyi ilə qurduğu əməkdaşlıq nəticəsində Azərbaycan Dillər Universiteti İstanbul liseyi ilə birlikdə “Çanaqqala Zəfəri və Şəhidləri Anma Günü” adlı tədbirin universitetdə keçirilməsinə nail oldu.
4) 07.05.2025-ci ildə “Orxon-Yenisey və Türk Dünyası” adlı tədbir Ulu öndər Heydər Əliyev adına lektoriyada keçirildi.Cəlal İbrahimlinin moderatorluğu ilə keçirilən tədbirdə Ege Dövlət Universitetinin professoru Hatice Şirin və ADU-nun Elmi işlər üzrə prorektoru, professor Həmidə Əliyeva çıxış etdilər.
Ⅱ Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı kitablar:
1) “Atatürk deyir ki” adlı kitab 03.10.2024-cü il tarixində çap olunmuşdur.
2) “Bilgə xan sözləri” adlı kitab 25.02.2025-ci ildə çap olunmuşdur.
3) “Mikayıl Müşfik`in hayatı ve eserleri” adlı kitab 19.05.2025-ci ildə çap olunmuşdur.
4) “Türk Dünyası Əl Kitabı” proyektinin kitab olaraq çapı 2026-cı ilə planlaşdırılır.
Ⅲ Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı məqalələr:
1) Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin birgə hazırladığı “Qeyri-Səlis Məntiq və Dil-Nitq” kitabının Azərbaycan Dillər Universitetində keçirilən təqdimatı ilə bağlı Türk Dünyası Araşdırmaları mərkəzinin müdiri Cəlal İbrahimli və “Poliqlot” qəzetinin baş redaktoru Sadiq Zamanın birlikdə hazırladığı “Dilin və nitqin fəlsəfəsi qeyri-səlis məntiq işığında”adlı məqaləsi 29.12.2024-ci ildə “525-ci” qəzetdə çap olunmuşdur.
2) Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı “Atatürk deyir ki” kitabı haqqında məqalə 02.03.2025-ci ilə “Xalq” qəzetində çap olunmuşdur.
3) Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı “Bilgə xan sözləri” kitabı haqqında məqalə 08.05.2025-ci ildə “Xalq”qəzetində çap olunmuşdur.
4) Həmçinin Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı kitablar haqqında məqalələr ADU-nun rəsmi internet səhifəsində Xəbərlər bölməsində yerləşdirilib.
5) Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin hazırladığı “Heydər Əliyev və Türk Dünyası” adlı məqalə 27.05.2025 -сi ildə “Poliqlot” qəzetində çap olunmuşdur.
6) Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin hazırladığı “Ermənilərin türk millətinə qarşı törətdikləri soyqırım”, “Əli bəy Hüseynzadə (Turan) və “Ziya Göyalp və Türkçülük” adlı məqalələr “Poliqlot” və “525-ci” qəzetlərə çap üçün verilmişdir.
Ⅳ Türk Dünyası Araşdırmaları Mərkəzinin tərcümə etdiyi hekayələr:
1) 05.02.2025-ci ildə akademik Kamal Abdullanın “Qar”, “Uca dağ başında” adlı hekayələri Azərbaycan dilindən Türk dilinə tərcümə olundu.
2) 10.02.2025-ci ildə Hüseyn Nihal Atsızın “Dönüş”, “Genc erkek ve kız” adlı hekayələri Türk dilindən Azərbaycan dilinə tərcümə olunaraq, ADU -nun Multikulturalizm məsələləri üzrə müşavirliyinə təhvil verildi.
3) Akad. Kamal Abdullanın “Edam zamanını dəyişmək olmaz”, “Sağlıq” və “Səsimdən yapış” adlı hekayələri Azərbaycan dilindən Türk dilinə tərcümə olundu.
4) Prof.Dr.Kərimə Üstünovanın akad.Kamal Abdulla və prof. Rafiq Əliyevin “Qeyri-səlis məntiq və Dil-Nitq” kitabı ilə bağlı məqaləsi 01.04.2025-ci ildə Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırılmışdır.
Hekayələri Türk Dünyası Araşdırmaları Mərkəzinin mütəxəssisi Cəlal Niftəliyev tərcümə etmişdir.
5) “Atatürk Deyir ki...” kitabı Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli tərəfindən tərcümə olunmuşdur.
Ⅴ Türk Dünyası Araşdırmaları Mərkəzi və Xarici əlaqələr:
1) Türk dövlətlərinin Azərbaycandakı səfirliklərinə əməkdaşlıqla bağlı ünvanladığımız məktubların nəticəsində əlaqə qurduğumuz səfirliklər:
· Qazaxıstan səfirliyinin dəvəti üzərinə 16.05.2025-ci il tarixində Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli ilə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alem Bayel arasında görüş keçirildi.
· Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilirin dəvəti üzərinə 20.05.2025-ci il tarixində Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli ilə görüş keçirildi.
· Qırğızıstan səfirliyinin dəvəti üzərinə 21.05.2025-ci ildə tarixində Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli ilə Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mamytkanov Maksat arasında görüş keçirildi.
· 05.06.2025-ci il tarixində Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mamytkanov Maksat Azərbaycan Dillər Universitetini ziyarət etmiş və ADU-nun retoru,akademik Kamal Abdulla ilə görüşmüşdür.
· 14.07.2025-ci il tarixində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilmişdir.
2) Erasmus+ mübadilə proqramı çərçivəsində Azərbaycan Dillər Universitetinə staj üçün gələn Murat Cavlakın gördüyü işlər: 18.09.2024-16.12.2024
· Türk Dünyası Araşdırmaları Mərkəzi tərəfindən verilən “Karabağ bölgesi və Türk dünyası açısından önemi” mövzusunda araşdırmasını 3 ay ərzində tamamlayıb təhvil vermişdir.
· Murat Cavlakın Türkiyədə Azərbaycanla bağlı nəşr etdiyi yazılar: 04.05.2025-ci il Azərbaycanda “Karabağ bölgesi və Türk dünyası açısından önemi” mövzusunda apardığı araşdırmaları ilə bağlı yazısı Türk Dil Qurumu Türk dili jurnalında dərc edilmişdir.
· Murat Cavlak Azərbaycan Dillər Universitetinin rektoru akad. Kamal Abdulladan “Qeyri-səlis məntiqlə” bağlı aldığı müsahibəni 20.12.2024-cü ildə Türkiyənin İqtisadiyyat və Texnologiya Universitetinin “Bir oluş” jurnalında çap etdirmişdir.
· 21.02.2025-ci ildə Murat Cavlakın Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlidən aldığı “Türk Dünyası üzerine:İyi ki Türkçe var” müsahibəsi Türkiyənin İqtisadiyyat və Texnologiya Universitetinin “Bir oluş” jurnalında çap olunmuşdur.
3) Əlaqə qurduğumuz universitetlər:
1) 24.10.2024-cü ildə Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin Anadolu Universiteti və Azərbaycan Dillər Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmışdır.
2) 12.06.2024-cü ildə Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Qazaxıstanın L.N.Kumiliyev adına Milli Avrasiya Universiteti və Azərbaycan Dillər Universiteti arasında anlaşma memorandomu imzalanmışdır.
4)Əlaqə qurduğumuz araşdırmaçılar:
· Hacettepe Universiteti - Prof.Dr.Ali Çaylak
· Fırat Universiteti - Süleyman bəy
· Erciyes Universiteti - Prof. Dr.Atabek Kılıç
· Ege Universiteti - Prof. Dr.Metin Ekici, Prof.Dr.Haticə Şirin, Prof. Dr.Pınar Fedakar, Ədəbiyyat fakültəsi dekanı Prof. Dr.Selami Fedakar, Prof.Dr.Alimcan İnayet, Prof. Dr.Ali Erol, Prof. Dr.Mustafa Öner, Prof. Dr.Vəfa Qurbanova,Kenan Doğan
· Anadolu Universiteti - Prof. Dr.Zülfikar Bayraktar
· İzmirli yazar - Zeyneb Batumur
· 9 Eylül Universiteti - Gülmira Kuruoğlu
· Selçuk Universiteti - Prof. Dr.Onur Köksal, Rövşən Ramizoğlu
· Kapadokya Universiteti - Prof. Dr.Bahtiyar Aslan
· Dil və Sistem Vakfı rəhbəri - Rüştü Burak Eke
· Qazaxıstan Milli Avrasiya Universiteti - Kıvanç bəy
· Varşava Universiteti - prof.Danuta Chmelovskaya
· Özbəkistan Milli Elmlər Akademiyası, Ədəbiyyat İnstitutu -prof.Cabbar Eşonkun
Ⅵ Türk Dünyası Araşdırmaları Mərkəzinin iştirak etdiyi tədbirlər:
1) Türk Dünyası Araşdırmaları Mərkəzi 06.11.2024-cü ildə Yunus Əmrə İnstitutunun Beynəlxalq Muğam Mərkəzində keçirilən “Türk sənət musiqisi” tədbirində iştirak etdi.
2) 05.12.2024- cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirdən sonra Fikrət Türkmən və Cabbar müəllim ilə görüş keçirildi.
3) 18.11.2024- cü ildə Heydər Əliyev mərkəzində Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən rəsm sərgisində mərkəzin müdiri Cəlal İbrahimli iştirak etmişdir.
4) Mərkəzin müdiri Cəlal İbrahimli 03.11.2024- cü ildə Lənkəranda keçirilən “Yaşıl Dünya” adlı tədbirdə iştirak etmişdir.
5) Yunus Emre İnstitutunun keçirdiyi “Ah Bu Gönül Şarkıları” konsertində iştirak edildi.
6) K.Abdullanın “Kitabi- Dədə Qorqud- qeyri- səlis məntiq və nitq” kitabının təqdimatında iştirak edilmişdir.
7) 06.12.2024 - 20.12.2024 - cü ildə Yunus Emre İnstitutunun təşkil etdiyi “Dualı Sultan köynəkləri” adlı sərgidə iştirak edildi.
8) 13.03.2025-ci il Yunus Əmrə İnstitutunda keçirilən “Yahya Kamal-Evə Dönən Şair” adlı tədbirdə Bəşir Ayvazoğlu ilə görüşdə ADU tələbələri ilə birlikdə iştirak edildi.
9) 20.05.2025-ci il “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suverenlik və Konstitusiya:Gəncliklə Gələcəyə” mövzusunda forumda iştirak.
10) 19.05.2025-ci il tarixində keçirilən “Atatürk və Gənclik:İrəliyə baxış” tədbirində iştirak.
11) 27.05.2025-ci ildə Ⅳ Kitab Dünyası ədəbiyyat və Kitab festivalında iştirak edilmişdir.
Online qatıldığımız tədbirlər:
Özbəkistanda keçirilən “Göç ədəbiyyatı” adlı tədbirdə 25.04.2025-ci ildə online iştirak edilmişdir
Ⅶ Türk Dünyası Araşdırmaları Mərkəzini ziyarət edənlər:
1) Düzcə Universitetinin rektoru Prof.Dr. Metin Sözbir mərkəzimizi ziyarət etdi.
2) Milli Avrasiya Universitetinin professoru Kıvanç bəy mərkəzimizi ziyarət etmişdir.
3) Erciyəs Universitetinin professoru Tekin Aycan mərkəzimizi ziyarət etmişdir.
4) Bakı İstanbul liseyindən Güldərən xanım mərkəzimizi ziyarət etmişdir.
5) Yunus Əmrə İnstitunun direktoru Səlcuq bəy mərkəzimizi ziyarət etmişdir.
6) Ankara Atılım Universitetinin nümayəndəsi mərkəzimizi ziyarət etmişdir.
7) Millət vəkili,tibb elmləri doktoru Rəşad Mahmudov mərkəzimizi ziyarət etmişdir.
8) Milli Müdafiə Universitetinin prorektoru Nurəddin Acır mərkəzimizi ziyarət etmişdir.
9) Varşava Universitetindən türkoloq prof.Danuta Chmelovskaya mərkəzimizi ziyarət etmişdir.
10)Türkiyə Məzunları İctimai Birliyinin sədri Tural Əfəndiyev mərkəzimizi ziyarət etmişdir.
11)”Dent Academy” rəhbəri doktor İsgəndər mərkəzimizi ziyarət etmişdir.
12)Ege Universitetindən prof. Fikrət Türkmən mərkəzimizi ziyarət etmişdir.
13) Dəvəli şirkətinin direktoru Oruc Məmmədov mərkəzimizi ziyarət etmişdir.
14) Əlcəzairdən gələn qonaqlar mərkəzimizi ziyarət etdilər.
15) 17.04.2025-ci ildə Orhun mübadilə proqramı ilə Qırğızıstanın Manas Universitetindən ADU-ya gələn qonaqlar həmçinin mərkəzimizi də ziyarət etdilər.
16) 21.04.2025-ci il tarixində Hindistan televiziyasından gələn müxbir mərkəzdə çəkiliş apardı.
17) 05.05.2025-ci ildə Tömerden Halil Cağlar mərkəzimizi ziyarət etmişdir.
18) 05.05.2025-ci ildə Səlcuq Universitetindən prof.Onur Köksal və Rövşən Ramizoğlu mərkəzimizi ziyarət etdilər.
19) 07.05.2025-ci ildə Ege Universitetinin professoru Haticə Şirin mərkəzimizi ziyarət etmişdir.
20) 07.05.2025-ci ildə Özbəkistan Universitetinin professoru İxtiyar Yaqubov mərkəzimizi ziyarət etmişdir.
21) 23.05.2025-ci ildə T.C Gənclik və İdman Nazirliyinin Hakkaridən Azərbaycana Mədəniyyət Körpüsü layihəsi çərçivəsində Hakkari Gənclik Mərkəzindən gələn 17 nəfərdən ibarət heyət mərkəzimizi ziyarət etmişdir.
22) 11.06.2025-ci il tarixində Türkiyənin Ankara Universitetindən Strateji Gelişdirme dairə başkanlığından Barış Şahin mərkəzimizi ziyarət etmişdir.
23) 24.06.2025-ci il tarixində L.N.Kumilyev Milli Avrasiya Universitetinin Türkologiya kafedrasının müəllimi dos.Gülbəhram Ziyenbayeva mərkəzimizi ziyarət etmişdir.
24) 25.06.2025-ci ildə Kanadadan ADU-ya təhsil almaq üçün gələn bir qrup tələbə mərkəzimizi də ziyarət etmişdir.
Ⅷ Türk Dünyası Araşdırmaları mərkəzinin əlaqə qurduğu və görüşdüyü qurum və universitetlər:
Ⅰ Əlaqə qurduğumuz qurum və Universitetlər
1)Yazıçılar Birliyi- Xəyal Rza, Rəşad Məcid mətbuat şurasının sədri,Baba Vəziroğlu
2)Atatürk Araşdırma Mərkəzinin rəhbəri- Nizami Cəfərov
3)Milli Elmlər Akademiyası,Dilçilik İnstitutunun direktoru-Nadir Məmmədli
4)Milli Elmlər Akademiyası,Güney Azərbaycan şöbəsi rəhbəri- Esmira xanım
5)Bakı Dövlət Universiteti(BDU)- Cəlil müəllim
6)İqtisad Universiteti(UNEC)-prorektor Gəray Musayev
7)UNEC – prorektor Rövnəq müəllim
8)UNEC- katib- Pərviz müəllim
9)UNEC-Nəriman müəllim,Yusif müəllim
10)UNEC-dekan-Mirağa müəllim
11)Xəzər universiteti-Telman müəllim
12)Odlar Yurdu Universiteti-Vidadi müəllim
13)Türkiyə səfirliyi-Amalya xanım, Bayram bəy
14) Diaspora Komitəsi- Valeh Hacıyev
15) Yunus Əmrə İnstitutu
16)Xalq qəzeti
17)Mədəniyyət Nazirliyi
18) UNEC-Türk Dünyası İqtisad fakültəsi
19) İdarə heyətinin sədrinin müavini- Elçin Süleymanov
20) Təhsil Nazirliyi İqtisadiyyat İnstitunun şöbə müdiri- Fuad Qəmbərov
21)Milli Elmlər Akad.Şərqşünaslıq İns.şərq-qərb şöbəsinin müdiri-Məmmədəli Babaşlı
22)Şərqşünaslıq İns. Türkiyə tarixi və İqtisadiyyatı şöbəsinin müdiri-Namiq Məmmədov
23)Azərbaycan Turizm və Menecment Uni.Strateji inkişaf üzrə prorektor-Araz Aslanlı
24) Evrika liseyi
Ⅱ Görüşdüyümüz qurum və universitetlər:
1.09.04.2025- Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal müəllimlə görüş keçirildi
2.09.04.2025 Milli Elmlər Akademiyasında Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Esmira Fuadla görüş keçirildi.
3. Bakı Dövlət Universitetinin müəllimi Cəlil müəllimlə görüş keçirildi.
4. Yazıçılar Birliyinin sədr müavini, mətbuat şurasının rəhbəri Rəşad Məcidlə görüş keçirildi.
5. Millətvəkili, BDU- nun müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nizami Cəfərovla görüş keçirildi.
6. Sabiq millətvəkili Sabir Rüstəmxanlı ilə görüş keçirildi.
7. Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli ilə görüş keçirildi.
8. Xalq Qəzetindən Namiq müəllimlə görüş keçirildi.
9. İqtisad Universitetindən prorektor Gəray müəllim və Rövnəq müəllimlə görüş keçirildi.Həmçinin dekanlar,Miraqa müəllim və Yusif müəllimlə görüş keçirildi. 10.Atatürk Liseyinin direktoru Eylem Gültekinlə görüş keçirildi.
Azərbaycan və Türk iş adamları və digər önəmli dövlət qurumları ilə əlaqə qurulmuşdur.
Ⅸ Türk Dünyası Araşdırmaları Mərkəzinin 2025-2026-cı illərdə görəcəyi işlər:
1)Türk Dünyası Əl kitabı.
2)Türk Dünyası ilə bağlı yazılardan ibarət toplu.
3)Qarabağ zəfəri və Türk Dünyası adlı tədbirin keçirilməsi
4)Türk Dövlətlərinin müstəqillik günləri ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
5)Türk Dünyasının tanınmış şəxsləri və dastanları haqqında tədbir keçirmək.
6)Türk Dünyası kitab sərgisində iştirak etmək.
7)Türk dünyası Araşdırmaları mərkəzinin nəşr etdirdiyi “Atatürk deyir ki”,”Bilgə xan sözləri”,”Mikayıl Müşfik`in hayatı ve eserleri” adlı kitabların təqdimatını keçirtmək.
8)Erasmus və Orhun mübadilə proqramı ilə gələn tələbələrə mövzu vermək: 1.Ermənilərin Türk millətinə qarşı törətdiyi soyqrımlar.
2. Heydər Əliyev və Türk Dünyası.
9)Türk dövlətləri təşkilatının tərkibində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyası ilə əlaqə qurulması nəzərdə tutulur.
10)”Divani - lüğatit və Türk Dünyası”,”Kutadgu bilig ve Türk dünyası”,” Mühakəmət-ül Lüğəteyn və Türk dünyası” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
2025/2026-cı tədris ili
Ⅰ. Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universiteti və Türkiyənin Anadolu Universiteti,Qazaxıstanın Milli Avrasiya Universiteti ilə bağlanan müqaviləyə əsasən əməkdaşlıq çərçivəsində dəvət olunan araşdırmacılar:
· L.N.Qumilyev Avrasiya Milli Universitetinin Türkologiya kafedrasının müəllimi dos.Gülbəhram Ziyenbayeva öz istəyi və hesabına 23-27 iyun 2025 tarixləri arasında Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzi ilə iş birliyi və ortaq çalışmalar aparılması məqsədi ilə Mərkəzimizə dəvət olunmuşdur.
· Anadolu Universiteti Ədəbiyyat Fakültəsi prof.Zülfikar Bayraktar və dos.Ebru Özgün öz istəyi və hesabına 13-21 iyul 2025 tarixləri arasında “Molla Nəsrəddin Jurnalı” üzərində çalışmalar etmək üçün Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinə dəvət olunmuşdur.
Ⅱ. Türk Dünyası Araşdırmaları Mərkəzinin hazırladığı məqalələr:
1.Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin “Atatürk deyir ki..” əsəri haqqında yazı Türk Dil Qurumunun “Türk Dili”jurnalında dərc olunmuşdur.
2. Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin hazırladığı “Kaşqarlı Mahmut Yolu və Türk Dünyası” adlı məqaləsini Murat Cavlak Türkiyə türkcəsinə uyğunlaşdıraraq Kelam jurnalında çap etdirmişdir.
3. İİTKM-nin təşkilatçılığı ilə keçirilən Ⅱ Türk Ticarət sərgisi və forumunda Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin iştirakı ilə bağlı yazı ADU-nun rəsmi saytında çap olunmuşdur.
Ⅲ. Türk Dünyası Araşdırmaları Mərkəzini ziyarət edənlər:
1. 15.07.2025 ci il tarixində Anadolu Universiteti Ədəbiyyat fakültəsinin professoru Zülfikar Bayraktar ve dosent Ebru Özgün mərkəzimizi ziyarət etmişdir.
2. 05.08.2025-ci il tarixində Türkiyənin Kapadokya Universitetinin Türk dili və Ədəbiyyatı bölümü başkanı Prof.Dr. Bahtiyar Aslan mərkəzimizi ziyarət etmişdir.
3. 15.08.2025-ci il tarixində Pakistanlı yazıçı Əşfar Həsən xan mərkəzimizi ziyarət etmişdir.
4.24.09.25- ci il tarixində Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin Farsca mürtecim və Tercümanlık bölümündən Aysel Yıldız mərkəzimizi ziyarət etmişdir.
5.24.09.25-ci il tarixində Türkiyənin Sivas Cümhuriyyet Universitetinin Alman dili ve Edebiyatı bölümündən Dr.Ögr.Üyesi Ayşegül Aycan mərkəzimizi ziyarət etmişdir.
6.24.09.25-ci il tarixində Türkiyənin Sakarya Universitetindən İnsan ve Toplum bilimleri fakültəsi,Alman dili ve Edebiyatı bölüm başkanı Prof.Dr.Muharrem Tosun mərkəzimizi ziyarət etmişdir.
7.25.09.25-ci il tarixində Moskva Dövlət Universiteti Dilçilik bölümündən dosent Larisa Safranova mərkəzimizi ziyarət etmişdir.
8.25.09.25-ci il tarixində Türkiyənin Səlcuk Universitetinin Tərcümə bölüm başkanı Prof.dr.Onur Köksal mərkəzimizi ziyarət etmişdir.
9. 25.09.25-ci il tarixində Türkiyənin Səlcuk Universitetinin Tərcümə bölümündən Rövşən Ramizoğlu mərkəzimizi ziyarət etmişdir.
Ⅳ.Türk Dünyası Araşdırmaları Mərkəzinin iştirak etdiyi tədbirlər:
1.12.06.25-ci il tarixində Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli İİTKM-in təşkilatçılığı ilə Bakıda keçirilən Ⅱ Türk Ticarət və İnvestisiya Sərgisi və Forumunda məruzəçi kimi iştirak etmişdir.
2.26.09.25-ci il tarixində Bakı Yunus Əmrə İnstitunun təşkilatçılığı ilə Türk kino günləri ilə əlaqədar keçirilən tədbirdə Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli,mərkəz əməkdaşları və ADU-nun tələbələri iştirak etmişdir.
3. 30.09.25-ci il tarixində AMEA Rəyasət heyətinin binasında AMEA və Türk dil qurumunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Dünəndən bugünə Türkoloji Qurultay:Ümumtürk Humanitar Elmi fikrinin 100 ili və perspektivləri”adlı konfrans keçirilmişdir.Konfransda AMEA Rəyasət heyatinin dəvəti ilə ADU Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlidə iştirak etmişdir.
4. 06.10.2025-ci il tarixində Bakı Yunus Əmrə İnstitunun təşkilatçılığı ilə Türkiyəli yazar,oyuncu Bahadır Yenişehirlioğlu ilə görüş keçirilmişdir.Yunus Əmrə İnstitunun dəvəti ilə TDAM nin əməkdaşlari ADU tələbələri ilə birgə tədbirdə iştirak etmişdir.
Ⅴ Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin 1-15 oktyabr 2025-ci il tarixlərində Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində iştirakı zamanı gördüyü işlərin:
Hesabatı
1. C.İbrahimli 03.10.2025-ci il tarixində Ege universitetinin Ədəbiyyat fakültəsinin dekanı Prof.Dr.Selami Fedakar ilə görüşüb. Görüş zamanı Türk Dünyası Araşdırmaları Mərkəzi ilə Ege Universiteti arasında əməkdaşlıq imkanları,birgə layihələrin həyata keçirilməsi və gələcək işbirliyi perspektivləri müzakirə olunub.
2. C.İbrahimli 06.10.2025-ci il tarixində Türk Dünyası Araşdırmaları İnstitutu,Türk Dünyası Ədəbiyyatları bölümündən Doç.Dr.Ferah Türker İlter, Xalq Ədəbiyatı bölümündən Prof.Dr.Alimcan İnayet, Ege Universiteti Ədəbiyyat bölümündən Prof.Dr.Hatice Şirin və tanınmış alim Prof.Dr.Metin Ekici ilə görüşmüşdür.Cəlal İbrahimli Mərkəzin artıq gördüyü işlər və üzərində çalışdığı layihələr haqqında geniş məlumat verib,bu istiqamətdə əldə olunan nəticələri bölüşüb.
3. Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli 09 oktyabr 2025-ci il tarixində Ege universiteti Türk Dünyası Araşdırmaları İnstitutu və Orhun Koordinatorluğunun təşkilatçılığı ilə “Türk Dünyasının Dünəni,Bu günü və Gələcəyi” adlı keçirilən tədbirdə çıxış etmişdir.Türk Dünyasının dünəni,bugünü və gələcəyi ilə bağlı fikirlərini konfrans iştirakçılarına çatdırmışdır.Cəlal İbrahimli tarixi şəxsiyyətlər və əsərlərindən yola çıxaraq,onların bizə verdiyi mesajlardan dərs çıxarmağımızı və bu dəyərlərlə Türk dünyasının birliyi yolunda hansı addımları atacağımızı çıxışında qeyd etmişdir.
4. Cəlal İbrahimli 07.10.2025-ci il tarixində Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Prof.Dr.Abdullah Temizkan ilə görüşüb.Cəlal İbrahimli Mərkəzin Türk Dünyasının ortaq tarixi,mədəniyyəti və dili istiqamətində gördüyü işlərdən,eləcə də “Türk Dünyası Dil,Film ve Çeviri Projesi”,”Kaşgarlı Mahmud yolu ve Türk Dünyası” və “Türk Dünyası Əl kitabı” kimi layihələrin məqsəd və əhəmiyyətindən bəhs edib.Görüş zamanı iki qurum arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.Tərəflər gələcəkdə birgə elmi layihələrin həyata keçirilməsi,ortaq simpozium ve konfransların təşkili,həmçinin alim və tədqiqatçılar arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
5. Cəlal İbrahimli 10.10.2025-ci il tarixində Türk Dünyasının görkəmli alimi,folklorşünas,Ege Universitetinin professoru,Türk Dünyası Araşdırmaları İnstitutunun qurucusu Prof.Dr.Fikret Türkmen ilə görüşmüşdür.Görüş zamanı Cəlal İbrahimli Türk Dünyası Araşdırmaları Mərkəzinin fəaliyyəti,həyata keçirilən elmi və mədəni layihələr barədə ətraflı məlumat verib. Xüsusilə “Türk Dünyası Dil,Film ve Çeviri Projesi”, ”Kaşgarlı Mahmud yolu ve Türk Dünyası” və “Türk Dünyası Əl kitabı” kimi mühüm layihələr, həmçinin Mərkəzin nəşr etdiyi kitabların türk xalqları arasında ortaq elmi və mədəni əlaqələrin inkişafına verdiyi töhfələr qeyd olunub.Bu görüş çərçivəsində Mərkəz tərəfindən nəşr olunan kitablar Ege Universiteti,Türk Dünyası Araşdırmalar İnstitutunun nəzdində Prof.Dr.Fikrət Türkmən kitabxanasına hədiyyə edilib.Fikrət Türkmən Türk Dünyası Araşdırmaları Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək,bu əməkdaşlığın ortaq hədəflərin reallaşmasına xidmət edəcəyini vurğulayıb.
6. Cəlal İbrahimli 09.10.2025-ci il tarixində Ege Universiteti,Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri,Prof.Dr.Abdullah Temizkan,Türkiyənin dəyərli iş adamı,Orhun koordinatorunun müavini Kenan Doğanın dəvəti üzrə İzmir Fövqəladə Hallar İdarəsinin xilas etmə proqramına qatılan könüllülərin fəaliyyətini izləmişdir.
7. Cəlal İbrahimli 02.10.2025-ci il tarixində Ege Universiteti,Türk Dünyası Araşdırmaları İnstitutunun professoru Prof.Dr.Vefa Kurban və İzmir Azərbaycan dərnəyinin rəhbəri Pərviz Altay ilə görüşmüşdür.
8. 10.10.2025-ci il tarixində Türkiyənin iş adamı,Orhun proqramının koordinatorunun müavini,Ege Universiteti,Türk Dünyası Araşdırmaları İnstitutunun müəllimi Kənan Doğanın rəhbərlik etdiyi Türk Dünyası Kültür və Mədəniyyət Dərnəyində Türk Dövlətlərindən gələn tələbələrlə görüş keçirildi.
9. Səfər çərçivəsində Cəlal İbrahimli 08.10.2025- ci il tarixində İzmir Konak İcra hakimiyyətinin şöbə müdiri Mehmet Aksoy,İş adamı Hafiz Karabulut,İzmir Ticarət Odası Təhsil və Sağlamlıq Vəqfi İdarə Heyətinin sədri Erol Eroğlu və İzmir İcra hakimiyyəti,Türk Dünyası keçmiş koordinatoru Fatih Ünal ilə görüşmüşdür.Görüş zamanı Cəlal İbrahimli gördüyü işlər və fəaliyyəti haqqında məlumat vermişdir.
Ⅵ Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli 24 oktyabr-01 noyabr 2025-ci il tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən Beynəlxalq Elmi Konfransda iştirak etmişdir.
Əlavə
3. Türk Dünyası Araşdırmaları Mərkəzini ziyarət edənlər:
10. 24.11.2025-ci il tarixində İtaliyanın Universiya La Sapienza di Roma universitetindən doktorant Mario Soldaini mərkəzimizi ziyarət etmişdir.
11. 08.12.2025-ci il tarixində Şərqi Qazaxıstan Dövlət Universitetindən Qazax dili və ədəbiyyatı bölümündən professorlar Kartayeva Ayjan Maratbekovna,Biyarov Berdibek Nuraldinoviç və dosentlər Barbosınova Karlıqaş Türkestanovna, Kayırbayeva Jazira Küatbekovna mərkəzimizi ziyarət etdilər.
12.28.01.2026-cı il tarixində Uluslararası Alatoo Universiteti,Fakültələr Arası Dövlət dərsləri bölüm başkanı,Türk dili müəllimi Dr.Elnura Usupova mərkəzimizi ziyarət etmişdir.
4. Türk Dünyası Araşdırmaları Mərkəzinin iştirak etdiyi tədbirlər:
5. 22.10.2025-ci il tarixində Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli və mərkəzin əməkdaşları Bakı Yunus Əmrə İnstitutunun rəsmi dəvəti ilə İstiqlal Muzeyində keçirilən “Çanaqqala Döyüşlərinin 110-cu ildönümündə Cəbhədən fotolarla Çanaqqala Döyüşləri panel və sərgisində iştirak etmişdirlər.
6. 27.10.2025-ci il tarixində Bakı Yunus Əmrə İnstitutunda Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı ilə görüş keçirilmişdir. Yunus Əmrə İnstitutunun dəvəti ilə görüşdə mərkəzin əməkdaşlarıda iştirak etmişdir.
7. 29.10.2025-ci il tarixində ADU Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının tələbə və müəllim heyətinin iştirakı ilə Türkiyə Cumhuriyyətinin qurulmasının 102 -ci il dönümü münasibəti ilə tədbir keçirildi.Tədbirdə dəvət üzrə Türk Dünyası Araşdırmaları mərkəzinin əməkdaşları iştirak etdi.
8. 14.11.2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xəyal Rzanın “Allaha Salam” filminin təqdimatı keçirilib.Tədbir Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünə həsr olunub.Yazıçılar İttifaqının dəvəti ilə tədbirdə Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlidə iştirak etmişdir.
9. 20.11.2025-ci il tarixində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə “Yeni Klinika”da dünya şöhrətli cərrah,dəyərli alim,milli məfkurəli ziyalı,əslən Qazax rayonundan olan İstanbul Universitetinin sabiq professoru İbrahim Yıldırımın əziz və işıqlı xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.Yeni klinikanın rəsmi dəvəti ilə Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli də tədbirdə iştirak etmişdir.
10. Konfutsi İnstitutunun dəvəti ilə Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli 24.12.25-ci ildə ADU-da keçirilmiş “Azərbaycan-Çin.Prezident Salnaməsi (2003-2025-ci illər) kitabının təqdimat mərasimində iştirak etmişdir.
11. 27.02.2026-cı il tarixində Türk Dünyası Araşdırmaları mərkəzinin rəhbəri Cəlal İbrahimli Yunus Əmrə İnstitutunun rəsmi dəvəti ilə Türkoloji qurultayın 100-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmişdir.
12. 03.03.2026-cı il tarixində Türk Dünyası Araşdırmaları Mərkəzi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə tələbə debat yarışı keçirilmişdir.
13. 16.03.2026-cı il tarixində Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Bakı İstanbul Liseyinin rəsmi dəvəti ilə Çanakkale Deniz Zaferinin 111.Yıl Dönümü ve Şehitleri Anma Programında iştirak etmişdir.
6. Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli 24 oktyabr-01 noyabr 2025-ci il tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən Beynəlxalq Elmi Konfransda iştirak etmişdir.
1. Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli 27.10.2025-ci il tarixində Ahmet Bican Ercilasun rəhbərlik etdiyi Türkiyənin Ankara şəhərində Türk Kültürü Araşdırma İnstitutunun təşkilatçılığı ilə keçirilən Azərbaycan Dillər Universitetinin rektoru,akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş Türk Dünyası Yazarları Ⅰ Beynəlxalq Simpoziumunda iştirak etmişdir.
2. Cəlal İbrahimli Ankara şəhərində yerləşən Kafkasya Stratejik Araşdırmaları Mərkəzində görüş çərçivəsində KAFKASSAM rəhbəri Prof.Dr.Hasan Oktay,Genel Sekreter Şeref Öz və İran Araşdırmaları uzmanı Murat Cavlakla Türk Dünyasının Dünəni,Bugünü və Gələciyi haqqında müzakirə aparmışdır və mərkəzin gördüyü işlər haqqında məlumat vermişdir.
3. Ankara ziyarət çərçivəsində,Azərbaycan Dillər Universitetinin müdiri Cəlal İbrahimli,T.C. Cumhurbaşkanlığı Millət Kitabxanasını ziyarət etmişdir.
7. Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Cəlal İbrahimlinin hazırladığı Türk Dünyası Əl Kitabı proyektindən mövzular mərkəzin əməkdaşlarına iş bölgüsü olaraq verilmişdir.
(Türk Dünyası Əl Kitabı proyekti -2025/2026)
Mövzular:
1. Türk Dünyasında bəstəkarlar-Niftəliyev Cəlal
2. Türk Dünyasında milli abidələr-Ağaməmmədova Firuzə
3. Türk Dünyasında milli yeməklər-Abdullayeva Fatimə
4. Türk Dünyasında dastanlar-Cəfərova Türkan
5. Türk Dünyasında idman növləri- Musayeva Tamara
6. Türk Dünyasında şairlər- Niftəliyev Cəlal
7. Türk Dünyasında dilçilər- Ağaməmmədova Firuzə
8. Türk Dünyasında milli musiqi alətləri- Musayeva Tamara
9. Türk Dünyasında Milli Bayramlar- Abdullayeva Fatimə
10. Türk Dilinin qolları-Cəfərova Türkan
11. Türk Dünyasında qəzet və jurnallar-Cəfərova Türkan
12. Türk Dünyasında alimlər-Niftəliyev Cəlal
13. Türk Dünyasında dövlət xadimləri- Ağaməmmədova Firuzə
14. Türk Dünyasında ədiblər- Ağaməmmədova Firuzə
8. Mərkəzin əməkdaşalrı tərəfindən hər həftə Türk Dünyası Aydınları ilə bağlı yazılar hazırlanır və mərkəzin facebook,instagram səhifəsinə yerləşdirilir.
9. Türk Dünyası Araşdırmaları Mərkəzin rəhbəri Cəlal İbrahimli tərəfindən hazırlanan layihələr:
1.Türk Dünyası Əl Kitabı. Bu layihəmiz universitet rəhbərliyi tərəfindən təsdiqlənmişdir.
2.Kaşgarlı Mahmud Yolu və Türk Dünyası. Bu layihəmiz universitet rəhbərliyi tərəfindən təsdiqlənmişdir.
3.Türk Dünyası dil,film və çeviri projesi
4.Heydər Əliyev və Türk Dünyası layihəsi. Bu layihəmiz universitet rəhbərliyi tərəfindən təsdiqlənmişdir.
10. Türk Dünyası Araşdırmaları Mərkəzinin keçirdiyi tədbirlər:
1. 26.11.2025-ci il tarixində ADU Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Kaşğarlı Mahmud Yolu və Türk Dünyası” adlı dəyirmi masa keçirilib.
2. 13.02.2026-cı il tarixində Türk Dünyası Araşdırmaları Mərkəzi Evrika liseyi ilə birlikdə “Heydər Əliyev və Türk Dünyası” adlı tədbiri Evrika liseyində keçirmişdir.
3. 13.03.2026-cı il tarixində ADU –nun Ulu Öndər Heydər Əliyev lektoriyasında Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Türk Dünyasının dünəni,bugünü,gələcəyi” adlı tədbir keçirilmişdir.
11. Türk Dünyası Araşdırmaları Mərkəzinin gördüyü ümumi işlərlə bağlı 2024-2026-cı illərdə mərkəzin rəhbəri Cəlal İbrahimlinin sədrliyi,mərkəzin əməkdaşlarının iştirakı ilə iclaslar keçirilmişdir.Keçirilən iclasların nəticəsində 15 protokollar tərtib edilmişdir.
12. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin 2025/2026-cı illərdə layihə mahiyyətli keçirəcəyi tədbirlər “Türk Dünyasının Dünəni,Bugünü,Gələcəyi” adı altında mövzular əlavə edilərək keçiriləcəkdir.
“Türk Dünyasının Dünəni,Bugünü,Gələcəyi”
1.Türk Dünyasında Qadınlar
2. Türk Dünyasında Dastanlar
3. Türk Dünyasında Milli Yeməklər
Türk Dünyası Araşdırmaları mərkəzinin 02.04.2026-cı ildən etibarən gördüyü işlər
1. 02.04.2026 il tarixində Cəlal İbrahimli ilə Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan arasında görüş keçirilmişdir. Yunus Əmrə inistitutunda keçirilən görüşdə birgə əməkdaşlıq və görüləcək işlərlə bağlı məsələlər müzakirə edilmişdir.
2. 31.03.2026-ci il tarixində Qırğızıstan-Türkiyə Manas Universitetinin nümayəndələri Dr. Nurgul Karybekova və Gulnara Baygobılova mərkəzimizi ziyarət etmişdir. Mərkəz rəhbəri Cəlal İbrahimli qonaqlara mərkəzin gördüyü işlər, tərcümə etdiyi kitablar, Türk Dünyası ilə bağlı keçirtdiyi tədbirlər və hazırladığı layihələr haqqında məlumat vermişdir. Görüş zamanı gələcəkdə birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Qonaqlara mərkəzin hazırladığı kitabları hədiyyə etmişdir.
3. 07.04.2026 tarixində Türk Dünyası Araşdırmaları mərkəzinin müdiri Cəlal İbrahimli Nəriman Nərimanov adlı muzeyin rəhbərinin dəvəti ilə muzeyə getmişdir. Görüşdə “Nəriman Nərimanov və Türk Dünyası” adlı tədbirin birgə keçirilməsi haqqında danışıqlar aparılıb.
4. 09.04.2026 tarixində ADU Türk dünyası Araşdırmaları mərkəzinin təşkilatçılığı ilə Universitetin rektoru akademik Kamal Abdullanın Yunus Əmrə İnistitutunun Azərbaycan üzrə koordinatoru Gokhan Seyhanla görüş keçirilib.
5. Türkoloji Qurultayın 100 illiyi: “Tarix və Müasir Çağırışlar” mövzusunda Elmi-Praktik Konfransın materialları jurnalında Türk Dünyası Araşdırmaları mərkəzinin rəhbəri Cəlal İbrahimlinin “Atatürkün Günəş Dil Gerçəkliyi” adlı məqaləsi çap olunmuşdur.
6. 14.06.2026 tarixində Yunus Əmrə İnistitutunda keçirilən “Bir Devir üç Veli: Ahi Evren, Hacı Bektaş Veli, Yunus Əmrə” adlı tədbirdə Türk Dünyası araşdırmaları mərkəzinin rəhbəri və mərkəzin əməkdaşı Cəfərova Türkan iştirak etmişdirlər.
7. 16.04.2026 tarixində Qazaxıstanın “Toraighyrov Universiteti”nin fəlsəfə kafedrasının professorları Gulsara Kappasova, Meiramgul Altybassarova və Gulnara Sultanova mərkəzimizi ziyarət etmişdirlər.
8. 16.04.2026 tarixində Dünya Gənc Türk Yazarlar birliyinin sədri İntiqam Yaşar Türk Dünyası araşdırmaları mərkəzini ziyarət etmişdir. Mərkəzin rəhbəri Cəlal İbrahimli ilə keçirilən görüşdə görülən işlər, Türk dünyası ilə bağlı keçirilən tədbirlər, hazırladığı lahiyələri və kitablar haqqında məlumat verilmişdir. Görüş zamanı gələcəkdə keçiriləcək birgə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilmişdir.
9. 25.04.2026 tarixində Türk Dünyası Araşdırmaları mərkəzinin müdiri Cəlal İbrahimli “Uluslararası Medya İş Birliği Azərbaycan Konfransı I Beynəlxalq Media İş Birliği konfransında” rəsmi dəvət üzərinə iştirak etmişdir.
10. 24.04. 2026 tarixində Türk dünyası Araşdırmaları Mərkəzi Yunus Əmrə inistitutut və Nəriman Nərimanov xatirə muzeyi ilə birlikdə Yunus Əmrə inistitutunda “Nəriman Nərimanov və Türk Dünyası” adlı tədbir keçirilmişdir. Tədbirdə Türk Dünyası araşdırmaları mərkəzinin rəhbəri Cəlal İbrahimli, Yunus Əmrə inistitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan, Nəriman Nərimanov adına xatirə muzeyinin rəhbəri Ləman Hüseynova, tarix elmləri doktoru, ictimai-siyasi xadim Həsən Həsənov, Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi çıxış etdilər.
11. 28.04.2026 tarixində Türk Dünyası araşdırmaları mərkəzinin müdiri Cəlal İbrahimli və mərkəzin əməkdaşı Türkan Cəfərova Türkmənistanın Azərbaycandakı Səfirliyinin rəsmi dəvəti üzərinə səfirliyi ziyarət etmişlər. Ziyarət çərçivəsində səfir Gurbanmammet Elyasov, səfirliyin 3-cü katibi Şirin Batyrova ilə mərkəz rəhbəri Cəlal İbrahimli arasında ümumi görüləcək işlərlə bağlı danışıqlar aparılmışdır.
12. 30.04.2026 tarixində Türk Dünyası araşdırmaları mərkəzinin rəhbəri Cəlal İbrahimli Xətai rayonu 260 saylı məktəbdə “Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirmişdir. Tədbirdə xalq şairi Sabir Rüstəmxanlı, Xətai rayon icra hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələləri şöbəsinin müdiri Pənah İmanov, millət vəkili Ziyad Səmədov, Yunus Əmrə İnistitututnun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan iştirak etmişdir.
13. Türk Dünyası Araşdırmaları mərkəzinin müdiri Cəlal İbrahimli 01.05.2026 tarixində Xəzər Universitetində keçirilən “2-ci Türk Tamğalarını çağdaşlaştırma çalışmaları” adlı konfransda iştirak etmişdir.
14. 01.05.2026 tarixində Türk Dünyası Araşdırmaları mərkəzinin rəhbəri Cəlal İbrahimli “Söz Körpüsü” layihəsinin təşkil etdiyi Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecədə Sabir Rüstəmxanlının dəvəti üzrə iştirak etmişdir.
15. 01.05.2026 tarixində Qazaxıstanın “Toyrayqırov” Universitetinin Strateji inkişaf, beynəlmiləlləşmə və rəqəmsallaşma üzrə İdarə heyətinin üzvü, prorektoru Aubəkirova Səltənət, Beynəlxalq əməkdaşlıq departementinin direktoru Alqazinova Aydana, Qazaxıstanın “Atrau” Universitetinin Strateji inkişaf və beynəlmiləlləşdirmə şöbəsinin mütəxəssisi Sabir Madiyar Şayximenuli mərkəzimizi ziyarət etmişdirlər. Görüş zamanı mərkəzin rəhbəri Cəlal İbrahimli qonaqlara mərkəzin gördüyü işlər, Türk Dünyası ilə bağlı keçirdiyi tədbirlər, hazırladığı layihələri haqqında məlumatlar vermiş və mərkəzin hazırladığı kitablardan hədiyyə etmişdir. Gələcəkdə həyata keçiriləcək birgə əməkdaşlıq haqqında danışıqlar aparılmışdır.
16. 05.05.2026 tarixində Yunus Əmrə İnistitutunda “Ortak Kültür, Ortak Miras” adlı tədbir keçirilmişdir. Mərkəzin rəhbəri Cəlal İbrahimli tədbirdə çıxış etmişdir. Tədbirin sonunda Cəlal İbrahimli mərkəzin tərcümə etdiyi kitabları tədbirin təşkilatçısı Ərzurum Diplomatiya araşdırmalar mərkəzinin rəhbərini Ergün Enginə hədiyyə etmişdir.
Mərkəzin strukturu haqqında:
İbrahimli Cəlal Ağarza oğlu – müdir, 1 ştat
Ağaməmmədova Firuzə Paşa qızı – mütəxəssis, 1 ştat
Niftəliyev Cəlal Xalid oğlu – mütəxəssis, 1 ştat
Musayeva Tamara Ramiz qızı- mütəxəssis, 1 ştat
Cəfərova Türkan Xalid qızı – assistent, 1 ştat
Əlaqə:
Ünvan: Azərbaycan Dillər Universiteti, Rəşid Behbudov 134.
əsas bina, 4 -cü mərtəbə
E-mail: [email protected]
Əlaqə nömrəsi: +994 55 203 45 00
Facebook:Türk Dünyası Araşdırmaları mərkəzi
İnstagram: turk_dunyasi_arastirmalari


















































