Qaydalar, təlimatlar

“Təsdiq edirəm”

Azərbaycan Dillər Universitetinin

rektoru akad. K.M.Abdullayev _________

Elmi Şuranın “25” dekabr 2024-cü il

tarixli iclasının qərarı ilə təsdiq

edilmişdir (protokol №41).

 

 

Azərbaycan Dillər Universiteti akademik heyətin reytinq qiymətləndirilməsi haqqında

 

TƏLİMAT

 

 

1. Ümumi müddəalar.

1.1. Azərbaycan Dillər Universitetində professor-müəllim heyətinin reytinq qiymətləndirilməsinin məqsədi ATM-də keyfiyyətli tədrisə, dayanıqlı akademik mühitə, elmi-tədqiqat və yaradıcılığa xidmət edən, rəqabətlilik və hesabatlılıq prinsiplərini özündə ehtiva edən mühit yaratmaqdır.

1.2. Təlimat öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Elm haqqında” Qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, digər müvafiq qanunvericilik aktlarını, Azərbaycan Dillər Universitetinin Elmi şurasının qərarlarını, professor-müəllim heyətinin peşə səriştəliliyini artırmaq məqsədilə keyfiyyət təminatı üzrə beynəlxalq standart və təlimatları rəhbər tutur.

1.3. Akademik heyətin reytinq qiymətləndirilməsi ATM-in Keyfiyyətin təminatı və monitorinq şöbəsi və onun tərkibində yaradılmış işçi qrup tərəfindən aparılır. 

1.4. Reytinq qiymətləndirilməsi akademik heyətin 1 (bir) illik fəaliyyətini əhatə edir və ATM-in 2021-2026-ci illər Strateji-İnkişaf Planından irəli gələn məsələləri özündə ehtiva edir.

 

 

2. Reytinq qiymətləndirilmənin aparılması.

2.1. Azərbaycan Dillər Universitetində akademik heyətin reytinq qiymətləndirilməsi haqqında təlimatdan irəli gələn tələblərin icrası Keyfiyyətin təminatı və monitorinq şöbəsi və onun tərkibində yaradılmış İşçi qrup tərəfindən aparılır.

2.2. Akademik heyət haqqında məlumatlar Keyfiyyətin təminatı və monitorinq şöbəsinin əməkdaşları və ATM-də fakültələr və kafedralar üzrə təyin olunmuş koordinatorlar tərəfindən sistemləşdirilir.

2.3. Akademik heyətin professional inşikafı və elmi nailiyyətləri haqqında məlumatlar cari tədris ilinin Dekabr ayının 1-nə qədər toplanılır.

2.4. Professor-müəllim heyəti haqqında toplanmış sənədlər ilin sonunadək (20-25 dekabra qədər) Keyfiyyətin təminatı və monitorinq şöbəsi və onun tərkibində yaradılmış İşçi qrup tərəfindən təhlil olunur. 

2.5. Təhlil olunmuş sənədlər əsasında hazırlanmış nəticələr haqqında KTM şöbəsi tərəfindən Elmi Şurada Rektora hesabat verilir.

2.6. Hesabatdan irəli gələn məsələlər yeni təqvim ilindən (yanvarın 1-dən) etibarən professor-müəllim heyətinin əməkhaqqı cədvəlində stimullaşdırma xarakterli artımlar üçün Kadrlar Şöbəsinə təqdim olunur.

2.7. Professor-müəllim heyətinin əməkhaqqı cədvəlində stimullaşdırma xarakterli artımlar Rektorun Maliyyə işləri üzrə müşaviri ilə razılaşdırlmış qaydada həyata keçirilir və Elmi şurada təsdiq olunur.

 

 

3. Qiymətləndirmə.

3.1. Akademik heyətin reytinq qiymətləndirilməsi 100 (yüz) ballıq sistemlə qiymətləndilir. Ballar üzrə 4 (dörd) kateqoriya müəyyənləşir.

A kateqoriyası- 81-100 bal

B katerqoriyası- 61-81 bal

C kateqoriyası- 51-61 bal

D kateqoriyası- 50 baldan aşağı – Müəllimin reytinqi kifayət etmir.

3.2. Akademik heyətin reytinq qiymətləndirilməsi əsasən cari ilin nəticələrinə görə hesablanır.  Ötən ilin reytinqi cari ilin reytinqinin 15% ni təşkil edir.

R – Reytinq                              CR – Cari reytinq

ÖR – Ötən ilin reytinqi           R= CR*0.85+ ÖR*0.15

 

 

4. Yekun müddəalar.

4.1. Akademik heyətin reytinq qiymətləndirilməsi üzrə differensiallaşdırma meyarları Azərbaycan Dillər Universitetinin Keyfiyyətin təminatı və monitorinq şöbəsi tərəfindən hazrılanır və Elmi şurada təsdiq olunur.

4.2. Meyarlar 1 (illik) tədris ilini əhatə edir və ehtiyac yarandığı təqdirdə Elmi Şuranın qərarı ilə təlimata dəyişiklik edilə və təkmilləşdirilə bilər.

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ AKADEMİK HEYƏTİN REYTİNQ QİYMƏTLƏNDİRİLMƏSİ

Nəzarət göstəricisinin adı

Bal

Faktiki reytinq

ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ

40

 

1

Elmi dərəcə və ad

1

Elmlər doktoru

4

 

2

Fəlsəfə doktoru

3

 

3

Professor

4

 

4

Professor əvəzi

2

 

5

Dosent

2

 

6

Dosent əvəzi

1

 

2

 

Elmi məqalələrin dərci

 

1

Web of Science və Scopus bazasına daxil olan jurnal­larda (Q1-Q2 kateqoriyaları)

3

 

2

Web of Science və Scopus bazasına daxil olan jurnal­da (Q3-Q4 kateqoriyaları)

2

 

5

Digər indeksli beynəlxalq jurnallarda  (jurnal, elektron və arxiv.org preprint şəklində)

2

 

6

AAK-ın tövsiyyə etdiyi ölkədaxili jurnallar

1

 

7

Digər yerli nəşrlər

1

 

3

Beynəlxalq elmi konfranslarda dərc olunmuş məruzələr (tezislər)

1

Web of Science və SCOPUS bazalarında olan konfranslar

2

 

2

Digər indeksli beynəlxalq bazalarda olan konfranslar

1

 

3

Respublika konfransı

1

 

4

Monoqrafiyaların nəşri

1

Xarici nəşriyyatda

2

 

2

Yerli nəşriyyatda

2

 

5

Elmlər doktorluğu dissertasi­yasına opponentlik

 

 

1

 

6

Fəlsəfə doktorluğu disserta­siyasına opponentlik

 

 

1

 

7

Beynəlxalq indeksli jurnallarda redaksiya heyətinə üzvlük

 

 

1

 

8

AAK-nın Ekspert Şurasının üzvü

 

 

1

 

9

Dissertasiya Şuralarına üzvlük (Elmi seminar, Müdafiə şuraları)

 

 

1

 

10

Müəllimin Web of science, Scopus, Google Scholar, Orchid və digər bazalarda aktiv profilinin olması

 

 

1

 

11

Tələbələrin Tələbə elmi cəmiyyət­lərində iştirakına müəllimin təşviqi

 

 

1

 

TƏDRİS FƏALİYYƏTİ

30

 

12

Hesabat ilində  dərslik nəşri

 

 

5

 

13

Hesabat ilində dərs vəsaiti nəşri

 

 

4

 

14

Digər tədrisi və metodiki vəsait­lərin nəşri (fənn proqramları, metodik tövsiyyələr və s.)

 

 

3

 

15

Seminarların keçirilməsi

 

 

2

 

16

Müəllimin Keyfiyyətin təminatı və monito­rinq şöbəsi tərəfindən qiymətləndirilməsi

 

 

3

 

 

Nəzarət göstəricisinin adı

Bal

Faktiki reytinq

17

Hesabat ilində ölkə xarici və ölkədaxili ATM-lərdə mühazirələrin oxuması

 

 

2

 

18

Elektron mühazirə və məşğələ materiallarının Universitetin elektron kitabxanasında yerləşdirilməsi

 

 

2

 

19

Dərslərin izlənilməsi üzrə kommissiya tərəfindən verilən qiymət

 

 

1-4

 

20

Tələbələrin respublika və beynəlxalq konfranslarda iştirakına müəllimin təşviqi

 

 

1

 

21

Tələbələr tərəfindən müəllim fəaliyyətinin qiymətləndirilməsi

 

 

1-4

 

PEŞƏKAR  İNKİŞAF

20

 

1.

Xarici dil bilmə səviyyəsi (Beynəlxalq ser­tifikatlar (IELTS, CELTA TOEFL, TKT, TESOL, DELF, DALF, TCF,  TESTDAF, GOETHE zertifikat, TELC və s.)

 

 

5

 

2.

Beynəlxalq təlimlərdə iştirak (İxtisas və peşə fəaliyyəti üzrə) 

 

 

3

 

3.

Respublika üzrə təlimlərdə iştirak (İxtisas və peşə fəaliyyəti üzrə)

 

 

2

 

4.

İKT bilik səviyyəsi və tədris fəaliyyətində tətbiqi

 

 

1

 

5.

Təlimlərin təşkili

 

 

2

 

6.

Dövlət qurumları (AR Təhsil Nazirliyi, Azərbaycan Azad Həmkarlar İttifaqıtərəfindən verilən təltiflər( “İlin müəllimi”, “Əməkdar müəllim”, “Əməkdar elm xadimi” və s.)

 

 

4

 

7.

Dayanıqlı İnkişaf məqsədləri üzrə ixtisas-peşə bacarıqları formalaşdırıl­ması üzrə müxtəlif tədbirlərin təşkili (təlim, seminar, ixtisasartırma və s.)

 

 

3

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ RƏHBƏRLİYİNİN QİYMƏTLƏNDİRMƏSİ

10

 

37

Rektorluğun (universitetin həyatında fəallığı) əlavə balı

 

 

1-4

 

38

Dekanın (fakültənin işində fəallığı) əlavə balı

 

 

1-3

 

39

Kafedra müdirinin (tədrisdə müasir metodların istifadəsi, elmi tədqiqat işinin aparılması, istehsalat təcrübəsi və ümumi işlərdə iştirak) əlavə balı

 

 

1-3

 

 

Ümumi faktiki reytinq:

100