“Təsdiq edirəm”
Azərbaycan Dillər Universitetinin
rektoru akad. K.M.Abdullayev _________
Elmi Şuranın “25” dekabr 2024-cü il
tarixli iclasının qərarı ilə təsdiq
edilmişdir (protokol №41).
Azərbaycan Dillər Universitetinin fakültəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar.
1.1. Fakültə ADU-nun tədris, elm və inzibati struktur bölməsi olub, müvafiq sahə və istiqamətlər daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas üzrə bakalavr, magistr, doktorant hazırlanması və müvafiq sahə mütəxəssislərinin (kadrların) ixtisasının artırılması (və yenidən hazırlanması) işini həyata keçirir, eləcədə elm-tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir.
1.2. Fakültə onun tərkibində ixtisaslar üzrə olan bütün kafedraları, tədris laboratoriyalarını, fənn kabinetlərini, nümayiş zallarını, muzeyləri, tədris bazalarını və s. özündə birləşdirir. ADU-da fakültənin profilinə uyğun olan bütün kafedralar hansı fakültəyə xidmət etməsindən asılı olmayaraq onun tərkibinə daxildir.
1.3. Fakültə ADU-nun Elmi Şurası tərəfindən yaradılır və bu haqda Təhsil Nazirliyinə yazılı məlumat verilir.
1.4. Müəyyən ixtisas və istiqamətlər üzrə fakültələr təhsilalanların sayı 300 nəfərdən çox olduqda yaradılır.
1.5. Fakültə rektorun təşəbbüsü ilə ADU Elmi Şurasının qərarı əsasında ləğv oluna bilər.
1.6. Fakültədə təlimin formaları və ya müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlanarsa tələbələrin sayından asılı olaraq ayrı-ayrı təlim forması və ya ixtisaslar üzrə tələbələrin sayı 100 nəfərdən çox olduqda fakültənin daxilində uyğun şöbələr yaradıla bilər.
1.7. Fakültədə mütəxəssislər təlimin müxtəlif formaları üzrə istehsalatdan ayrılmaqla və ya istehsalatdan ayrılmamaqla təhsil almaqla hazırlana bilər.
2. Fakültəyə rəhbərlik.
2.1. Fakültəyə ümumi rəhbərlik fakültə Elmi Şurası tərəfindən həyata keçirilir.
2.2. Fakültənin cari fəaliyyətinə qanunvericilikdə müəyyən edilmiş qaydada müsabiqədə iştirak edən və rektorun əmri ilə təyin olunan dekan rəhbərlik edir.
2.3. Dekan vəzifəsini fakültənin profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikasının vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələblərini gözləməklə xarici ölkə vətəndaşları tuta bilər.
2.4. Dekan vəzifəsinə namizədlərlə bağlı fakültənin tərkibində olan kafedraların rəyini öyrənmək üçün onların iclasları keçirilir. Hər bir kafedrada keçirilən iclasa həmin kafedranın müdiri rəhbərlik edir. Kafedranın əməkdaşlarının 2/3 hissəsi iştirak etdiyi halda iclas səlahiyyətli sayılır. İclasda hər bir namizəd haqda məlumat verilir, onların sənədləri araşdırılır, seçki platforması dinlənilir və sadə səs çoxluğu, gizli və ya açıq səsvermə yolu ilə qərar qəbul edilir. Qərar sədr tərəfindən imzalanır. Kafedranın müsbət rəyi olmadığı halda namizəd fakültə əməkdaşlarının ümumi iclasında seçkidə iştirak edə bilər. Dekan vəzifəsinə seçki ilə bağlı fakültə əməkdaşların ümumi iclaslarına ali təhsil müəssisəsinin rektoru və ya tədris məsələləri üzrə prorektor sədrlik edir. Fakültə əməkdaşların ümumi iclasının qərarı sədr tərəfindən imzalanır. Seçilmiş namizədlə bağlı ADU rektoru 5 il müddətinə müqavilə bağlayır və əmr hazırlayır.
2.5. Bütün hallarda fakültə yaradılarkən, ştatda fakültə dekanının müavini vəzifəsi nəzərdə tutulur. Fakültədə təhsil alan tələbələrin sayı 800 nəfərə çatdıqda 2-ci və sonrakı hər 500 nəfər tələbə üçün əlavə bir dekan müavini ştatatı əlavə olunur.
2.6. Dekan müavini fakültə dekanının təqdimatı əsasında ADU rektorunun əmri ilə təyin olunur. Dekan müavini fakültənin profili üzrə ixtisaslı mütəxəssis olmaqla yanaşı, elmi ad və ya dərəcəyə də malik olmalıdır.
3. Dekanın funksiyaları.
Dekan aşağıdakı vəzifələri həyata keçirir:
3.1. Fakültədə tədris prosesinə, tərbiyə işlərinə və elmi-tədqiqatların yerinə yetirilməsinə bilavasitə rəhbərlik edir.
3.2. Tədris prosesinə tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir.
3.3. Təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin edir.
3.4. Təhsialanların dərslərdə iştirakını təmin edir.
3.5. Təhsilalanların təcrübəsini həyata keçirilməsi üçün şərait yaradır və onu nəzarətdə saxlayır.
3.6. Fakültə üzrə dərs cədvəllərinin tərtibinə rəhbərlik edir, onun optimal variantlarının təmin olunması üçün məsuliyyət daşıyır və həyata keçirilməsinə nəzarət edir.
3.7. Təhsilalanların müstəqil işlərinə nəzarəti təşkil edir və onların elmi fəaliyyətləri üçün şərait yaranmasını təmin edir.
3.8. Təhsilalanların imtahanlarının keçirilməsinə nəzarəti təşkil edir, imtahan prosesinin normal, mövcud tələblərə uyğun keçiriməsinə birbaşa cavabdehlik daşıyır.
3.9. Təhsilalanların semestrdən-semestrə və ildən-ilə keçirilməsi, eləcə də tələbələr sırasından xaric edilməsi, bərpa edilməsi və akademik məzuniyyət götürməsi üçün rektora təqdimatlar verir.
3.10. Fakültədə təhsilalanların mövcud qaydalara uyğun şəkildə təqaüdlə təmin edilməsi üçün təqdimat verilir.
3.12. Müəllimlərin tədris məşğələlərində iştirak edir, onlara metodiki köməklik göstərir;
3.13. Fakültədə çalışan professor-müəllim heyətinin ixtisasının artırılması və yenıdən hazırlanması işinin həyata keçirilməsinə rəhbərlik edir;
3.14. Fakültədə doktorların təhsilinin lazımi səviyyədə təşkil olunmasını təmin edir, onların attestasiyalarını keçirir;
3.15. Fakültədə aparılan elmi-metodik işə rəhbərlik edir;
3.16. Fakültənin profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, sillabusların, təhsil normalarının, tədris planlarının, metodik göstərişlərin hazırlanmasına təşəbbüs göstərir və bu işə ümumi rəhbərlik edir;
3.17. Kafedralararası müşavirlərin, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsini təşkil edir və onlara rəhbərlik edir;
3.18. Ümumfakültə elmi-metodiki və elmi seminarların təşkil olunmasını təmin edir;
3.19. Fakültədə hazırlanan ixtisaslar üzrə peşə yönümü işinin aparılmasını təşkil edir və onu lazımi səviyyədə aparılması üçün məsuliyyət daşıyır;
3.20. Ali təhsilin һәr üç səviyyəsi üzrə fakültədə hazırlanması mümkün və zəruri olan ixtisasları, ixtisaslaşmaları müəyyənləşdirir, onlar üzrə illik və prespektiv qəbul planlarına dair ADU rəhbərinə təkliflər verir;
3.21. Fakültə Elmi Şurasına rəhbərlik edir;
3.22. ADU-da fakültənin həyatı ilə bağlı olan bütün tədbirlərdə, komissiyalarda, yığıncaq və şuralarda fakültəni təmsil edir;
3.23. Dekan müavinləri təyin etmək üçün təqdimat verir;
3.24. Fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir, onların işə qəbulu və işdən azad olunması, eləcə də mükafatlandırılması və cəzalandırılması üçün ADU rəhbərliyinə təqdimat verilir;
3.25. Ayrı-ayrı kafedraların tədris yükünün düzgünlüyünü yoxlayıb, onlara rəy verir və təsdiq edir;
3.26. Dekanlıqda, kafedralarda tədris prosesi ilə bağlı digər işlərin təşkilini təmin edir;
3.27. Fakültədə kargüzarlıq işi mövcud qaydada təsdiq edilmiş nomenklaturaya uyğun olaraq aparılır.