Qaydalar, təlimatlar

 

  Azərbaycan Dillər Universiteti — Vikipediya  

Azərbaycan Dillər Universiteti

 

Keyfiyyət siyasəti

 

BƏYANNAMƏSİ

 

(ADU-nun Elmi Şurasının 23 dekabr 2025-cil Pr.№6 qərarı ilə təsdiq olunmuşdur.)

ADU-nun Keyfiyyət təminatı siyasəti Azərbaycan Dillər Universitetinin Strateji planında https://adu.edu.az/az/adu-haqqinda/ASP qarşıya qoyulan məqsədləri əsas tutmaqla aşağıdakı prinsipləri özündə ehtiva edir:

1.     ADU-nun fəaliyyətinin milli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsi;

2.     Daxili keyfiyyət təminatı sisteminin davamlı şəkildə nəzarətdə saxlanılması;

3.     İnstitusional inkişaf və şəffaflıq, kollegial idarəetmədə məlumatlara əsaslanan qərar qəbuletmə, hesabatlılıq və açıq kommunikasiya mexanizmlərinin tətbiq olunması;

4.     Təhsilalanların, təhsilverənlərin və bütün universitet heyətinin təhsil mühitindən daha səmərəli faydalanması üçün mövcud təhsil və maliyyə resurslarının səmərəli idarə olunması, infrastrukturun təkmilləşdirilməsi və fəaliyyətin mərhələli şəkildə beynəlxalq standartlara uyğunlaşdırılması;

5.     Təhsilalanların ali təhsil ilə yanaşı əmək bazarının tələblərinə uyğun yüksək keyfiyyətli mütəxəssis kimi formalaşması məqsədilə təhsil proqramlarının mütəmadi yenilənməsi, təkmilləşdirilməsi və optimallaşdırılması;

6.     Tələbə məmnuniyyətinin izlənilməsi, tələbələrin ehtiyac və gözləntilərinin davamlı öyrənilməsi, onların akademik və sosial inkişafının təmin edilməsi;

7.     İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə cavab verən kompetensiyaların formalaşdırılması və məzunların məşğulluq imkanlarının artırılması;

8.     Bütün struktur bölmələrinin öz fəaliyyətlərini və iş planlarını universitetin Strateji planına uyğun şəkildə qurması, strateji hədəflərə nail olmaq üçün ardıcıl və sistemli fəaliyyət göstərməsi, həmçinin bu prosesin monitorinqinin təşkili;

9.     İnkişafın təmin edilməsi üçün Strateji planda əks olunan məqsədlərin ehtiyaclar əsasında müəyyən olunmuş aralıqlarla yenilənməsi və məsul struktur bölmələri üzrə səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi ilə səmərəliliyin artırılması;

10.  Universitet əməkdaşlarının peşəkar inkişafını dəstəkləmək məqsədilə ehtiyaclara uyğun təlimlərin təşkili;

11.  Beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi,xarici tələbələrin cəlb olunması, təhsil proqramlarının beynəlxalq akkreditasiya və keyfiyyət standartlarına uyğunlaşdırılması;

12.  Keyfiyyət idarəetmə sisteminə bütün struktur bölmələrinin cəlb edilməsi və hər bir əməkdaşın bu prosesdə məsuliyyət daşıması;

13.  Təhsilalanlar da daxil olmaqla, professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması və dəstəklənməsi;

14.  Təhsilalanların keyfiyyət siyasətinə cəlb edilməsi;

15.  Davamlılıq və inklüzivlik – ətraf mühitə həssas münasibət, bərabər imkanlar və sağlam kampus mühitinin yaradılması;

16.  Təhsilalanlara və əməkdaşlara fasiləsiz və keyfiyyətli psixoloji xidmətin göstərilməsi;

17.  Universitet heyətinin asudə vaxtının səmərəli təşkili, sosial-humanitar fəaliyyətlərin dəstəklənməsi;

18.  Maraqlı tərəflərin dəqiq və şəffaf məlumatlarla təmin olunması məqsədilə Keyfiyyət siyasətinin bütün daxili və xarici tərəflər üçün əlçatanlığının təmin edilməsi, ekpert rəyinə açıq olması və dövri özünüqiymətləndirmə;

19.  Keyfiyyət siyasətinin sistemli şəkildə, uyğunluq baxımından qiymətləndirilməsi, monitorinqi və zərurət yarandıqda yenilənməsi.