“Təsdiq edirəm”
Azərbaycan Dillər Universitetinin
rektoru akad. K.M.Abdullayev _________
Elmi Şuranın “25” dekabr 2024-cü il
tarixli iclasının qərarı ilə təsdiq
edilmişdir (protokol №41).
QİYMƏTLƏNDİRMƏ MEYARLARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası qanunvericiliyinə, Azərbaycan Respublikasının Təhsil Qanununa, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ hüquqi aktlarına, təlimat və metodiki göstərişlərinə, qüvvədə olan digər qanunvericilik aktlarına, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, “Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamə”yə, “Kredit sistemi ilə təhsilalan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə (Əmr 1060, 11.09.2008) və Azərbaycan Dillər Universitetinin (bundan sonra Universitet) Nizamnaməsinə, ADU-nun Elmi şurasının 28 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş, “ADU-da imtahanların təşkili və keçirilməsi qaydaları” və “ADU-da nəzarətçilərinin vəzifələrinə və tələbələrlə münasibətlərinə dair” təlimat, ADU-nun Elmi Şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Tələbə nailiyyətinin qiymətləndirilməsi haqqında təlimat”a əsasən hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Dillər Universitetində bakalavriat, magistratura səviyyələrində semestr imtahanlarının, о cümlədən doktoranturada qəbul və minimum imtahanlarının keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.3. Bu Qaydalar Azərbaycan Respublikaslnin müvafiq qanunvericiliyivə 1.1.-ci bəndə qeyd olunan sənədlərlə uyğunsuzluq təşkil etdikdə, Azərbaycan Respublikasmın qanunverciliyi ilə müəyyən olunan hallar əsas götürülür.
2. Qiymətləndirmə meyarları
2.1. Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi
0 bal – Mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;
1 bal – Tələbə keçirilmiş materialı yalnız xatırlayır;
2 bal – Tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;
3 bal – Tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;
4 bal – Tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;
5 bal – Tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;
6 bal – Tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;
7 bal – Tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;
8 bal – Tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;
9 bal – Tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;
10 bal – Tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.
2.2. Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması
0 bal – Suala cavab verməyib.
1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
4 bal – Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).
5 bal – Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).
6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).
7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)
8 bal – Mövzunun mahiyyətini açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)
9 bal – Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)
10 bal – Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)
2.3. Danışıq bacarığının qiymətləndirilməsi üzrə meyarlar (15 ballıq qiymətləndirmə şkalası üzrə)
1. Nitqin aydınlığı – Düzgün tələffüz normalarına riayət edilməsi – 2 bal
2. Nitqin axıcılığı – Nitqin axıcılığı – 3 bal
3. Qrammatik dəqiqlil - Cümlələrin qrammatik cəhətdən düzgünlüyü – 4 bal
4. Uyğun söz bazasının seçilməsi – 4 bal
5. Məzmun, mövzünu əhatəetmə – 2 bal
2.4. Yazı modulunun qiymətləndirilməsi üzrə (10 ballıq qiymətləndirmə şkalası üzrə)
Essenin məzmunu və həcmi: (maksimum 5 bal)
5 bal – Essenin məzmunu, həcmi və cümlələrin məntiqi əlaqəsi, sərbəst fikrin ifadəsi tamamilə uyğundur.
4 bal – Essenin məzmunu, həcmi və cümlələrin məntiqi əlaqəsi, sərbəst fikrin ifadəsi uyğundur.
3 bal – Essenin məzmunu, həcmi və cümlələrin məntiqi əlaqəsi, sərbəst fikrin ifadəsi qismən uyğundur.
2 bal – Essenin məzmunu, həcmi və cümlələrin məntiqi əlaqəsi, sərbəst fikrin ifadəsi əsasən zəifdir.
1 bal – Essenin məzmunu, həcmi və cümlələrin məntiqi əlaqəsi, sərbəst fikrin ifadəsi çox zəifdir.
0 bal – Essenin məzmunu, həcmi və cümlələrin məntiqi əlaqəsi heç uyğun deyil, sərbəst fikir ifadə edilməyib.
Essenin lüğət bazasının zənginliyi (sinonim, antonim, müxtəlif ifadə formaları), dil səviyyəsinə və üslubi normalara uyğunluğu: (maksimum 3 bal)
3 bal – Essenin lüğət bazası zəngindir, müxtəlifdir, dil səviyyəsinə uyğundur:
2 bal –Essenin lüğət bazası qismən zəngindir və müxtəlifdir, dil səviyyəsinə qismən uyğundur:
1 bal – Essenin lüğət bazası zəifdir , dil səviyyəsinə qismən uyğundur:
0 bal – Essenin lüğət bazası çox zəifdir və dil səviyyəsinə uyğun deyil.
Essedə buraxılan orfoqrafik və qrammatik səhvlər: (maksimum 2 bal)
2 bal – 3-5 səhv
1 bal – 5-9 səhv
0 bal – 10 səhvdən çox
2.5. Məktubun (Email) qiymətləndirmə meyarları (başlanğıc səviyyə) (10 ballıq qiymətləndirmə şkalası üzrə )
Tapşırığın yerinə yetirilməsi və həcmi: (maksimum 5 bal)
5 bal – Hər üc tapşırıq yerinə yetirilib, söz sayı 35-40.
4 bal – İki tapşırıq tam, biri qismən yerinə yetirilib, söz sayı 35-40.
3 bal – Bir tapşırıq tam, 2 tapşırıq qismən və ya hər üç tapşırıq qismən yerinə yetirilib, söz sayı 25-35
2 bal – Bir tapşırıq tam və ya qismən yerinə yetirilib, söz sayı 25-30
1 bal–– Iki tapşırıq qismən yerinə yetirilib, söz sayı 25-30
0 bal – Heç bir tapşırıq yerinə yetirilməyib
Məktubun lüğət bazasının zənginliyi (sinonim, antonim, müxtəlif ifadə formaları), dil səviyyəsinə və üslubi normalara (leksik səviyyə) uyğunluğu: (maksimum 3 bal)
3 bal – Məktubun lüğət bazası zəngindir, müxtəlifdir, dil səviyyəsinə uyğundur:
2 bal –Məktubun lüğət bazası qismən zəngindir və müxtəlifdir, dil səviyyəsinə qismən uyğundur:
1 bal – Məktubun lüğət bazası zəifdir, dil səviyyəsinə qismən uyğundur:
0 bal – Məktubun lüğət bazası çox zəifdir və dil səviyyəsinə uyğun deyil.
Məktubda (email) buraxılan orfoqrafik və qrammatik səhvlər: (maksimum 2 bal)
2 bal – 3-5 səhv
1 bal – 5-9 səhv
0 bal – 10 səhvdən çox
3. Sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə xüsusi qiymətləndirmə üsulları
3.1. Sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə xüsusi qiymətləndirmə üsulları Azərbaycan Respublikasının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında qanun”u ilə tənzimlənir.
Azərbaycan Dillər Universitetində sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə təhsilalanların ehtiyaclarına uyğun qiymətləndirmə üsullarından istifadə edilir. Sağlamlıq imkanları məhdud şəxslərə təyinatına görə:
3.1.1. Görmə qabiliyyətini itirmiş;
- Təhsilalanlar əsasən tədris prosesinə şifahi formada cəlb olunur;
- Dərs otaqları universitet binasının birinci mərtəbəsində olan auditoriyalara salınır;
-Tədris resursları kimi audiokitablardan, Braille əlifbası ilə yazılmış kitablar, video dərslərdən istifadə olunur;
- Azərbaycan Dillər Universitetinin Elektron kitabxanasında DSpace (Rəqəmsal Arxiv), E-kataloqda təlim-tədris resurslarının əlçatanlığı təmin olunur.
3.1.2. Fiziki qüsurlu (əlilliyi olan şəxslər);
- Təhsilin inkluzivliyini təmin etmək üçün təhsilalanlar mənsub olduğu qrupla tədris prosesinə cəlb olunur;
- Dərs otaqları universitet binasının birinci mərtəbəsində olan auditoriyalara salınır;
- Təhsilverənlərin təhsilalanlara qarşı xüsusi, fərdi yanaşması təmin olunur;
- Azərbaycan Dillər Universitetinin Elektron kitabxanasında DSpace (Rəqəmsal Arxiv), E-kataloqda təlim-tədris resurslarının əlçatanlığı təmin olunur.
- Tədris və qiymətləndirmə prosesində inklüzivlik, bərabər imkanların təmin olunması və cəmiyyətə inteqrasiyası üçün təhsilalanlara yanaşmada fərdi imkanlar nəzərə alınır.
3.1.3. Sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə dərs və şifahi imtahan zamanı xüsusi qiymətləndirmə üsulları təlimatın 2.1 və 2.2 bəndlərində göstərilmiş “Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi” və “Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması” qaydalarına əsasən müəyyənləşir.
4. Yekun müddəalar
4.1. Bu təlimat kollegial formada hazırlanır və Elmi Şurada təsdiq olunur.
4.2. Keyfiyyətin təminatı və monitorinq şöbəsi tədris ili müddətində tələbə biliyinin bacarıqlar, mərhələlər üzrə qiymətləndirmə prosesi haqqında təhlillər apararaq Elmi Şurada hesabat verir.