“Təsdiq edirəm”
Azərbaycan Dillər Universitetinin
rektoru akad. K.M.Abdullayev _________
Elmi Şuranın “25” dekabr 2024-cü il
tarixli iclasının qərarı ilə təsdiq
edilmişdir (protokol №41).
Azərbaycan Dillər Universiteti dərslərin izlənilməsi üzrə
TƏLİMAT
1. Ümumi müddəalar.
1.1. Azərbaycan Dillər Universitetində dərslərin mütəmadi izlənilməsi prosesi Ali təhsil müəssisələrini institusional və proqram akkreditasiyası üzrə qiymətləndirməsi meyarlarına əsasən ATM-lərin Daxili Keyfiyyət təminatına xidmət məqsədilə, tədrisin keyfiyyətinin ölçülməsi, təhsil proqramı üzrə fənlərin təlim nəticələrinin ixtisasın nəticələri ilə əlaqələndirilməsi, uyğun olmayan təlim nəticələrinin müəyyən edilməsi, təhsilalanların bilik və bacarıqlarının obyektiv, şəffaf və ədalət prinsipləri üzrə qiymətləndirilməsi, təhsil proqramı üzrə təhsil verənlərin peşəkarlıq səviyyəsinin ölçülməsi məqsədilə təşkil olunur.
1.2. Təlimat öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Elm haqqında” Qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, digər müvafiq qanunvericilik aktlarını, Azərbaycan Dillər Universitetinin Elmi şurasının qərarlarını, professor-müəllim heyətinin peşə səriştəliliyini artırmaq məqsədilə keyfiyyət təminatı üzrə beynəlxalq standart və təlimatları rəhbər tutur.
1.3. Dərslərin izlənilməsi haqqında təlimat ATM-in Keyfiyyətin təminatı və monitorinq şöbəsi və Tədrisin keyfiyyətini artırmaq məqsədilə yaradılmış Universitet komissiyası, fakültələr üzrə alt komissiyalar tərəfindən aparılır.
1.4. Dərslərin izlənilməsi akademik heyətin 1 (bir) illik fəaliyyətini əhatə edir və ehtiyac yarandığı təqdirdə meyarlarda dəyişiklik edilir.
2. Dərslərin izlənilməsi.
2.1. Azərbaycan Dillər Universitetində dərslərin izlənilməsi prosesi 2 (iki) formada həyata keçirilir: Öncədən məlumat verilməklə (informed) və təsadüfi qaydada (uninformed)
2.2. Azərbaycan Dillər Universitetində dərslərin izlənilməsi kafedraların iş planına uyğun müəyyənləşir.
2.3. Kafedralar tədris ili müddətində hər bir müəllim üçün ildə bir dəfədən az olmayaraq müəllimlərin açıq dərslərinin qrafikini hazırlayır.
2.4. Açıq dərslərin qrafikində fənni tədris edən müəllimin adı, dərsin mövzusu, dərsin keçirilmə yeri və saatı öz əksini tapır.
2.5. Kafedralar dərslərin izlənilmə qrafikini tədris semestrinin əvvəlində Keyfiyyətin təminatı və monitorinq şöbəsinə təqdim edir.
2.6. Təqdim olunmuş qrafik üzrə müəllimlərin dərsləri tədrisin keyfiyyətinin artırılması məqsədilə yaradılmış universitet və fakültələr üzrə “Dərslərin mütəmadi izlənilməsi üzrə”komissiyalar tərəfindən qiymətləndirilir.
2.7. Təsadüfi qaydada (uninformed) dərslərin izlənilməsi Universitet komissiyası və alt komissiyaların üzvləri ilə birlikdə baş tutur.
2.8. Təsdiq olunmuş meyarlar üzrə komissiya üzvlərinin iştirakı ilə yoxlanılmış dərslər qiymətləndirilərək Universitet Komissiyasına təqdim olunur.
2.9. Komissiya üzvləri tərəfindən verilmiş ballar toplanaraq yekun bal çıxarılır və dərsi izlənilən müəllimə elan olunur. Dərsi izlənilən müəllim verilmiş bal, təklif və iradlarla tanış olduqdan sonra razılaşdığı halda “ Yekun rəylə tanış oldum” hissəsinə imza çəkərək rəyi təsdiqləyir, verilmiş baldan narazı olduğu halda “Appelyasiya komissiyası”na müraciət edə bilər.
3. Qiymətləndirmə.
3.1. Dərslərin izlənilməsi prosesi müəllimin auditoriyanı idarə etmək, mövzunun tədrisində məqsəd və vəzifələri düzgün müəyyən etmək, dərsdə vaxtın düzgün bölünməsi, mövzuya və auditoriyaya uyğun təlim metod və üsullarını seçmək və tətbiq etmək, əyani vasitələrdən, informasiya kommunikasiya texnologiyalarından düzgün istifadə etmək, idarəetmə qabiliyyətini yoxlamaq üçün planlaşdırılır.
3.1. Dərsin izlənilməsi prosesi minimum 4 (dörd) müəllimin iştirakı ilə baş tutur.
3.3. Qiymətləndirmə hər meyar üzrə 5 ballıq qiymələndirmə şkalası ilə aparılır.
3.4. Qiymətləndirmə meyarlarında minimum bal 1 (bir) balla qiymətləndirildiyi üçün dərsi izlənilən müəllimin alacağı ən aşağı nəticə 60 baldır.
3.5. Açıq dərsin hər bir meyar üzrə orta qiyməti qiymətləndiricilərin həmin meyar üzrə verdiyi balların cəminin onların sayına bölünməsi vasitəsilə hesablanır.
Cədvəl 1.
|
Müəyyən edilmiş bal həddi |
Qiymət |
Peşə hazırlıрı səviyyəsi barədə rəy (tövsiyə) |
|
255-300 bal 85%-100% |
yüksək |
Dərs müəyyən edilmiş meyarlara tam uyрundur. |
|
210-254 bal 70% -84% |
yaxşı |
Dərs kifayət qədər yaxşı səviyyədə təşkil olunmuşdur. Çatışmazlıqlar azdır, ciddi əhəmiyyət kəsb etmir, aradan qaldırılması mümkündür. |
|
150-209 bal 50% -69% |
kafi |
Dərs müəyyən edilmiş tələblərə qismən cavab verir. Mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün müəyyən təlim qabiliyyətlərinə dair seminarlarda iştiraka ehtiyac var. |
|
60-149 bal 21% -49% |
qeyri-kafi |
Dərs müəyyən edilmiş tələblərə cavab vermir. |
4. Yekun müddəalar.
4.1. Azərbaycan Dillər Universitetində dərslərin izlənilməsi haqqında təlimat Universitetinin Keyfiyyətin təminatı və monitorinq şöbəsi tərəfindən hazrılanır və Elmi şurada təsdiq olunur.
4.2. Təlimatda göstərilən meyarlar 1 (illik) tədris ilini əhatə edir və ehtiyac yarandığı təqdirdə Elmi Şuranın qərarı ilə dəyişiklik edilə və təkmilləşdirilə bilər.
Açıq dərsin qiymətləndirilməsi
Müəllimin S.A.A. __________________________________________________________
____________________________________________________________________________
Ali təhsil müəssisəsinin adı, müəllimin vəzifəsi, elmi dərəcəsi, elmi adı ________________ ____________________________________________________________________________
Açıq dərsin mövzusu _______________________________________________________
____________________________________________________________________________
Dinləyicilər _______________________________________________________________
____________________________________________________________________________
|
s/s |
Meyarlar |
|
|||||
|
1 |
2 |
3 |
4 |
5 |
Qeyd |
||
|
1. |
Dərsin quruluşunun müəyyənləşdirilməsi, mərhələlərə bölünməsi, dərsin vaxtının idarə olunması (Basic Components of a lesson, time management) |
|
|
|
|
|
|
|
2. |
Dərsin məqsəd və təlim nəticələrinin düzgün müəyyən edilməsi (Determining lesson aims and learning outcomes) |
|
|
|
|
|
|
|
3. |
Dərsin əvvəlində müəllimin tələbələri fəaliyyətə stimullaşdırması, motivasiya yaratması (Maintaninng motivation, teacher’s stimulation to activities at the beginning of the lesson) |
|
|
|
|
|
|
|
4. |
Müəllimin tədris etdiyi dərsə hazırlıq səviyyəsi (The extend to which the teacher is aware of the lesson topic/subject presented by the teacher) |
|
|
|
|
|
|
|
5. |
Təlim nəticələrinə uyрun təlimin üsul və formalarının müəyyən edilməsi (qrup işi, cütlərlə iş, fərdi iş, tapşırıqlar) (Organizing group works, class works, pair works, individual works and comprehension level of these tasks by students) |
|
|
|
|
|
|
|
6. |
Dərs mərhələləri üzrə verilən tapşırıqların təlim nəticələri ilə uzlaşması, tapşırıqların izahı və tələbələrin fəaliyyətinin təşkili (Clarification of the assignments provided by the teacher for each stage of the lesson, inspiring them to engage with the tasks assigned by the teacher, comprehension of these tasks by students, and their subsequent actions in response to the tasks) |
|
|
|
|
|
|
|
7. |
Təlim resurslarından istifadə səviyyəsi (məsələn, dinləmə üçün materiallar və ya proyektor, səsucaldıcı kimi texniki vasitələr) (Proficiency of using teaching tools (e.g., pictures, realia, audio materials or technical aids (OHP, video projector, speakers for listening)) |
|
|
|
|
|
|
|
8. |
Istifadə olunan dərsliyin və əlavə tədris materiallarının təlim nəticələri ilə uyрunluрu (Suitability of the utilized textbook and supplementary materials to the topic covered in the lesson) |
|
|
|
|
|
|
|
9. |
Auditoriyadaxili ünsiyyətin tənzimlənməsi, geyimi, etik kodeksi (The teacher's sense of freedom and ethical conduct, dresscode and preparation for the lesson) |
|
|
|
|
|
|
|
10. |
Tələbələrin fərdi xüsusiyyətlərinin nəzərə alınması (Taking into consideration students’ individual features during the class) |
|
|
|
|
|
|
|
11. |
Tələbələrin səhvləri üzərində müəllimin şərhi və qiymətləndirmə səviyyəsi (Providing feedback and evaluating student errors based on their responses and activities related to the topic throughout the lesson) |
|
|
|
|
|
|
|
12. |
Dərs prosesində interaktivliyin yaradılması və davamlılıрının qorunması (Maintaining the interaction and sustainability during the lesson) |
|
|
|
|
|
|
|
13. |
Dərsin sonunda müəllimin təlim nəticələrinə nailolma səviyyəsi (The extent to which the teacher's aims and objectives are met by the conclusion of the lesson) |
|
|
|
|
|
|
|
14. |
Dərsdə müəllim və tələbələrin dil səviyyəsinin uyрunluрu (The language level used by the teacher according to the language level of the group / students) |
|
|
|
|
|
|
|
15. |
Müəllimin tələffüzünün aydınlıрı, intonasiya və səsin tonu (Teacher’s clarifaction of pronunciation, voice projection and intonation) |
|
|
|
|
|
|
Yekun rəy (təklif və tövsiyələr)
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
________________________________________________________________________________________________________________________________________________________
Açıq dərsin qiymətləndiricisi ___________________________________________________
___________________________ _________________
(imza)
Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri
____________________________________________________________________________
___________________________ _________________
(imza)
Kafedra müdiri _______________________________________________________________
___________________________ _________________
Yekun rəy ilə tanış oldum ______________________________________________________
____________________________________________________________________________
_________________ “_____” __________ 20___
(imza)