Kafedralar

ADU-nun İngilis və fransız dilləri fakültəsi nəzdində

“İxtisas ölkəsinin ədəbiyyatı” kafedrası  haqqında

MƏLUMAT

Azərbaycan Dillər Universitetinin struktur islahatları nəticəsində yaradılan “İxtisas ölkəsinin ədəbiyyatı” kafedrası 1993-cü ildə “Ədəbiyyat tarixi” kafedrasının bazasında formalaşdırılıb.  2005-ci ildə “Ədəbiyyat tarixi”  kafedrasının adı dəyişdirilərək “Xarici ölkələr ədəbiyyatı” adlandırılıb. Müxtəlif illərdə kafedraya fil.e.d., prof. Qorxmaz Quliyev, fil.e.d., prof. Zeydulla Ağayev, fil.e.d., prof. Svetlana Cəbrayılova, fil.e.d., prof. Aynur Sabitova rəhbərlik edib. Elmi şuranın 23 aprel 2025-ci il tarixli qərarı ilə “Xarici ölkələr ədəbiyyatı” kafedrası iki yerə ayrılıb, 07 may 2025-ci il tarixli əmrə əsasən iki müstəqil kafedra yaranıb və kafedranın bir hissəsi “İxtisas ölkəsinin ədəbiyyatı” adı altında fəaliyyətə başlayıb. Hal-hazırda kafedraya fil.e.d., prof. Aynur Sabitova rəhbərlik edir.

 

Kafedranın profil üzrə istiqamətləri:

“İxtisas ölkəsinin ədəbiyyatı” kafedrasının elmi-tədqiqat və tədris işləri hal-hazırda aşağıdakı istiqamətlərdə aparılır:

Kafedranın profil istiqaməti ixtisas ölkəsinin ədəbiyyatının tarixi inkişaf mərhələlərinin, ədəbi cərəyan və məktəblərin, görkəmli yazıçı və şairlərin yaradıcılığının, həmçinin ədəbiyyatın ictimai, mədəni və fəlsəfi kontekstlərinin elmi əsaslarla tədqiqini əhatə edir.

Profil istiqamət üzrə fəaliyyət ixtisas ölkəsinin ədəbiyyatının nəzəri və praktik aspektlərinin öyrənilməsi, tədrisi, müqayisəli ədəbiyyatşünaslıq istiqamətində araşdırmaların aparılması və müasir elmi-nəzəri konsepsiyaların tətbiqinə yönəlmişdir.

Kafedranın professor-müəllim heyəti Filologiya, İngilis və alman dilləri, İngilis və fransız dilləri, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültələrinin bakalavriatura və magistratura səviyyəsində müvafiq fənlər tədris edir, həmçinin magistrant və doktorantlara  elmi rəhbərlik edir.

Kafedranın əsas məqsəd və vəzifələri:

—    Tədris proqramlarını (sillabusları) müasir elmi-metodik tələblərə uyğun hazırlamaq və təkmilləşdirmək;

—    İxtisas ölkəsinin ədəbiyyatını, ədəbi prosesini və mədəni irsini elmi-nəzəri və praktik aspektdə öyrənmək və tədris etmək;

—    Tələbələrdə ixtisas ölkəsinin ədəbiyyatına, mədəniyyətinə, dilinə maraq və tənqidi düşüncə bacarığı formalaşdırmaq;

—    Ədəbi yaradıcılığın bəşəri dəyərlər, milli-mənəvi kimlik və mədəni diplomatiya baxımından əhəmiyyətini təbliğ etmək;

—    Kafedranın elmi-tədqiqat fəaliyyətini müasir elmi yanaşmalara və beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək;

—    Elmi seminarlar, konfranslar, mühazirələr və ədəbi tədbirlər təşkil etmək;

—    Doktorant və magistrantların elmi rəhbərliyini həyata keçirmək, gənc tədqiqatçıların yetişməsini təmin etmək;

—    Beynəlxalq əməkdaşlıq çərçivəsində ortaq elmi layihələr, mübadilə proqramları və nəşr fəaliyyətləri həyata keçirmək;

Kafedranın elmi fəaliyyəti:

Kafedra əməkdaşları tədris etdikləri fənlərə uyğun fənn proqramları, dərslik, dərs vəsaiti yazır, müasir elmi-nəzəri istiqamətlər, ədəbi tənqid və ədəbiyyatşünaslıq metodologiyaları əsasında elmi tədqiqatlar aparır, beynəlxalq və respublika əhəmiyyətli elmi konfrans və forumlarda iştirak edir, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə məqalələr çap etdirirlər. Dərsliklər və dərs vəsaitləri akademik təhsil standartlarına uyğun olaraq auditoriyalarda istifadə olunur.

Kafedrada müntəzəm şəkildə keçirilən iclaslar və müzakirələrdə kafedranın illik planında əks olunmuş məsələlər cari məsələlərlə bərabər müzakirə olunur və iclas protokolunda əks olunur.

 

Kafedranın ictimai fəaliyyəti:

“İxtisas ölkəsinin ədəbiyyatı” kafedrası Azərbaycan Dillər Universitetinin sosial-ictimai həyatında yaxından iştirak edir, mütəmadi olaraq ədəbi müzakirələr, dəyirmi masalar, qiraət yarışları təşkil edir, həmçinin universitet tədbirlərində tələbələrin fəal iştirakını təmin edir.

Həmçinin kafedra beynəlxalq əlaqələr kontekstində bir sıra tədbirlər həyata keçirmişdir. Markus Zusakın "Kitab oğrusu" adlı romanının motivləri əsasında tədbir təşkil edilmişdir. Tədbirdə Almanyanın ölkəmizdəki səfirinin xüsusi nümayəndəsi Stefanie Hanf iştirak etmişdir.

Braziliyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Manuel Montenegro və xanımı Kristina Rasia Monteneqro ilə görüş keçirilmişdir.

Magistratura şöbəsi, Doktorantura şöbəsi və İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Almaniyada yaşayan türk yazıçı və tədqiqatçı Orxan Arasla "Qərb-şərq münasibətləri ədəbiyyat kontekstində" adlı onlayn görüş keçirilmişdir.

Müasir təhsil standartları tələbələrin tədris müddətində gələcəkdə fəaliyyət göstərəcəkləri sahələrin praktik mühitinə inteqrasiya olunmasını, həmçinin faydalı peşəkar tanışlıqların və əməkdaşlıqların formalaşmasını prioritet hesab edir. Bu baxımdan kafedra, tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, həm də əmək bazarında rəqabətədavamlı mütəxəssislər kimi yetişməsi məqsədilə müxtəlif təşəbbüsləri həyata keçirir. Xüsusilə filologiya ixtisası üzrə təhsil alan tələbələr mədəni-kütləvi tədbirlərdə, ədəbi müzakirələrdə və ictimai fəaliyyətlərdə iştiraka təşviq olunur.

Həmçinin kafedra tələbələrin ədəbi mühit ilə tanış olması, bu mühitin qanunlarını və dinamikasını müşahidə etməsi üçün şərait yaratmaq məqsədilə gənc filoloqların ölkənin tanınmış nəşriyyatlarının, ədəbi orqanlarının, kitab evləri və klublarının təşkil etdikləri tədbirlərdə iştirakını təşkil edir.

 

Tələbə Elmi Cəmiyyəti üzrə kafedranın fəaliyyəti:

Kafedra tələbələrlə Tələbə Elmi Cəmiyyəti çərçivəsində sıx əməkdaşlıq edir. Tələbələr kafedra müəllimlərinin rəhbərliyi altında müxtəlif səpkili tezislərlə elmi cəmiyyətin illik konfransında çıxış edirlər.

 

 Kafedrada tədris olunan fənlər:

Bakalavriatura səviyyəsi üzrə:

1.    XX əsr miqrant ədəbiyyatı

2.    XX əsr qadın ədəbiyyatı

3.    İxtisas ölkəsinin ədəbiyyatı 1,2,3,4

4.    Çağdaş fransızdilli ədəbiyyatdan seçmələr

5.    Çağdaş ingilisdilli ədəbiyyatdan seçmələr

6.    Çağdaş almandilli ədəbiyyatdan seçmələr

7.    İxtisas ölkəsinin ədəbiyyatı (Almaniya)

8.    Fransız ədəbiyyatı

9.    İngilis ədəbiyyatı

10. Alman ədəbiyyatı

11. Uşaq ədəbiyyatı

12. İxtisas ölkəsinin ədəbiyyatı (Balkan ölkələri)

13. İxtisas ölkəsinin ədəbiyyatı (Afrika ölkələri)

14. İxtisas ölkəsinin ədəbiyyatı (Qafqaz ölkələri)

15. İxtisas ölkəsinin ədəbiyyatı (Pakistan ədəbiyyatı)

16. İxtisas ölkəsinin ədəbiyyatı (İsrail ədəbiyyatı)

17. İxtisas ölkəsinin ədəbiyyatı (Ərəb ölkələri)

18. İxtisas ölkəsinin ədəbiyyatı (Türkiyə ədəbiyyatı)

19. İxtisas ölkəsinin ədəbiyyatı (C.Amerika ədəbiyyatı)

20. İxtisas ölkəsinin ədəbiyyatı (Fransa ədəbiyyatı)

21. İxtisas ölkəsinin ədəbiyyatı (Amerika ədəbiyyatı)

22. İxtisas ölkəsinin ədəbiyyatı (Yaponiya ədəbiyyatı)

23. İxtisas ölkəsinin ədəbiyyatı (Böyük Britaniya ədəbiyyatı)

24. İxtisas ölkəsinin ədəbiyyatı (İndoneziya ədəbiyyatı)

25. İxtisas ölkəsinin ədəbiyyatı (Çin ədəbiyyatı)

26. İxtisas ölkəsinin ədəbiyyatı (Mərkəzi-şərqi Avropa ölkələri)

27. Ədəbiyyatın tədrisi metodikası

 

         Magistratura səviyyəsi üzrə:

1.       Ölkə  ədəbiyyatı və komparativistika (fransız)

2.       Ölkə  ədəbiyyatı və komparativistika (ingilis)

3.       Ölkə  ədəbiyyatı və komparativistika (alman)

4.       Ölkə  ədəbiyyatı və komparativistika (ispan)

5.       Dil və ədəbiyyatın tədrisində ənənəvi və konstruktiv metodlar

6.       XX əsr poeziyasında ədəbi cərəyanlar (ingilis dili)

7.       XX əsr poeziyasında ədəbi cərəyanlar (alman dili)

8.       Ədəbi diskurs (alman)

9.       Ədəbi diskurs (fransız)

10.   Ədəbi diskurs (ingilis)

11.   Ədəbi diskurs (ispan)

12.   Elmi ədəbiyyatda nəzəriyyə, model və metodlar

13.   Ədəbiyyatın tədrisi metodologiyası

14.   Dünya ədəbiyyatında ortaq dəyərlərin tədrisi

15.   Tənqidi oxu

 

“İxtisas ölkəsinin ədəbiyyatı” kafedrasının professor-müəllim heyəti

 

 “İxtisas ölkəsinin ədəbiyyatı” kafedrasında hazırda 23 müəllim çalışır. Kafedranın professor-müəllim heyətinə 2 professor, 1 professor əvəzi, 5 dosent, 1 dosent əvəzi, 4  filologiya üzrə fəlsəfə doktoru baş müəllim, 1 filologiya üzrə fəlsəfə doktoru müəllim, 6 baş müəllim, 2 müəllim, 2 laborant daxildir.

 

 

Soyadı, adı atasının adı

Ştat

Vəzifəsi

1.     

Sabitova Aynur Zakir qızı

0,5

f.e.d., prof.

2.     

Xəlilli Şahin Həmid oğlu

0,5

f.e.d., prof.

3.     

Qəhrəman Aytən Fikrət qızı

0,25

f.e.d., prof.əv.

4.     

Xankişiyev Nəsir Famil oğlu

0,5

f.f.d., dos.

5.     

İsmayılova Aybəniz Aydın qızı

1,0

f.f.d., dos.

6.     

Nuriyeva Nuranə Məcid qızı

1,0

f.f.d., dos.

7.     

Əliyeva Pakizə Gülməmməd qızı

1,0

f.f.d., dos.

8.     

Süleymanova Nigar Eldar qızı

1,0

f.f.d., dos.

9.     

Mirzəyeva Vüsalə Kamilpaşa qızı

1.0

f.f.d.,dos.əv.

10.  

Əlibəyova Zülfiyyə Fəxrəddin qızı

1,0

f.f.d., b/m.

11.  

Mirzəzadə Türkan Nizami qızı

1,0

f.f.d., b/m.

12.  

İsmizadə Səbriyyə Yusif qızı

0,5

f.f.d. b/m.

13.  

Qocayeva Leyla Elşad qızı

0,5

f.f.d. b/m.

14.  

Məcidova İlahə Adil qızı

0,5

f.f.d.m

15.  

Qurbanova Yaqut Əziz qızı

1,0

b/m.

16.  

Vəkilova Rübabə Valeh qızı

1,0

b/m.

17.  

Əliyeva Günel Təvəkkül qızı

1,0

b/m.

18.  

Muradova Nərmin Aydın qızı

1,0

b/m.

19.  

Fərhadova Nigar Kamal qızı

1,0

b/m.

20.  

Əliyeva Leyla Astan qızı

1,0

b/m.

21.  

Rəcəbova Nigar Yaşar qızı

0,5

müəllim

22.  

Hacıyeva Aytən Cavanşir qızı

0,5

müəllim

23.  

Əliyeva Səkinəxanım Xaliq qızı

1,0

Laborant

24.  

Əhmədova Səadət Nemət qızı

1,0

Laborant