Kafedralar

B/m. Nigar Kamal qızı Fərhadova

Nigar Kamal qızı Fərhadova 10.12.1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-2002-ci illərdə Qərb Universitetinin Filologiya fakültəsində (bakalavr səviyyəsi üzrə), 2002-2004-cü illərdə isə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində (magist səviyyəsi üzrə) təhsil almışdır. 2004-cü ildə Azərbaycan Dillər universitetinin Ümumi Dilçilik kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildən Xarici Ölkələr Ədəbiyyatı kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2024- cü ildə Xarici Ölkələr ədəbiyyatı kafedrasında tam ştat baş müəllim vəzifəsinə seçilmişdir. Hal-hazırda İxtisas Ölkəsinin Ədəbiyyatı kafedrasında fəaliyyətini davam etdirir. Müəllimlik fəaliyyəti dövründə məqalələr, fənn proqramları dərc etdirmişdir. N. Fərhadova  bir çox konfranslarda, forumlarda, ixtisası ilə bağlı yerli və beynəlxalq təlimlərdə iştirak etmiş, sertifikatlarla təltif olunmuşdur.