Təhsil 2 fakültəsi

ADU –nun Təhsil-2 fakültəsinin tarixi

 

Azərbaycan Dillər Universitetinin Təhsil-2 fakültəsi 18 sentyabr 2019-cu il tarixində yaradılmışdır. Biz təhsil fakültəsi olaraq Azərbaycanda davamlı inkişaf mərhələsinin başlanmasını, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklərin insan kapitalının inkişafına, şəxslərin bilik və bacarıqlara yiyələnməsinə istiqamətləndirilməsini yüksək dəyərləndiririk. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. Ona görə də ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri hesab olunan insan kapitalının inkişafına nail olmaq missiyasını öhdəmizə götürərək pedaqoji istiqamətdə təhsil alan tələbələrin əmək bazarında öz mövqelərini tutmaqla bərabər, cəmiyyətdə də fəaliyyətlərini düzgün stimullaşdırmalarını diqqət mərkəzində saxlayırıq. Bunun üçün təhsil  hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Son illərdə bu istiqamətdə əhəmiyyətli işlər görülür. Fakültəmizdə   maddi – texniki baza gücləndirilir, yeni – yeni elektron auditoroyalar, elmi,mədəni və dil mərkəzləri yaradılır. Məqsəd ondan ibarətdir ki, Universitetimizdə təhsilin keyfiyyəti Avropa standartlarına uyğunlaşa bilsin. Təhsilin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmaq üçün təkcə maddi – texniki bazanı inkişaf etdirmək, informasiya – kommunikasiya vasitələrini tətbiq etmək kifayət etmir, həm də təhsil sahəsində insan resursları inkişaf etdirilir, müxtəlif treyninglər, dəyirmi masalar təşkil olunur, müəllimin nüfuzu yüksəldilir. Bunların hamısı ölkədə həyata keçirilməsi vacib olan məsələlərdir. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” öz məzmunu baxımından strateji istiqamətdə ən vacib hədəfləri əhatə etdiyi üçün fakültəmizdə aparıcı mövqedə olan şəriştəli müəllimləri və təhsil menecerlərini, eləcə də qabaqcıl texnologiyalara əsaslanan təhsil sistemini yaratmaq üçün əsas hədəf kimi səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasını diqqət mərkəzində saxlayırıq. Bunun sayəsində səriştəli, təcrübəli təhsilverəni formalaşdırmaq mümkündür. Səriştəli, təcrübəli təhsilverən innovativ metodları tətbiq edərək təhsilalanların istedadını üzə çıxarmaqda, onların nailiyyətlərini yeni sistemlərin tələbinə uyğun qiymətləndirməkdə, onların inkişafına nail olmaqda israrlıdır. Burada səmərəli idarəetmə mexanizmi, şəffaflıq, bir də səmərəliliyin özü çox vacib şərtdir. Səmərəli, cavabdeh, şəffaf idarəetmə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla təhsilin keyfiyyət təminatını artırır, eyni zamanda təhsildə yeni məlumat, hesabat sistemlərini gücləndirır. Fakültəmizdə bu istiqamətdə yeni-yeni təcrübələr qazanılır, qabaqcıl layihələrə imza atılır.

 

Təhsil-2 fakültəsinin dekanı

dos.Salman S. Nuriyev

E-mail:[email protected]

Tel: +99412 564-06-84