FAKÜLTƏLƏR

Beynəlxalq münasibətlər və regionşünaslıq 

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 7 sentyabr 2001-ci il tarixli iclasının qərarına və rektorun 19 oktyabr 2001-ci il tarixli əmrinə əsasən  “Avropaşünaslıq və beynəlxalq münasibətlər” fakültəsi təşkil edilmişdir. İlkin olaraq fakültəyə “Qərbşünaslıq” , “Tarix”, “Riyaziyyat və informatika”, “İngilis dilinin leksikası və ölkəşünaslıq” kafedraları təhkim edilmişdir. Fakültənin imkanlarını, eləcə də gələcək kadr hazırlığı potensialını yüksəltmək məqsədi ilə 2001-ci ilin oktyabr ayında  müvafiq olaraq “İtalyan və ispan dilləri” və “Beynəlxalq münasibətlər” kafedraları yaradıldı.

2000-2001-ci tədris ilində  “ingilis dili üzrə” avropaşünaslıq ixtisasına 47 tələbə qəbul olmuşdur. Onlardan 29 nəfəri azərbaycan, 18 nəfəri isə rus bölmələrində təhsil almışdırlar. 2001-2002-ci tədris ilindən etibarən fakültəyə qəbul artırılmış və “avropaşünaslıq” ixtisası üzrə istiqamətlər ingilis dili ilə yanaşı, alman və fransiz dilləri üzrə də aparılmış, eləcə də “beynəlxalq münasibətlər istiqaməti” üzrə 31 nəfər tələbə qəbul edilmişdir. Bütövlükdə isə qeyd edilən tədris ilində fakültəyə 79 nəfər tələbə qəbul olmuşdur. 2002-2003-cü tədris ilində qəbul olunan tələbələrin sayı “avropaşünaslıq” istiqamətləri üzrə 47 nəfər,  “beynəlxalq münasibətlər ”istiqaməti üzrə  isə 20 nəfər təşkil etmişdir. 2003-2004-cü tədris ilində “avropaşünaslıq” ixtisası daxilində hər üç istiqamət üzrə  cəmi 46 nəfər, “beynəlxalq münasibətlər” ixtisası üzrə isə 20 nəfər qəbul edilmişdir. Qeyd edilən ixtisaslarla yanaşı yeni yaradılmış “amerikaşünaslıq” ixtisasına isə 29 nəfər tələbə qəbul olunmuşdur. Beləliklə yaradıldığı müddətdə ilk dörd kurs üzrə fakültədə üç ixtisasda 288 nəfər tələbə təhsil almışdır.

2009-2010-cu tədris ilində fakültənin inkişaf tarixində ali təhsilin ikinci pilləsi olan magistratura xüsusi yer tutmağa başladı. İxtisas proqramlarının metodiki və kadr təminatı üzrə hazırlıq işləri tamamlandıqdan sonra 2002-2003-cü tədris ilindən başlayaraq magistratura təhsil pilləsi üzrə ixtisas proqramlarına  qəbul həyata keçirilməyə başlanmışdır. Fakültədə ilk dekan vəzifəsini dosent Yasif Mürşüdov icra etmişdir. 2006-cı ildən 2013-cü ilədək fakültədə dekan vəzifəsində Əliyev Məcid İbad oğlu çalışmışdır. 05 iyul 2013-cü il 1/156 saylı əmrlə Nağıyev Anar Rüstəm oğlu Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinə dekan vəzifəsinə seçilmişdir və 2017-ci ilədək bu vəzifədə çalışmışdır. 22 fevral 2017-ci il 1/63 saylı əmrlə  Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Həmidov Samir Sabir oğlu təyin olunmuşdur. 22 dekabr 2017-ci il tarixdə seçki yolu ilə seçilmiş 1/577 saylı əmrlə fakültə dekanı vəzifəsinə Kazımbəyli İbrahim Feyzulla oğlu təyin edilmişdir.

2017-ci ildən etibarən fakültənin yeni ixtisaslarına uyğun olaraq Elmi Şuranın 12.09.17 tarixli qərarına əsasən fakültənin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi adlandırılmışdır. Hazırda fakültə nəzdində 2 istiqamət üzrə 20 ixtisas, 6 kafedra, 8 mərkəz fəaliyyət göstərir. Fakültənin hal-hazırda 938 tələbəsi var. Fakültə universitetin bütün beynəlxalq əlaqələrinin günü gündən genişlənən çoxşaxəli layihələrində yaxından iştirak edir. Fakültə öz işini 2015-2020-ci illərdə nəzərdə tutulan strateji planlaşdırma layihəsinin Tədbirlər planına uyğun qurur. Sənəddə ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Strateji Planlaşdırması prosesinin Azərbaycan Təhsil Nazirliyinin strateji planlaşdırması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2009-2013-cü illər üçün Təhsil üzrə Dövlət Proqramı və Təhsilin İnformasiyalaşdırılması haqda Dövlət Proqramına və təhsilin inkişafı üzrə Dövlət Strategiyasına, həmçinin Boloniya Bəyannaməsinin tələblərinə uyğun şəkildə hazırlanması üzrə təkliflər öz əksini tapmışdır. Biz təhsil və elmlə bağlı dövlətin və hökümətin bütün derektiv sənədlərini əsas götürürük. Yaxın zamanlarda ölkə başçısının təhsillə bağlı daha bir mühüm 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı ilə bağlı (2018-ci il 16 noyabr) Sərəncamı təsdiq olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci  illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət Proqramının davamı kimi bu yeni, çox vacib Dövlət Proqramının icrasını Universitetimizin və Fakültəmizin strateji planlaşmasına daxil edərək, Dövlət Proqramlarına mövcud sənədlərə və Universitet rəhbərliyinin müəyyən etdiyi təhsil siyasətinə uyğun işlərimizi qururuq.

Strateji inkişaf proqramı çərçivəsində fakültədə aşağıdakı istiqamətlər üzrə islahatlar aparılması planlaşdırılır:

Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsi üzrə (ixtisaslar üzrə) təhsilin məzmununun və təlimdə istifadə olunan texnologiyaların təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğunlaşdırılması;
Tədris planı və proqramlarının, təhsil resurslarının, müasir dövrlə səsləşən fənn proqramlarının, yeni təlim və informasiya texnologiyalarının tətbiqini şərtləndirən elmi-metodiki tövsiyələrin hazırlanması;
Fakültənin strukturunun, onun idarə olunması sisteminin müasir tələblər baxımından yenidənqurulması – modernləşdirilməsi;

Fakültədə keyfiyyətin təmin olunması sahəsində mühüm addımlar atılması, fakültədəki kafedraların reytinqini müəyyənləşdirən yeni sistemi – kriteriyanın hazırlanması;
Tələbələrin biliyinin qiymətləndirilməsi sistemini Avropa Kredit Transfer sisteminin tələblərinə uyğunlaşdırılınası, müəllimə inamın qaytarılması sahəsində əməli tədbirlərin görülməsi;

Kafedraların kadr potensialının daha da gücləndirilməsi, kafedraların və kadrların mütəmadi olaraq attestassiyadan keçirilməsi üçün işlək mexanizmin hazırlanması;
Kafedraların professor-müəllim heyətinin ölkə daxilində və xarici ölkələrdə ixtisaslarının artırılması üçün, treninqlərə göndərilməsi üçün əməli tədbirlərin görülməsi;
Fakültədə elmi-tədqiqat işlərinin müasir tələblər istiqamətində inkişaf etdirilməsi, Tələbə Elmi Cəmiyyətinin işinin gücləndirilməsi;

Xarici universitet və fakültələrlə əlaqələrin yaradılması, professor-müəllim, tələbə mübadiləsi proqramlarının işlənib hazırlanması;

Fakültənin maddi-texniki bazasının müasirləşdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilməsi, yeni mərkəz­lərin, elmi tədqiqat, treyninq mərkəzlərinin yaradılmasına nail olmalı, tədrisin tədqiqat yönümlülüyünü təmin etməli;
Fakültənin inkişafı üçün yeni maliyyə mənbələri tapmalı, fakültə-məzun, fakültə-valideyn şuraları yaradılmasına nail olmalı, alternativ maliyyə formaları sistemi yaradılmasına çalışmalı.

Strateji inkişaf proqramından gözlənilən nəticələr

Strateji inkişaf proqramının yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

Fakültədə əmək bazarının tələblərinə, beynəlxalq standartlara uyğun kadr hazırlığı təmin ediləcək;
Fakültədə təhsilin tədris-metodiki təminatı modernləşdiriləcək;
Fakültədə dərslər interaktiv təlimi təmin edən yeni metodikalar əsasında təşkil olunacaq;
Dərslərin təşkilində informasiya texnologiyalarının tətbiqindən geniş surətdə istifadə olunacaq;
Baloniya prosesinin tətbiqini təmin edən tədris-metodiki vəsaitlər hazırlanacaq;
Baloniya prosesinin müddəalarına uyğun vahid treyninqlər tətbiq ediləcək;
Kredit sisteminin tətbiqi ilə bağlı maarifləndirmə işi təmin ediləcək;
Fakültədə tədrisin keyfiyyəti yüksələcək;

Xarici dil sahəsində fakültə beynəlxalq tələblərə cavab verən tədris sənədləri ilə təmin ediləcək;
Fakültənin idarə edilməsində tələbələrin geniş iştirakı təmin olunacaq;
Fakültə daxili şəbəkənin yaradılması təmin ediləcək;
Fakültənin beynəlxalq əlaqələri güclənəcək;
Müasir tələblərə cavab verən qiymətləndirmə və nəzarət mexanizmi yaradılacaq;
Fakültədə tədrisin təşkili Avropa Kredit Transfer sisteminin tələblərinə uyğun qurulacaq;
Müəllim tələbə mübadiləsi sahəsində fakültənin imkanları genişləndiriləcək;
Fakültə haqqında məlumatlanma prosesi müasir texnologiyalar əsasında qurulacaq;
Fakültədə tələbələrin tədrisdə fəal iştirakı təmin olunacaq;
Fakültədə kadrların fəaliyyətinin qiymətləndirilməsinin yeni mexanizmi yaranacaq;

Fakültənin kafedralarında müasir tələblərə cavab verən kadr potensialı formalaşacaq;
Fakültənin məzunlarının əmək bazarında işlə təmin olunma imkanları artacaq;
Fakültədə funksional idarəetmə modelini həyata keçirən təhsil idarəçiləri formalaşacaq;
Fakültənin elmi-pedaqoji potensialından səmərəli istifadə təmin olunacaq;
Fakültənin özünün ölkədaxili və beynəlxalq nüfuzu artacaq;

Fakültənin elmi-tədqiqat sahəsində beynəlxalq əməkdaşlıq imkanları artacaq;
Fakültədə təhsilin məzmununun müasirləşdirilməsi üçün maddi-texniki baza yaxşılaşdırılacaq;
Fakültədəki kafedralar, elmi-tədqiqat laboratoriyaları müasir tipli avadanlıqlarla təchiz olunacaq;
Fakültədə müasir tipli təlim texnologiyaların tətbiqi və zəruri avadanlıqların təchizi fakültədə idarəetmənin səmərəliliyini artıracaq;

Fakültədə tələbələrin zəruri informasiya əldə etmək imkanları genişlənəcək və sürətlənəcək;
Fakültədə “fund-raising” sistemi yaranacaq;
Fakültənin maliyyələşmə mexanizmi təkmilləşəcək.