Fakültələr

Tərcümə fakültəsi  

Tərcümə fakültəsi 2000-ci ildən müstəqil fəaliyyət göstərir. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 11.09.2017-ci il tarixli 11 saylı iclasının qərarına əsasən fakültənin adı dəyişdirilərək Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi adlandırılıb. Yenidən Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 27.02.2019-cu il tarixli 25 saylı iclasının qərarına əsasən fakültənin adı dəyişdirilərək Tərcümə fakültəsi adlandırılıb. Hal-hazırda,Tərcümə fakültəsinin dekanı filologiya elmlər doktoru, professor Bənövşə Güloğlan qızı Məmmədovadır. Tərcümə fakültəsi dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq edərək öz potensialını artırmağı hədəfləyir. Hər il fakültənin tələbə və müəllimləri bilik və təcrübə mübadiləsi məqsədilə İtaliya, Türkiyə, İspaniya, Koreya və digər ölkələrə gedirlər. Fakültə Türkiyənin Hacettepe, İspaniyanın Mursiya, Koreyanın Hankuk və Chonbuk, İtaliyanın Milan  və Fransanın Strasburq Universitetləri ilə sıx əməkdaşlıq edir.

Tərcümə fakültəsində 10 ixtisas tədris olunur: İngilis dili, Alman dili, Fransız dili, İspan dili, İtalyan dili, Koreya dili, Ərəb dili, Erməni dili, Çin dili və Rus dili.

 

Tərcümə  fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir:

Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası

Respublikamızda ispan dilinin tədrisinə ilk dəfə 1964-1970-ci illərdə M.F.Axundov adına Xarici Dillər İnstitutunun Fransız dili kafedrası tərkibində başlanmışdır. O zamanlar kafedrada xarici ölkələrdən gəlmiş müəllimlər fəaliyyət göstərib. 1993-cü il İspan dili şöbəsi, 2000-ci ildə İspan və İtalyan dili kafedrası yaradılmışdır. 2015-ci ildə Koreya dili kafedrası İspan dilinin tərcüməsi kafedrası ilə birləşdirilmişdir. 2017-ci ilin iyul ayında Universitetimizdə aparılan struktur dəyişikliklərindən sonra İspan dilinin tərcüməsi kafedrası Fransız və İtalyan dillərinin tərcüməsi kafedrası ilə birləşdirilmiş və “Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası” kafedrası yaradılmışdır

Kafedra 08.08.2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti 1/290№li ƏMR əsasında Azərbaycan Dillər Universitetində idarəetmə mexanizminin səmərəliliyini, tədrisin keyfiyyətini artırmaq məqsədilə , Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası yaradıldı. 07.11.2017-ci tarixdə isə 1/494№li ƏMR əsasında Azərbaycan Dillər Universitetində aparılan struktur dəyişikliklərinin davamı olaraq, Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasnın müdiri vəzifəsinə fil.f.d.,dosent Aynur Vaqif qızı Quliyeva  təyin olunmuşdu.

13.12.2024-cü il tarixli 1/552 saylı əmrə əsasən kafedraya fil.f.d., dosent Ülfət Zakir oğlu İbrahim rəhbərlik edir.

Kafedrada 31 əməkdaş fəaliyyət göstərir. Onlardan  1 nəfər professor, 2 nəfər dosent, 1 nəfər f.f.d., baş müəllim, 12 nəfər baş müəllim, 13 nəfər müəllim, 2 nəfər saat hesabı müəllim vəzifəsində işləyir. Həmçinin kafedrada 3 laborant çalışır.

 

German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası

German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası 2017-ci ildə iki müstəqil kafedranın birləşməsi əsasında formalaşmışdır.  Əvvəllər “Alman dilinin tərcüməsi” və “İngilis dilinin tərcüməsi” kafedraları ayrı-ayrılıqda fəaliyyət göstərmişdirlər. Hal-hazırda, kafedranın müdiri f.f.d.dos Abdullayeva Fialə Bəylər qızıdır. Kafedrada alman və ingilis dilləri üzrə mütəxəssis olan 30 müəllim fəaliyyət göstərir. Onlardan  2 nəfər professor, 4 nəfər dosent, 2 nəfər f.f.d.,  baş müəllim, 14 nəfər baş müəllim, 9 nəfər isə müəllim vəzifəsində işləyir. Həmçinin kafedrada 3 laborant çalışır.

Müasir dillər kafedrası

Kafedra 08.08.2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti 1/290№li ƏMR əsasında Azərbaycan Dillər Universitetində idarəetmə mexanizminin səmərəliliyini, tədrisin keyfiyyətini artırmaq məqsədilə, Tərcümə və Mədəniyyətşünaslıq Fakültəsinin nəzdində Xarici dillər kafedrası yaradıldı. 07.11.2017-ci tarixdə isə 1/494№li ƏMR əsasında Azərbaycan Dillər Universitetində aparılan struktur dəyişikliklərinin davamı olaraq, Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasnın müdiri vəzifəsinə fil.elm.namizədi, dosent Tamilla Hüseyn qızı Əmirova təyin olundu. 1/405 №li əmrə əsasən Tamilla Hüseyn qızı Əmirova Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının 0.5 ştat dosenti müsabiqədən keçməsi ilə əlaqədar olaraq 21 noyabr 2022-ci il tarixdən 21 noyabr 2027-ci il tarixə kimi adı göstərilən kafedranın müdiri vəzifəsinə təyin olunub. 05.09.2024-cü il tarixində 79 №li ƏMR əsasında kafedranın adı Müasir dillər kafedrası adlandırılıb.

Kafedrada 39 müəllim fəaliyyət göstərir. Onlardan 10 nəfər f.f.d. dosent və 2 nəfər f.f.d. , 22 baş müəllim və 5 müəllim vəzifəsində işləyir. Həmçinin kafedrada 5 laborant çalışır.

 

Tərcümə fakültəsinin nəzdində 3 mərkəz (İspan dili mərkəzi, İtalyan dili mərkəzi, Koreya Araşdırmalar Mərkəzi), 1 Alman oxu zalı,  Abbas Səhhət adına Qiraət zalı və Tərcümə Araşdırmaları Mərkəzi də fəaliyyət göstərir.