Fakültələr

Təhsil fakültəsi

 

         Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 08 iyul 2024-cü il tarixli 38 saylı iclasının qərarı əsasında yeni fakültələrin yaradılması qərara alındı. Elmi Şuranın qərarına istinad edərək, Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayevin 11 iyul 2024-cü il tarixində 69 saylı əmri əsasında Təhsil fakültəsi yaradılmışdır.

         Yeni yaradılmış Təhsil fakültəsinə 88 saylı, 24.09.2024-cü il tarixli əmrə əsasən aşağıda adları qeyd olunan ixtisaslar daxil edilmişdir.

1.     İbtidai sinif müəllimliyi (İngilis bölməsi)

2.     Məktəbəqədər təlim və tərbiyə (İngilis bölməsi)

3.     Korreksiyaedici təlim (Azərbaycan bölməsi)

4.     Təhsildə sosial psixoloji xidmət (Azərbaycan bölməsi)

5.     Xarici dil müəllimliyi ( Rus dili, rus bölməsi)

       Yeni təsis edilmiş Təhsil fakültəsinə Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayevin 01.10.2024-cü il tarixli 89 saylı əmri ilə fakültənin  ixtisaslarına müvafiq olaraq aşağıdakı kafedralar daxil edilmişdir.

1.Pedaqogika kafedrası – Kafedra müdir p.f.d., dosent Nigar Zeynalova

2.Psixologiya kafedrası – Kafedra müdiri psix.f.d., dosent Ceyhun Alıyev

3.Təhsildə xarici dillər kafedrası – Kafedra müdiri f.f.d., dosent Aida Sobor

4.Rus dili və ədəbiyyatı kafedrası – Kafedra müdiri f.e.d., prof. Məmməd Əliyev

       Fakültə təsis ediləndə onun nəzdində Rus dili və ədəbiyyatı kafedrasının yaradılması qərara alınmışdı. Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayevin 09.12.2024-cü il tarixli 1/534 saylı əmri ilə kafedra müdiri seçkilərinə qədər  Fidan Baxşıyeva bu vəzifəni icra etmişdir. Təhsil fakültəsinin Elmi Şurasının 27 noyabr tarixində  keçirilmiş iclasında kafedra müdiri vəzifəsinə f.e.d., professor Əliyev Məmməd Arif oğlu seçilmişdir.

        Təhsil fakültəsi Azərbaycanda davamlı inkişaf mərhələsinin uğurla davam etdirilməsini, əhalinin sosial-iqtisadi həyatında baş verən keyfiyyət dəyişikliklərini insan kapitalının inkişafına, gənc nəslin bilik və bacarıqlara yiyələnməsinə istiqamətləndirilməsini yüksək dəyərləndirir. Bu konteksdə ölkənin təhsil sisteminin başlıca prioritetlərindən biri hesab olunan insan kapitalının inkişafına nail olmaq missiyasını öhdəmizə götürərək pedaqoji istiqamətdə təhsil alan tələbələrin əmək bazarında öz mövqelərini tutması ilə yanaşı cəmiyyətdə fəaliyyətlərinin düzgün stimullaşdırmalarını diqqət mərkəzində saxlamağı faklültənin inkişaf strategiyasında önəmli müddəa kimi dəyərləndiririk.

Təhsil  hər bir insanın cəmiyyətin ziyalı vətəndaşı kimi yetişməsinə müvafiq  şərait yaradır. Fakültəmiz yarandığı gündən onun maddi–texniki bazasının və elmi-kadr potensialının gücləndirilməsinə, elektron auditoroyaların, təlim və  tədris mərkəzlərinin yaradılmasına xüsusi əhəmiyyət verir. Məqsədimiz fakültədə təhsil və tədrisin keyfiyyətinin dünya standartlarına uyğunlaşdırılmasıdır.  Bu hədəfə çatmaq üçün təkcə maddi – texniki bazanı inkişaf etdirmək, İKT vasitələrini tətbiq etmək kifayət etmir, həm də təhsil sahəsində yeniliklərin və mütəxəssis hazırlığında rəqəmsal texnologiyaların tətbiqini və səriştə əsaslı yanaşmanın prioritet istiqaməti kimi seçilməsini tələb edir. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” öz məzmunu baxımından strateji istiqamətdə ən vacib hədəfləri əhatə etdiyi üçün fakültəmizdə əsas yanaşma səriştə əsaslı təlim və tədris mühitinin yaradılmasıdır. Müəyyən etdiyimiz strateji hədəflərə nail olmaq üçün, ilk növbədə, təhsilalanların istedadını üzə çıxarmaq və inkişaf etdirmək zəruri amildir. Bu səmərəli idarəetmə mexanizminin tətbiqi vasitəsi ilə mümkündür. Fakültəmiz bu istiqamətdə həyata keçirilən qabaqcıl təcrübələri öyrənmək və tətbiq etmək yolu ilə bu hədəflərə nail olmaq əzmindədir.

        Təhsil fakültəsinin dekanı vəzifəsinə 24 okyabr 2024-cü il tarixində keçirilən fakültə müəllimlərinin ümumi yığıncağında pedaqoji elmlər doktoru, prof. Hikmət Əbdül oğlu Əlizadə seçilmişdir. Elmi Şuranın qərarı əsasında professor Hikmət Əbdül oğlu Əlizadənin dekan təyin edilməsi haqqında Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayev   1/506 saylı, 07.11.2024-cü il tarixli əmr imzalamışdır. Rektorun 1/525 saylı, 02.12.2024-cü il tarixli əmri ilə Keyfiyyətin təminatı və monitorinqi şöbəsinin baş mütəxəssisi Əsgərova Aytac Elvin qızı dekan müavini vəzəfəsinə təyin olunmuşdur. Səmədova Azadə Şakir qızı və Əliyeva Samirə Xəlil qızı fakültədə tyutor vəzifəsində çalışırlar.