Təhsil fakültəsi

Təhsil fakültəsinin tarixi

 

      Azərbaycan Dillər Universiteti yarandığı vaxtdan etibarən həm xarici dil və ədəbiyyatı, həm də xarici dil müəllimi ixtisasları üzrə kadr hazırlığını həyata keçirmişdir. Müstəqillik əldə etdikdən sonra “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq ölkəmizdə həyata keçirilən təhsil islahatları çərçivəsində Azərbaycan Dillər universitetində də yeniliklərə rəvac verilmişdir. Həyata keçirilən yeniliklər çərçivəsində universitetdə müəllim ixtisasları üzrə kadr hazırlığını yeni keyfiyyət səviyyəsinə qaldırmaq məqsədi ilə Pedaqoji fakültənin yaradılması aktuallaşmışdır.  Yaradıldığı ilk gündən bu fakültənin maddi-texniki bazası gücləndirilmiş, müxtəlif mərkəzlər, laboratoriyalar, yeni kafedralar yaradılmışdır. 28 avqust 2014-cü il tarixli 68 saylı əmr ilə Pedaqoji fakültənin bazası əsasında Pedaqoji (ingilis dili və alman dili üzrə - fakültə dekanı professor, fil.e.d. Fikrət Cahangirov olmuşdur) və Pedaqoji (ingilis dili və fransız dili üzrə - fakültə dekanı fil.f.d., dosent Vəfa Babayeva olmuşdur) fakültələri yaradılmışdır. 2017-ci ildə  həyata keçirilən struktur dəyişiklikləri çərçivəsində Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələrinin birləşdirilərək ADU rektorunun 31 Mart 2017-ci il tarixli, 40 saylı əmri ilə TƏHSİL fakültəsinin yaradılması məqsədəuyğun hesab edilmişdir. 2019-cu ildə kadr hazırlığının keyfiyyətinin daha da artırılması məqsədi ilə Təhsil fakültəsinin bazasında ADU rektorunun 12 iyul 2019-cu il tarixli 78 saylı əmri ilə Təhsil 1 və Təhsil 2 fakültələri yaranmışdır. Kadr hazırlığının keyfiyyətinin daha da artırılması istiqamətində ADU-da aparılan davamlı islahatlar çərçivəsində ADU Elmi Şurasının 08 iyul 2024-cü il tarixli 38 saylı iclasının qərarı əsasında yeni fakültələrin yaradılması qərara alındı. Elmi Şuranın qərarına istinad edərək, Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayevin 11 iyul 2024-cü il tarixli 69 saylı əmri əsasında Təhsil 1 fakültəsinin bazasında İngilis və alman dilləri fakültəsi, Təhsil 2 fakültəsinin bazasında İngilis və fransız dilləri fakültəsi və pedaqoji ixtisasları  özündə cəmləşdirən yeni Təhsil fakültəsi yaradılmışdır.

           Təhsil fakültəsi yaradılarkən dekan vəzifəsinin icrası dos.Babayevə Şəlalə Rasim qızına həvalə edilmişdir. Azərbaycan Dillər Universitetinin rektoru akad. Kamal Abdullayevin 24.09.2024-cü il tarixli 88 saylı əmrinə əsasən fakültənin nəzdində aşağıda adları qeyd olunan ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutuldu.

1.     İbtidai sinif müəllimliyi (İngilis bölməsi)

2.     Məktəbəqədər təlim və tərbiyə (İngilis bölməsi)

3.     Korreksiyaedici təlim (Azərbaycan bölməsi)

4.     Təhsildə sosial psixoloji xidmət (Azərbaycan bölməsi)

5.     Xarici dil müəllimliyi ( Rus dili, rus bölməsi)

       Yeni təsis edilmiş Təhsil fakültəsinə Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayevin 01.10.2024-cü il tarixli 89 saylı əmri ilə fakültənin  ixtisaslarına müvafiq olaraq aşağıdakı kafedralar daxil edilmişdir.

1.Pedaqogika kafedrası – Kafedra müdir p.f.d., dosent Nigar Zeynalova

2.Psixologiya kafedrası – Kafedra müdiri psix.f.d., dosent Ceyhun Alıyev

3.Təhsildə xarici dillər kafedrası – Kafedra müdiri f.f.d., dosent Aida Sobor

4.Rus dili və ədəbiyyatı kafedrası – Kafedra müdiri f.e.d., prof. Məmməd Əliyev

Təhsil fakültəsinin 24 okyabr 2024-cü il tarixində keçirilən fakültə müəllimlərinin ümumi yığıncağında pedaqoji elmlər doktoru, prof. Hikmət Əbdül oğlu Əlizadə dekan vəzifəsinə seçilmişdir. Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayev prof. Hikmət Əbdül oğlu Əlizadənin dekan vəzifəsinə təyin edilməsi haqqında 1/506 saylı, 07.11.2024-cü il tarixli əmr imzalamışdır.

        Təhsil fakültəsinin 25 noyabr 2024-cü il tarixində keçirilmiş ümumi iclasında Fakültə Elmi Şurasına üzvlər seçilmişlər. Azərbaycan Dillər Universitetinin rektoru akad. K.Abdullayevin 27 noyabr 2024 tarixli 106 saylı əmri əsasında aşağıda adları qeyd olunanlar əməkdaşlar Fakültə Elmi Şurasının üzvləri kimi təsdiq olunmuşlar 

1.Əlizadə Hikmət Əbdül oğlu

2.Zeynalova Nigar Eldar qızı

3.Alıyev Ceyhun Qurbanəli olğu

4.Sobor Aida Burzu qızı

5.Axundzadə Rabil Habil oğlu

6.Babaşova Zülfinaz Məmmədbağır qızı

7.Babayeva Şəlalə Rasim qızı

8.Baxşəliyeva Arzu Nemət qızı

9.Bağırova Ruhlanə İdris qızı           

       Fakültə təsis ediləndə onun nəzdində Rus dili və ədəbiyyatı kafedrasının yaradılması qərara alınmışdı. Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayevin 09.12.2024-cü il tarixli 1/534 saylı əmri ilə kafedra müdiri seçkilərinə qədər f.e.d, prof. Fidan Baxşıyeva bu vəzifəni icra etmişdir. Təhsil fakültəsinin Elmi Şurasının 27 noyabr tarixində keçirilmiş ilk iclasında kafedra müdiri vəzifəsinə f.e.d., professor Əliyev Məmməd Arif oğlu seçilmişdir.

        Rektorun 1/525 saylı, 02.12.2024-cü il tarixli əmri ilə Keyfiyyətin təminatı və monitorinqi şöbəsinin baş mütəxəssisi Əsgərova Aytac Elvin qızı dekan müavini vəzəfəsinə təyin olunmuşdur. Səmədova Azadə Şakir qızı və Əliyeva Samirə Xəlil qızı fakültədə tyutor vəzifəsində çalışırlar. 

        Təhsildə Xarici dillər kafedrasının müdiri vəzifəsinin səlahiyyət müddəti bitdiyi üçün 17 noyabr 2024-cü il tarixində “525-ci” qəzetdə müdir vəzifəsini tutmaq üçün müsabiqə elan edilmişdir. Kafedra müdiri vəzifəsini tutmaq üçün iki nəfər öz namizədliyini irəli sürmüşdür. 20 dekabr 2024-cü il tarixində Fakültə Elmi Şurasının iclasında dosent Hacıyeva Həqiqət Aslan qızı Təhsildə Xarici dillər kafedrasının müdiri vəzifəsinə seçilmişdir.  Azərbaycan Dillər Universitetinin rektoru, akad. K.Abdullayevin 1/12 saylı 7 yanvar 2025-ci il tarixli əmri ilə dosent Hacıyeva Həqiqət Aslan qızı öz səlahiyyətlərinin icrasına başlamışdır.

Fakültədə baş verən struktur dəyişiklikləri ilə əlaqədar olaraq Azərbaycan Dillər Universitetinin rektoru, akad. K.Abdullayevin 121saylı 19 dekabr 2024 - cü il tarixli əmri ilə Əsgərova Aytac Elvin, Əliyev Məmməd Arif oğlu, Pirizadə Mədanə Anar qızı vəzifə səlahiyyətlərinə görə Fakültə Elmi Şurasının üzvlüyünə daxil edilmişlər.