Təhsil fakültəsinin 2024-2029-cu illər üçün
Strateji İnkişaf Planı
Strateji İnkişaf Planı Fakültə Elmi Şurasının 20 dekabr 2024-ci il tarixli iclasının 02 saylı protokolu ilə təsdiq edilmişdir.
Təhsil fakültəsi haqqında
Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 08 iyul 2024-cü il tarixli 38 saylı iclasının qərarı əsasında yeni fakültələrin yaradılması qərara alındı. Elmi Şuranın qərarına istinad edərək, Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayevin 11 iyul 2024-cü il tarixində 69 saylı əmri əsasında Təhsil fakültəsi yaradılmışdır.
24.09.2024-cü il tarixli 88 saylı əmrə əsasən yeni yaradılmış Təhsil fakültəsinin tərkibinə aşağıda adları qeyd olunan ixtisaslar daxil edilmişdir.
1. Xarici dil müəllimliyi (Rus dili, tədris rus dilində)
2. Korreksiyaedici təlim (tədris Azərbaycan dilində )
3. İbtidai sinif müəllimliyi (tədris ingilis dilində)
4. Məktəbəqədər təhsil (tədris ingilis dilində)
5. Təhsildə sosial-psixoloji xidmət (tədris Azərbaycan dilində)
Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayevin 01.10.2024-cü il tarixli 89 saylı əmrinə əsasən yeni təsis edilmiş Təhsil fakültəsinə, onun ixtisaslarına müvafiq olaraq, aşağıdakı kafedralar daxil edilmişdir.
1.Pedaqogika kafedrası - (Kafedranın nəzdində İnklüziv Təhsil Mərkəzi fəaliyyət göstərir);
2. Psixologiya kafedrası;
3. Rus dili və ədəbiyyatı kafedrası;
4.Təhsildə xarici dillər kafedrası.
Təhsil fakültəsi Azərbaycanda davamlı inkişafın, insan kapitalının inkişafına, gənc nəslin bilik və bacarıqlara yiyələnməsinə istiqamətləndirilməsini yüksək dəyərləndirir. Bu konteksdə fakültədə təhsil alan tələbələrin əmək bazarında yüksək mövqe tutması, cəmiyyətdə fəaliyyətlərini düzgün stimullaşdırmaları, hazırlanan kadrların insan kapitalının inkişafında önəmli rol oynaması fakültənin inkişaf strategiyasında önəmli müddəaları kimi dəyərləndiririk.
Təhsil hər bir insanın vətəndaş kimi yetişməsinə şərait yaradır. Fakültəmiz yarananda onun maddi–texniki bazasının, elmi-kadr potensialının, beynəlxalq əlaqələrinin gücləndirilməsi, elektron auditoroyaların, elm və tədris mərkəzlərinin yaradılması, səmərəli idarəetmə mexanizminin tətbiqi, müsbət psixoloji iqlimin formalaşdırılması, dekan (dekan müavini, tyutor, asistent), kafedra müdiri, müəllim və tələbə münasibətlərinin humanist və demokratik münasibətlər müstəvisində inkişaf etdirilməsi önəmli vəzifələr kimi dəyərləndirilmişdir. Qeyd olunan hədəflərə çatmaq üçün fakültədə səriştə əsaslı yanaşmanın prioritet istiqamət kimi seçilməsi tələb olunur. Bunun üçün, ilk növbədə, təhsilalanların istedadını üzə çıxarmaq və inkişaf etdirmək zəruri amildir. Bu konteksdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” öz məzmunu baxımından fakültənin fəaliyyətində strateji əhəmiyyət kəsb edir. Fakültəmiz bu istiqamətdə həyata keçirilən qabaqcıl təcrübələri öyrənmək və tətbiq etmək yolu ilə qarşıya qoyulan hədəflərə nail olmaq əzmindədir.
Mövcud vəziyyət
Fakültədə tələbələrin tələb olunan mütəxəssis kimi hazırlanması üçün mühüm addımlar atılır. İlk addım olaraq mənəvi sağlam iqlim yaradılması, müəllim və tələbə məmnunluğunun formalaşması üçün müəyyən işlər görülmüşdür. Bunun üçün, ilk növbədə, səmərəli idarəetmə mexanizmi tətbiqi edilir.
Məlum olduğu kimi, hazırlanan kadrların səviyyəsinin yüksək olmasında təhsilin məzmunu önəmli rol oynayır. Bu istiqamətdə proqramların, dərsliklərin müasir tələblərə cavab verməsi üçün fikir mübadiləsi aparılmışdır. Hazırda onların proqram və dərsliklərin yenilənməsi istiqamətində ciddi işlər görülür.
Fakültədə tələbələr və valideynlərlə əlaqələrin elektron formatda həyata keçirilməsinə üstünlük verilir. Lakin bununla yanaşı hər bir tələbə və valideynlə görüş onların məmnunluğunun təmin edilməsi baxımından həyata keçirilir. Dərslərin yeni innovativ təlim metodları ilə keçirilməsinə önəm verilir. Tələbə özünüidarəsinin həyata keçirilməsi fakültədə prioritet əhəmiyyət kəsb edir. Tələbələrlə mütəmadi olaraq auditoriyadan kənar tədbirlər keçirilir.
Fəaliyyət istiqamətləri
Tədris. Fakültə bakalavriat səviyyəsinin tədris proqramları üzrə təhsil xidmətləri göstərir. Hazırda fakültə İbtidai sinif müəllimliyi (İngilis bölməsi), Məktəbəqədər təhsil (İngilis bölməsi), Korreksiyaedici təlim (Azərbaycan bölməsi), Təhsildə sosial psixoloji xidmət (Azərbaycan bölməsi) və Xarici dil müəllimliyi (Rus dili, rus bölməsi) ixtisasları üzrə kadr hazırlığı həyata keçirir. “E-universitet” layihəsi əsasında fakültədə tədris prosesinin elektronlaşdırılmasına başlanılıb. Fakültənin yerləşdiyi binada kitabxana fəaliyyət göstərir. Fakültə təhsilin keyfiyyətini artırmaq məqsədilə tədrisdə müasir texnologiyalardan istifadə və professor-müəllim heyətinin peşə bacarıqlarının artırılmasına xüsusi əhəmiyyət verir.
Tədqiqat. Fakültədə elmi tədqiqatlar kafedralarda həyata keçirilir. Universitetin elmi jurnalları mövcuddur. ADU-da elmi tədqiqatların stimullaşdırılması məqsədilə nüfuzlu jurnallarda məqalə nəşrinə görə mükafatlandırma sistemi fəaliyyət göstərir. Kafedra müəllimlərinin “Web of Science”, “Scopus” kimi nüfuzlu elmi bazalara daxil olan nəşrlərdə məqalələri çap olunmaqla yanaşı, onlar bir sıra yerli və beynəlxalq təlimlərdə, konfranslarda və s iştirak etməsi təviq edilir.
Sosial xidmət. Fakültədə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı hər il müxtəlif layihələri həyata keçirirlər. Fakültədə inkluziv təhsil ilə bağlı sağlamlıq imkanları məhdud olan tələbələrin cəmiyyətə inteqrasiyası, onlar üçün bərabər təhsil imkanlarının yaradılması məqsədilə vaxtaşırı tədbirlər təşkil edilir. Ayrı-ayrı sosial problemlərlə bağlı QHT-lərlə əməkdaşlıq çərçivəsində maaarifləndirmə tədbirləri aparılır.
İnklüzivlik. Fakültədə sağlamlıq imkanları məhdud (SİM) tələbələr olmasa da tədris binasının hər mərtəbəsində Azərbaycan jest dili əlifbası ilə yazılmış lövhələr vurulmuşdur. Görmə imkanları məhdud şəxslərin tədris korpusunda hərəkətini asanlaşdırmaq məqsədilə bütün auditoriyalar və şöbələrin adları brayl əlifbası ilə yazılmışdır. Gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulub.
Pedaqogika kafedrasının nəzdində İnklüziv Təhsil Mərkəzi fəaliyyət göstərir. “Ali pedaqoji təhsilin ekosistemində inklüziv təcrübələr” İnklüzion Lab adlı Beynəlxalq Açıq Elm-Təhsil laboratoriyasında sahə üzrə tədqiqatların aparılması, SİM şəxslər üçün nəzərdə tutulmuş avadanlıqlarla işin təşkili məqsədilə akademik və yardımçı heyət üçün təlimlərin keçirilməsi, təlim prosesində görmə, eşitmə, nitq qüsurlu tələbələrin təlimini dəstəkləmək məqsədilə avadanlıqların imkanlarından istifadə fakültədə prioritet məsələlərdəndir.
İnsan resursları. Fakültə də “Təhsildə xarici dil kafedrası”nın fəaliyyət göstərməsi nəticəsində müəllim və tələbələr üçün xarici dilləri öyrənmə istiqammətində müəyyən işlərin görülməsi nəzərdə tutulur. Xaric ölkələrdə təhsil almış gənclərin də elmi-pedaqoji fəaliyyətə cəlb edilməsi də fakültədə prioritet məsələlərdəndir. Müəllimlərin peşəkar inkişafına da xüsusi əhəmiyyət verilir.
İnformasiya resursları. Fakültənin də yer aldığı ADU-nun “www.adu.edu.az” ünvanlı internet səhifəsi fəaliyyət göstərir. Bu səhifə zəngin informasiya resurslarına malikdir. Fakültəni yerləşdiyi bina sürətli internetlə təmin edilmişdir. Fakültə əməkdaşlarının dünya kitabxanalarına çıxış imkanı yaradılmışdır.
İnfrastruktur. Fakültə Bakı şəhəri, Təbriz küçəsi 81 ünvanda yerləşən tədris binasında yerləşir. Fakültənin fəaliyyəti üçün ayrılmış sahədə dekanlıq, kafedralar (onların nəzdində fəaliyyət göstərən mərkəzlər (İnklüziv Təhsil Mərkəzi), auditoriyalar və konfrans zalı mövcuddur.
Güclü və zəif tərəflərin təhlili (SWOT təhlil)
|
Güclü tərəflər |
Zəif tərəflər |
|
u Tədris binasının Bakının əlverişli ərazisində yerləşməsi; u Xarici dillər istəqamətində yüksək ixtisaslı kadrların olması; u Tələbə və valideyn məmnunluğuna üstünlük verilməsi; u Güclü tələbə könüllü hərəkatının olması; |
u Tələbələrin yataqxana ilə təmin olmaması; u Mərkəz və labaratoriyaların real “beyin mərkəz”lərinə çevrilə bilməməsi; u Akademik nəşrlərin və qrant layihələrinin sayının yetərli olmaması; |
İmkan və təhdidlərin təhlili (SWOT təhlil)
|
İmkanlar |
Təhdidlər |
|
u Ölkədə inkişaf edən beynəlxalq münasibətlərin beynəlxalq əməkdaşlığa yol açması; u Ali təhsilə və keyfiyyətli kadrlara tələbin artması; u Ömürboyu təhsil xidmətlərinə tələbin artması; u Ölkədə ixtisaslaşmış universitetlərə üstünlük verilməsi; u Ödənişli əsaslarla tələbə qəbulu planının azalmasının fakültənin dayanıqlı imkkişaf imkanlarını artırması; |
u Büdcəsinin əsas hissəsinin təhsil haqqlarından formalaşması; u İnformasiya sistemlərinə qarşı kibercinayətkarlıq cəhdlərinin artması; u Keyfiyyətli ali təhsildə rəqabətin getdikcə kəskinləşməsi.
|
MİSSİYA, GƏLƏCƏYƏ BAXIŞ VƏ ƏSAS DƏYƏRLƏR
Missiya: - Yüksək ixtisaslı kadrlar hazırlamaq.
Gələcəyə baxış: - Dayanıqlı inkişafı dəstəkləyən, tələbə məmnunluğu və tələb yönümlülüyü ilə fərqlənən kadr hazırlayan fakültəyə çevrilmək.
Əsas dəyərlər: - Təhsil fakültəsi müəyyən etdiyi missiyanı həyata keçirmək üçün fəaliyyətində aşağıdakı dəyərləri prioritet hesab edir:
Akademik müstəqillik;
Akademik etika;
Şəffaflıq;
Keyfiyyətlilik;
İştirakçılıq;
Müxtəlifliyə hörmət;
Cəmiyyət mənafeyini düşünmək;
İnklüzivlik.
STRATEJİ MƏQSƏDLƏR, HƏDƏFLƏR VƏ FƏALİYYƏTLƏR
STRATEJİ MƏQSƏD 1. YÜKSƏK İXTİSASLI KADR HAZIRLAYAN FAKÜLTƏYƏ ÇEVRİLMƏK
Strateji hədəf 1.1. Davamlı olaraq fakültəyə daha yüksək bal toplayaraq qəbul olan abituriyentlərin sayının artmasına nail olmaq.
Strateji fəaliyyətlər:
- Fakültənin təhsil proqramlarının tanıtım tədbirlərinin davamlı olaraq genişləndirilmək;
- Orta məktəblər üçün daha yüksək keyfiyyətli kadr hazırlayan fakültə kimi dəyərləndirilmək.
Strateji hədəf 1.2. Tələbələrin artan dinamika ilə bilik və bacarıqlarının (müstrəqi öyrənmə təhlil, İKT-dən istifadə, liderlik və qrupla işləmə və s. bacarıqlarının) formalaşdırması üçün pedaqoji mühit formalaşdırmaq.
Strateji fəaliyyətlər:
- Tədris proqramlarını əmək bazarının tələblərinə uyğunlaşdırmaq;
- Müəllimin tələbə tərəfindən seçilməsini təmin edilməsi;
- I kursa qəbul olan tələbələrin ali məktəb həyatına uyğunlaşdırılmasını təmin etmək;
- Tələbələrin beynəlxalq mübadilə proqramlarına cəlb etmək;
- İnteraktiv təlim metodlarından tətbiqini genişləndirilmək;
- Pedaqoji təcrübənin daha səmərəli təşkil etmək;
- Tələbələr üçün informasiya təminatının yaxşılaşdırılması.
Strateji hədəf 1.3. Fakültənin təhsil proqramlarının proqram akkreditasiyasından keçməsini təmin etmək.
Strateji fəaliyyətlər
- Təhsil proqramlarının akkreditasiya qurumlarının tələblərinə uyğun həyata keçirilməsini təmin etmək.
Strateji hədəf 1.4. Tələbələrin təqaüd imkanlarını yaxşılaşdırmaq.
Strateji fəaliyyətlər:
- Tələbələr üçün adlı təqaüdlərin təsis edilməsi;
- Özəl qurumların maliyyələsinə əsasən tələbələr üçün təqaüdlərin təsis edilməsi;
Strateji hədəf 1.5. Distant təhsil xidmətləri təklif etmək
Strateji fəaliyyətlər:
- Tədricən bəzi fənnlər üzrə dərslərin distant formada təşkil edilməsi;
- Üzürlü səbəbdən dərsə gələ bilməyən tələbələr üçün distant məsləhət saatları təşkil etmək.
Strateji hədəf 1.6. Professor-müəllim heyətinin peşəkar inkişafını yaxşılaşdırmaq.
Strateji fəaliyyətlər:
- Gənc müəllimlə pedaqoji dəstək vermək;
- Pedaqoji heyət üçün məqsədli təlimlər təşkil etmək;
- Pedaqoji heyətin beynəlxalq mübadilə proqramlarına cəlb edilməsinə kömək etmək;
- Əcnəbi müəllimlərin fakültənin pedaqoji işində iştirakını dəstəkləmək.
STRATEJİ MƏQSƏD 2. ELMİ-TƏDQİQATLARIN SAYININ VƏ KEYFİYYƏTİNİN ARTIRILMASI
Strateji hədəf 2.1. “Web of Science” və “Scopus” platformalarına daxil olan nəşrlərdə məqalələrin çap edilməsin motivasiya yaratmaq.
Strateji fəaliyyətlər:
- Aktual problemlərə həsr edilmiş tədqiqatların aparılmasına şərait yaratmaq;
- Tədqiqatların nüfuzlu nəşrlərdə çap olunması üçün müəllimlərə dəstək mexanizmi yaratmaq;
- Xarici jurnallarda məqalələrin çap edilməsinin stimullaşdırılmaq.
Strateji hədəf 2.2. Respublika və Beynəlxalq elmi konfrans, konqres, forum və.s təşkil etmək.
Strateji fəaliyyətlər:
- Elmi tədbirin təsisi məqsədilə tərəfdaşlarla əməkdaşlıq etmək;
- Elmi tədbirə maliyyə dəstəyi verəcək sponsorlar axtarmaq;
- Elmi tədbirlərin sistematik olaraq hər il təşkilinə nail olmaq.
Strateji hədəf 2.3. Fakültə tələbələrinin elmi konfransını təşkil etmək.
Strateji fəaliyyətlər:
- Elmi tədbirin təşkilində kafedra müəllimlərinin dəstəyini təşkil etmək;
- Tələbələrin tədqiqat aparması üçün şərait yaratmaq;
- Konfransın hər il keçirilməsinə nail olmaq.
STRATEJİ MƏQSƏD 3. SOSİAL XİDMƏTLƏR GÖSTƏRMƏK.
Strateji hədəf 3.1. Fakültədə toplanan bilik və təcrübənin cəmiyyətə inteqrasiyasını təmin etməyin yollarını təkmilləşdirmək.
Strateji fəaliyyətlər:
- Məktəb kollektivi və müxtəlif psixoloji yardım təşkilatları ilə əlaqə yaradaraq, onları maariflənməsinə, fakültədə aparılan tədqiqatların nəticələri ilə tanış olmasını nail olmaq;
- Məktəb müəllimləri və müxtəlif psixoloji yardım təşkilatlarının əməkdaşları üçün açıq tədris resursları formalaşdırmaq;
- Fakültədə aparılan tədqiqatların nəticələrini özündə əks etdirən kütləvi vəsaitlər hazırlamaq və aidiyyatı insanlar arasında yaynmaq.
Strateji hədəf 3.2. Ömür boyu təhsil proqramı üzrə təhsil xidməti göstərmək.
Strateji fəaliyyətlər:
- Məzunlar üçün maarifləndirmə proqramları təşkil etmək.
Strateji hədəf 3.3. Tələbələrin təşkilatlanma mexanizmini və sosial şəraitini təkmilləşdirmək.
Strateji fəaliyyətlər.
- Tələbə-universitet-valideyn əməkdaşlığına nail olmaq;
- Tələbələrin karyera quruculuğuna dəstək göstərmək;
- Tələbələrə psixoloji dəstək xidmətinin həyata keçirmək;
- Tələbələrlə sosial layihələrinin keçirilməsinə üstünlük vermək və onların davamlılığının təmin etmək.
Strateji hədəf 3.4. Məzunlarla əlaqə mexanizmini təkmilləşdirmək.
Strateji fəaliyyətlər:
- Məzun günləri təşkil etmək;
- Məzunların əlamətdar tədbirlərə dəvət etmək;
- Məzunlarla elektron əlaqə saxlamaq, qarşılaşdıqları metodiki problemlərin aradan qaldırılmasına dəstək vermək.
STRATEJİ MƏQSƏD 4. BEYNƏLMİLƏLƏŞMƏNİ İNKİŞAF ETDİRMƏK
Strateji hədəf 4.1. Tələbə və müəllimlərin beynəlxalq mübadilə proqramlarında iştirakına dəstək vermək.
Strateji fəaliyyətlər:
- Beynəlxalq mübadilə prosedurlarının sadələşdirmək;
- Beynəlxalq tərəfdaşlarla əlaqələrin səmərəli təşkilinə nail olmaq;
Strateji hədəf 4.2. Beynəlxalq ikili diplom proqramların yaradılmasına çalışmaq.
Strateji fəaliyyətlər:
- Fakültənin ixtisasları baxımından nüfuzlu universitetlərlə ikili diplom proqramlarının təşkilinə nail olmaq.
STRATEJİ MƏQSƏD 5. ÇEVİK İDARƏETMƏ SİSTEMİNİ FORMALAŞDIRMAQ
Strateji hədəf 5.1. Fakültənin idarəetməsində səmərəliliyi davamlı olaraq yüksəltmək.
Strateji fəaliyyətlər:
- Akademik və inzibati heyətin vəzifə təlimatlarına uyğun fəaliyyətini təmin etmək;
- Akademik və inzibati heyətin fəaliyyətini ölçmə sistemlərini davamlı inkişaf etdirmək;
- Fəaliyyətin motivasiya sistemlərini ədalətli formada həyata keçirilməsini təkmilləşdirmək;
Strateji hədəf 5.2. İnformasiya resurslarının idarə edilməsində səmərəliliyi yüksəltmək.
Strateji fəaliyyətlər:
- İdarəetmənin informasiya Sisteminin qurulmasına nail olmaq;
- Fakültədə mobil tətbiqləri dəstəkləmək, “online” xidmətlərinin çoxaltmaq;
Dekan: prof. H.Ə.ƏLİZADƏ