
Vəfa Zafir qızı Babayeva 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1994-cü ildə Sumqayıt şəhər 20 saylı orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə qəbul olmuşdur. 1998-ci ildə Tərcümə fakültəsinin bakalavr pilləsini, 2000-ci ildə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə “Klassik İngilis poeziyasında bədii ifadə, bədii təsvir vasitələri və onların Azərbaycan dilinə tərcümə yolları” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarı ilə filologiya elmləri namizədi alimlik dərəcəsi, 2016 cı ildə dosent elmi adı almışdır.
2000-ci ildən ildən ADU-nun İngilis dilinin tarixi və leksikası kafedrasında çalışmağa başlamışdır. 2007-2008-ci illərdə 2№li İngilis dili fakültəsində tədris işləri üzrə dekan müavini, 2008-2010-cu illərdə Tərcümə fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2010-2013-cü illərdə 2№li İngilis dili fakültəsinin, 2014-2017 -ci illərdə Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültənin dekanı vəzifəsində çalışmışdır. 2024-cü ilin noyabr ayından ADU-nun İngilis və fransız dilləri fakültəsinə rəhbərlik edir.
Bir sıra kurslarda, müxtəlif beynəlxalq konfranslarda və bir sıra xarici ölkələrdə təlimlərdə iştirak etmişdir.