f.f.d., b/m Leyla Elşad Qızı Qocayeva
Leyla Elşad qızı Qocayeva 10.08.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2010-2014-cü illərdə Bakı Slavyan Universitetinin Filologiya və Jurnalistika fakültəsində (bakalavr pilləsi üzrə) təhsil almış, “İngilis dili müəllimliyi” ixtisasını bitirmişdir. 2014-2016-cı illərdə Azərbaycan Dillər Universitetinin “Ədəbiyyatşünaslıq” ixtisası üzrə magistr pilləsini tamamlamışdır. 2018-2023-cü ildə “Dünya ədəbiyyatı (ABŞ üzrə) ixtisası üzrə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildən etibarən Azərbaycan Dillər Universitetinin əməkdaşıdır. 2024-cü ildə Xarici ölkələr ədəbiyyatı kafedrasının 0,5 baş müəllimi vəzifəsinə seçilmişdir, hal-hazırda “İxtisas ölkəsinin ədəbiyyatı” kafedrasında fəaliyyətini davam etdirir. Yerli və xarici bir çox konfranslarda, simpozium və forumlarda məruzələrlə çıxış etmiş, nüfuzlu jurnallarda məqalələr dərc etdirmişdir. Həmçinin ixtisası ilə bağlı bir sıra beynəlxalq təlimlərdə iştirak etmiş, sertifikatlarla təltif olunmuşdur. Leyla Qocayevanın iştirak etdiyi proqramlara - University Teaching (The University of Hong Kong), Generative AI in Education (University of Glasgow), Modern & Contemporary American Poetry ( University of Pennsylvania), Artificial Intelligence (AI) Education for Teachers (Macquarie University), Teaching Character and Creating Positive Classrooms (Relay Graduate School of Education), Innovative education (verified badge), Teach English Now. Capstone Project 1 (Arizona State University), Teach English Now. Foundational Principles (Arizona State University) və s. daxildir.