Kafedralar

b/m Leyla Astan qızı Əliyeva

 Leyla Astan qızı Əliyeva 27.10.1983-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2000-2004-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində (bakalavr pilləsi üzrə) təhsil almış, 2004-2007-cu illərdə həmin fakültənin  magistr pilləsini (qiyabi) fərqlənmə   diplomu  ilə tamamlamışdır. 2018-ci ildən etibarən müəllim vəzifəsində çalışır. 2024-cü ildə Xarici ölkələr ədəbiyyatı kafedrasının 1,0 baş müəllimi vəzifəsinə seçilmişdir, hal-hazırda “İxtisas ölkəsinin ədəbiyyatı” kafedrasında fəaliyyətini davam etdirir.  Yerli və xarici bir çox konfranslarda, simpozium və forumlarda məruzələrlə çıxış etmiş, nüfuzlu jurnallarda məqalələr dərc etdirmişdir. Həmçinin ixtisası ilə bağlı bir sıra beynəlxalq təlimlərdə iştirak etmiş, sertifikatlarla təltif olunmuşdur.