Nigar Eldar qızı Süleymanova
Nigar Eldar qızı Süleymanova 1980-ci il təvəllüdlü, azərbaycanlı, ali təhsillidir. 2001-ci ildə Qərb Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsinin bakalavriatura, 2006-ci ildə isə İngilis ədəbiyyatı üzrə magistratura səviyyələrini bitirmişdir. O, 2008 – 2012-ci illərdə ADU-nun “Xarici ölkələr ədəbiyyatı” kafedrasının aspirantı olmuş, 2015-ci ildə “XX əsr ingilis və azərbaycan ədəbiyyatında “kütlə və hakimiyyət” romanının tipologı uyqunluqları (O.Haksli, C.Oruell, Y.Samedoqlu)” mövzusunda 5718.01 – Dünya ədəbiyyatı (ingilis) ədəbiyyatı ixtisası üzrə dissertasiya işini müdafiə etmiş və 2015-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
N.E. Süleymanova 2012-2016-ci illərdə Azərbaycan Dillər Universitetinin “Xarici ölkələr ədəbiyyatı” kafedrasında müəllim, 2016-2018-cı illərdə həmin kafedrada baş müəllim və 2018-2021-ci illərdə dosent əvəzi. 2022-ci ildə AAK tərəfindən dosent elmi adı verilmişdir.
N.E. Süleymanova müntəzəm olaraq elmi tədqiqatla məşğul olur, respublika və beynəlxalq miqyaslı elmi konfranslarda məruzələrlə çıxış edir. Onun dərs vəsaiti, fənn proqramları, həmmüəllifsiz seçmə fənn proqramı, 20-dən çox elmi məqalə və tezisləri ölkəmizdə və xarici ölkələrdə çap edilmişdir. 2020-cı ildən «Особенности жанра антиутопии в английской литературе» adlı dərs vəsaitinin müəllifidir.