Kafedralar

b/m Günel Təvəkkül qızı Əliyeva

Günel Təvəkkül qızı Əliyeva 1998–2002-ci illərdə Azərbaycan Dillər Universitetinin Roman-German filologiyası (alman dili üzrə bakalavr pilləsi) fakültəsində təhsil almış, 2004–2006-cı illərdə həmin fakültənin magistr pilləsini tamamlamışdır. 2018-ci ildə Azərbaycan Dillər Universitetində doktorantura təhsilini başa vurmuşdur. 2006-cı ildən etibarən pedaqoji fəaliyyətlə məşğuldur. Müxtəlif illərdə Azərbaycan Dillər Universitetində, Azərbaycan Turizm və Menecment Universitetində, eləcə də XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində müəllim vəzifəsində çalışmışdır. Hal-hazırda “İxtisas ölkəsinin ədəbiyyatı” kafedrasında fəaliyyətini davam etdirir.

O, bir çox elmi və beynəlxalq konfranslarda, seminar və forumlarda iştirak etmiş, məruzələrlə çıxış etmiş və nüfuzlu elmi jurnallarda məqalələr dərc etdirmişdir. Günel Əliyevanın elmi maraq dairəsinə alman ədəbiyyatı, müasir humanitar elmlərin aktual problemləri və ədəbiyyatda absurdluq fenomeni daxildir.

Eyni zamanda “Frans Kafkanın Məhkəmə romanında absurdluq və totalitarizmin təcəssümü” adlı elmi məqaləsi dərc olunmuşdur.

Bundan əlavə, Günel Əliyeva bir sıra ixtisasartırma kurslarında, təlimlərdə və beynəlxalq proqramlarda iştirak etmişdir. Onların sırasında “Konversationsworkshops mit Landeskunde DACH” (2019), “German C1 – International World-Language Courses” (2022–2025), “Müəllim pedaqoji psixologiyası” xüsusi təlimi (2023) və “Sosium” platformasının “Elmlə baş-başa” layihəsi çərçivəsində keçirilən Prof. Dr. Nevzat Tarhanın “Gələcəyin insan modeli” adlı elmi konfransı (2024) yer alır.

2025-ci  ilin noyabr sayında “Current Issues of the Humanities” jurnalında (№90, səh. 115–120)  isə yeni məqalə dərc olunacaqdır . 

Günel Əliyeva Azərbaycan, türk, alman və rus dillərini mükəmməl bilir, elmi və pedaqoji fəaliyyətini daim inkişaf etdirməkdədir.