f.f.d.,b.m. Mirzəzadə Türkan Nizami qızı
f.f.d.,b.m. Mirzəzadə Türkan Nizami qızı 1989-cu ildə anadan olmuşdur. 2006-2010-cu illərdə ADPU-da bakalavr təhsili, 2010-2012-ci illərdə ADU-da magistr təhsili almışdır. 2016-cı ildə ADU-da Doktorantura pilləsini tamamlayaraq, 2020-ci ildə Filologiya üzrə Fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2017-ci ildən ADU-da müəllim kimi fəaliyyət göstərir.
Yerli və xarici bir çox konfranslarda, simpozium və forumlarda məruzələrlə çıxış etmiş, nüfuzlu jurnallarda məqalələr dərc etdirmişdir. Həmçinin bir sıra beynəlxalq təlimlərdə iştirak etmiş, sertifikatlarla təltif olunmuşdur. Türkan Mirzəzadənin iştirak etdiyi proqramlara - William Shakespeare's Romeo & Juliet: An Actor's Perspective by University of Colorado Boulder and offered through Coursera 22 iyul 2025,“Old Norse Mythology in the Sources” , The American Renaissance and Frederick Douglass (Dartmouth College),The American Renaissance and Walt Whitman (Dartmouth College),The American Renaissance and Ralph Waldo Emerson (Dartmouth College) ,The American Renaissance and Mark Twain (Dartmouth College) , The American Renaissance and Harriet Beecher Stowe (Dartmouth College),Greek and Roman Mythology (University of Pennsylvania), Innovative Teaching with ChatGPT (Vanderbilt University), və s. daxildir.