Kafedralar

Haciyeva Aytən Cavanşir qızı

2006-cı ildə Sankt Peterburq Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşam. 2011-ci ildə Universitetin Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasını bitirmişəm. 2011-2014-cü illərdə Sank Peterburq Dövlət Universitetinin Xarici dillər və linqvodidaktika kafedrasında müəllim asistenti işləmişəm.

2014-2017-ci illərdə Moskva Dövlət Linqvistika Universitetinin Beynəlxalq əməkdaşlıq mərkəzinin Xarici universitetlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində 1-ci dərəcəli mütəxəssis vəzifəsində işləmişəm.

2017-2020-ci illər Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin Aspirantura şöbəsində təhsil almışam. Elmi işimin mövzusu Britaniya siyasətçilərinin nitqlərində ekspressivlik (Marqaret Tetçer və Boris Consonun çıxışları əsasında).