Kafedralar

ADU-nun Filologiya fakültəsi nəzdində

“Dünya ədəbiyyatı və nəzəriyyəsi” kafedrası haqqında məlumat

 

“Dünya ədəbiyyatı və nəzəriyyəsi” kafedrası Azərbaycan Dillər Universitetində 1993-cü ildə yaradılan “Ədəbiyyat tarixi” kafedrasının bazasında formalaşdırılıb.  Belə ki, 2005-ci ildə “Ədəbiyyat tarixi”  kafedrasının adı dəyişdirilərək “Xarici ölkələr ədəbiyyatı” adlandırılıb. ADU-da gedən struktur dəyişiklikləri ilə əlaqədar universitetin Elmi şurasının 7 may 2025-ci il tarixli əmrinə əsasən “Xarici ölkələr ədəbiyyatı” kafedrası iki yerə ayrıldıqdan sonra onun bir hissəsi “Dünya ədəbiyyatı və nəzəriyyəsi” adı altında fəaliyyətə başlayıb. Müxtəlif illərdə kafedraya fil.e.d., prof. Qorxmaz Quliyev, fil.e.d., prof. Zeydulla Ağayev, fil.e.d., prof. Svetlana Cəbrayılova, fil.e.d., prof. Aynur Sabitova, Fil.e.d., prof. Yeganə Abdullayeva rəhbərlik edib. 2026-cı ilin fevral ayından etibarən “Dünya ədəbiyyatı və nəzəriyyəsi” kafedrasına filologiya elmlər doktoru, professor Şahin Xəlilli rəhbərlik edir.

 

 

“Dünya ədəbiyyatı və nəzəriyyəsi” kafedrasının fəaliyyəti hal-hazırda əsasən Filologiya fakültəsi və Magistratura şöbəsinin dərslərini əhatə edir.

 

1.     Kafedranın profili üzrə  istiqaməti:

 

Kafedranın elmi-tədqiqat və tədris işlərı aşağıdakı istiqamətlərdə aparılır: Dünya ədəbiyyatı, Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid.

Kafedranın professor-müəllim heyəti Filologiya fakültəsinin bakalavriatura, eləcə də magistratura səviyyələrində nəzəri və praktik məşğələlər aparır, magistrant və doktorantlara  elmi rəhbərlik edir.

 

3.     Kafedrasının əsas məqsəd və vəzifələri:

 

- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirə, seminar

   və praktik dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;

- pedaqoji və istehsalat təcrübəsi, tələbələr tərəfindən sərbəst işlərin yerinə yetirilməsinə nəzarət edilməsi;

- kafedra əməkdaşlarının  Dünya ədəbiyyatı və nəzəriyyəsinin tədris olunmasında və tələbələrin bilik səviyyələrinin inkişaf etməsində əhəmiyyət kəsb edən innovativ metod və texnologiyalardan geniş şəkildə istifadə etməsi;

- dərslik, dərs vəsaitləri, metodiki vəsaitlər hazırlanması,    

- elmi tədqiqat işlərinin müzakirəsinin təşkil edilməsi;

- təcrübəli müəllimlər tərəfindən açıq dərslərin keçirilməsinin təşkil edilməsi.

 

 

4Kafedranın elmi fəaliyyəti:

Kafedra əməkdaşları dərslik, dərs vəsaiti, fənn proqramları, metodiki vəsaitlərin hazırlanması istiqamətlərində iş aparırlar. Dünya ədəbiyyatı və nəzəriyyəsinin müxtəlif sahələrinin aktual problemlərinə dair elmi-tədqiqat işlərini yerinə yetirirlər.

Kafedranın əməkdaşları Azərbaycan Dillər Universitetində və ölkənin digər universitetlərində keçirilən beynəlxalq və respublika əhəmiyyətli elmi konfrans və forumlarında iştirak edirlər.

Kafedra əməkdaşları xaricdə və ölkəmizdə çıxan müxtəlif jurnallarda məqalələr dərc etdirirlər.

 Kafedra “Dünya ədəbiyyatı” (5718.01) ixtisasında fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə mütəxəssis hazırlayır.

 

 

Fəlsəfə doktoru proqramı üzrə doktorantlar

1.     Kərimova Nərmin Yalçın qızı

2.     Əliyeva Mehriban Rizvan qızı

3.     Dadaşov Coşqun Dadaş oğlu

4.     Süleymanova Günay Şakir qızı

5.     Hüseynli Aysu Məhəmmədəli qızı

6.     İnas Laheg

 

Fəlsəfə doktoru proqramı üzrə dissertantlar

1.     Əliyeva Leyla Astan qızı

2.     Əliyeva Günay Telman qızı

3.     Abdullayeva Fidan Malik qızı

 

Elmlər doktoru proqramı üzrə dissertantlar

1.     Əliyeva Ülviyyə Çingiz qızı

 

 

Kafedranın yerli və beynəlxalq əlaqələri:

 

Kafedranın müəllimləri həm respublika, həm də beynəlxalq səviyyəli konfranslarda iştirak edir, müxtəlif mövzularda tezislər və məruzələr çap etdirirlər. Bu məlumat onların elmi-metodiki əsərlərinin siyahısında öz əksini tapır.

Kafedra akademik əməkdaşlıq çərçivəsində də fəaliyyət göstərir. “İslam Əməkdaşlıq Təşkilatı”na üzv olan Əlcəzair Respublikası vətəndaşı İnas Laheg kafedranın doktorantları sırasındadır. 

 

6Tələbə Elmi Cəmiyyəti üzrə kafedranın fəaliyyəti:                                      

Kafedra tələbələrlə Tələbə Elmi Cəmiyyəti çərçivəsində əməkdaşlıq edir. Tələbələr kafedra müəllimlərinin rəhbərliyi altında müxtəlif səpkili tezislərlə elmi cəmiyyətin illik konfransında çıxış edirlər.

 

7Kafedrada tədris olunan fənlər:

Bakalavriatura səviyyəsi üzrə:

1.     Dünya ədəbiyyatı – 60/90 saat

2.     Ölkə ədəbiyyatı (ingilis) – 60/75/90 saat

3.     Ölkə ədəbiyyatı (alman) – 60/75/90 saat

4.     Ölkə ədəbiyyatı (ispan) – 60/75/90 saat

5.     Ölkə ədəbiyyatı (fransız) – 60/75/90 saat

6.     Ədəbiyyat nəzəriyyəsi – 60 saat

7.     Ədəbiyyatşünaslığın əsasları – 60 saat

8.     Şifahi xalq ədəbiyyatı (ingilis) – 30/60 saat

9.     Şifahi xalq ədəbiyyatı (alman) – 30/60 saat

10. Şifahi xalq ədəbiyyatı (ispan) – 30/60 saat

11. Şifahi xalq ədəbiyyatı (fransız) – 30/60 saat

 

 

Magistratura səviyyəsi üzrə:

1.Ədəbiyyatşünaslığıın müasir problemləri – 45 saat

2. Ədəbiyyat və psixoanaliz – 45 saat

3. Romanın modifikasiyası – 45 saat

4. Dramın modifikasiyası – 45 saat

5. Müasir ədəbiyyatda mif – 45 saat

6. XX əsr poeziyasında ədəbi cərəyanlar – 45 saat

7. Ədəbi komparativistika – 45 saat

8. Bədii təhlil və interpretasiya – 45 saat

 

Kafedrada 17 seçmə fənn universitetin bakalavriatura və magistratura səviyyəsi üzrə tədris edilir:

 

1.     Qərb dramaturgiyası – 60 saat

2.     Müasir ədəbi proses – 60 saat

3.     Bədii ədəbiyyatda antiutopiya janrı – 60 saat

4.     Ədəbiyyatda psixologizm – 60 saat

5.     Bədii ədəbiyyatda elmi fantastika janrı – 60 saat

6.     XX əsr ədəbiyyatında mifoloji motivlər – 60 saat

7.     Ədəbiyyat və incəsənət – 60 saat

8.     XX əsr Qərbi Avropa ədəbiyyatının əsas təmaülləri – 60 saat

9.     XX əsr ədəbiyyatında magik realzim – 30 saat

10. Qərb ədəbiyyatında kiçik nəsr – 45 saat

11. XX əsr poeziyası – 30 saat

12. XX-XXI əsr kəsiyində bədii nəsr – 45 saat

13. Postkolonial ədəbiyyat – 45 saat

14. Ədəbi diskurs – 45 saat

15. Ədəbi tənqidin poetikası – 45 saat

16. Süni zəka və ədəbiyyatşünaslıq – 45 saat

17. Qlobal mədəniyyət və ədəbiyyat – 45 saat

 

8Kafedranın professor-müəllim heyəti:

 

Kafedrada cəmi 24 əməkdaş olmaqla 3 professor, 10 dosent, 3 f.e.d.,

12 f.f.d., 2 baş müəllim, 7 müəllim və 2 laborant fəaliyyət göstərir.

 

1.     F.e.d.,prof. Xəlilli Şahin Həmid oğlu Kafedra müdiri

2.     Fil.e.d., prof. Əliyeva Həmidə Əhməd qızı

3.     Fil.e.d., prof. Abdullayeva Yeganə Atamoğlan qızı

4.     Fil.f.d., dos. Əliyeva Xuraman İlqar qızı

5.     Fil.f.d., dos. Əliyeva Ülviyyə Çingiz qızı

6.     Fil.f.d., dos. Rəhimova Ülviyyə Həsaməddin qızı

7.     Fil.f.d., dos. Əsədzadə Rasimə Fərhad qızı

8.     Fil.f.d., dos. Musayeva Afət Qorxmaz qızı

9.     Fil.f.d., dos. Hüseynli Gilə Mehdi qızı

10.     Fil.f.d., dos. Məmmədova Samirə Arif qızı

11.  Fil.f.d., dos. Kərimli Turan Arif qızı

12.  Fil.f.d., dos. İsmayılova Nərgiz Rəfail qızı

13.  Fil.f.d., dos. Tağızadə İlahə Qədir qızı

14.  Fil.f.d., bm. Salamova Əzizə Sahib qızı

15.  Fil.f.d., bm. Əliyeva Səyyarə Tahir qızı

16.  Müəllim. Dadaşov Coşqun Dadaş oğlu

17. Müəllim. Almuradova Zivər Rövşən qızı

18. Müəllim. Bağırova Gülşən Malik qızı

19. Müəllim. Kərimova Nərmin Yalçın qızı

20. Müəllim. Bəhrami Şəms Ramiz qızı

21. Müəllim. Məmmədli Ləman Ələsgər qızı

22  Müəllim.Həmidə Əliyeva Muxtar qızı

23. Lab. Abbasova Lalə Elmir qızı

24. Lab. Heydərli Şəbnəm Müqabil qızı