Kafedralar

ADU-nun Filologiya fakültəsi nəzdində

İngilis dilinin üslubiyyatı kafedrası haqqında

M Ə L U M A T

(2024-2025)

 

1. İngilis dilinin üslubiyyatı kafedrası  Azərbaycan Dillər Universitetində 1993-cü il 22 mart tarixli əmr əsasında təsis edilib. Həmin vaxta qədər isə kafedra “Roman-German filologiyası” adı altında fəaliyyət göstərib. Kafedraya 1984-cü ilə kimi filologiya üzrə fəlsəfə doktoru, dosent Məryəm Səlim qızı Qarayeva, 1984-2013-cü illər filologiya elmləri doktoru, professor Mehparə Tələt qızı Qayıbova, 2013-2014-cü illər filologiya elmləri doktoru, professor Fikrət Fətiş oğlu Cahangirov, 2014-2019-cu illər filologiya elmləri doktoru, dosent Sevinc Saday qızı Zeynalova rəhbərlik edib. 2019-cu ilin may ayından kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Kamal qızı Hacıyevadır.

İlkin olaraq “İngilis dilinin üslubiyyatı” adlanan kafedra 2008-ci ildə “İngilis dilinin üslubiyyatı və nitq mədəniyyəti”, 2017-ci ildən “İngilis dilinin leksikologiyası və üslubiyyatı”, 2024-cü ildən isə yenidən “İngilis dilinin üslubiyyatı” (Əmr № 76; 05.09.2024) adlandırılmağa başladı.

 

          2.  Kafedranın profili üzrə  istiqaməti: Hal-hazırda kafedranın elmi-tədqiqat və tədris işlərı aşağıdakı istiqamətlərdə aparılır: ingilis dilinin funksional üslubları, üslubi ifadə vasitələri və ingilis dilinin lüğət tərkibinin tədrisi, ritorika, dil və mədəniyyət, diskurs təhlili və koqnitiv dilçilik problemləri, ingilis dilinin müxtəlif səviyyələrdə tədrisi, linqvistik praqmatika problemləri və s. Kafedranın professor-müəllim heyəti Filologiya fakültəsinin, eləcə də İngilis və alman dilləri, İngilis və fransız dilləri fakültələrinin bakalavriatura səviyyəsində, həmçinin magistratura səviyyəsində nəzəri və praktik məşğələlər aparır, həmçinin bakalavr, magistrant və doktorantlara  elmi rəhbərlik edir.

 

3. Kafedrasının əsas məqsəd və vəzifələri:

- akademik fəaliyyəti daha da inkişaf etdirmək və universitetin elmi mühitinə öz

   töhfəsini vermək;

- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirə, seminar

   və praktik dərsləri yüksək elmi-nəzəri və metodiki səviyyədə aparmaq;

- cari və dövlət imtahanlarını təşkil etmək və keçirmək;

- tələbələrin danışıq, dinləmə, anlama, oxu və yazı kimi nitq vərdişlərini inkişaf

  etdirmək;

- kafedran ın bütün əməkdaşlarını dilin tədris olunmasında və tələbələrin bilik və dil

  vərdişlərinin inkişaf etməsində böyük əhəmiyyət kəsb edən innovativ metod və

  informasiya texnologiyalarından geniş şəkildə istifadə etməyə cəlb etmək;

- dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və əyani vəsaitlər hazırlamaq,    

  rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki

  ədəbiyyata rəy vermək;

- tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsini təşkil etmək;

- gələcək üçün yüksək səviyyəli kadr yetişdirmək məqsədilə tələbələrlə iş və

  əməkdaşlıq aparmaq;

- təcrübəli müəllimlər tərəfindən açıq dərslərin keçirilməsini təşkil etmək.

 

 

4. Kafedranın  elmi fəaliyyəti:

Kafedra əməkdaşları lüğət tərtibi, dərslik, dərs vəsaiti, fənn proqramları, metodik işləmə istiqamətlərində iş aparırlar. Dərsliklər və dərs vəsaitləri akademik təhsil standartlarına uyğun dil səviyyələrinə görə auditoriyalarda istifadə olunur.

Kafedranın əməkdaşları ADU-da və digər universitetlərdə keçirilən beynəlxalq və respublika elmi konfrans və forumlarında fəal iştirak edib məqalə və tezislərlə çıxış edirlər.

          İl boyu kafedrada müntəzəm şəkildə iclaslar və müzakirələr keçirilir. Bu iclaslarda kafedranın illik planında əks olunmuş məsələlər cari məsələlərlə bərabər müzakirə olunur və iclas protokolunda əks olunur.

Kafedra əməkdaşları xaricdə və ölkəmizdə çıxan müxtəlif jurnallarda məqalələr dərc etdirirlər. Müntəzəm olaraq dilini tədris etdikləri ölkə ilə sıx əlaqələr yaradır, xarici seminar və  konfranslarda iştirak edirlər.

 

5. Kafedranın yerli və beynəlxalq əlaqələri: Kafedranın əməkdaşları Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti və bir sıra başqa universitetlərlə əlaqələr yaradıblar. Kafedranın professor-müəllim heyəti bu universitetlərdə keçirilən konfrans, simpozium və tədbirlərdə çıxış edirlər.

Kafedra Kiyev Milli Linqvistik Universitetinin professor-müəllim heyəti ilə (prof. O.P.Vorobyova, dos. Tatyana Timkova), Amerika Təhsil Şurası və Azərbaycan Dillər Universiteti arasında akademik əməkdaşlıq çərçivəsində kafedraya təhkim olunmuş ABŞ vətəndaşları (Mary Catherine Boehmer, Kouçehbağ Sara Yahyavi və s.) ilə, həmçinin Orhun mübadilə proqramı çərçivəsində Qırğızıstanın Qırğız-Türk Manas Universitetinin müəllim heyəti ilə əməkdaşlıq edir.

Kafedranın əməkdaşları müxtəlif beynəlxalq konfranslarda iştirak edirlər ki, bu məlumat onların elmi-metodiki əsərlərinin siyahısında öz əksini tapır.

 

6. Tələbə Elmi Cəmiyyəti üzrə kafedranın fəaliyyəti:                                      

Kafedra tələbələrlə Tələbə Elmi Cəmiyyəti çərçivəsində sıx əməkdaşlıq edir. Tələbələr kafedra müəllimlərinin rəhbərliyi altında müxtəlif səpkili tezislərlə elmi cəmiyyətin illik konfransında çıxış edirlər.

 

7. Kafedrada tədris olunan fənlər:

 İngilis dilinin  üslubiyyatı kafedrası üzrə aşağıdakı fənlər tədris olunur:

 

Bakalavriatura səviyyəsi üzrə:

1.     İngilis dilinin stilistikası - 60 saat

2.     İngilis dilinin üslubiyyatı - 45 saat

3.     Üslubiyyat və ritorika - 30 saat

4.     İngilis dilinin leksikologiyası - 45/60/90 saat

5.     Dil tarixi – 30 saat

6.     İngilis dili - (1, 2, 3) -90 saat

7.     Dil bacarıqları (1, 2, 3, 4, 5, 6) -75/60/120/90 saat

8.     Öyrənilən əsas dil-(1, 2, 3, 4) -105/90 saat

9.     Xarici dildə işgüzar və akademik kommunikasiya - (1, 2, 3, 4) -90 saat

10. Ritorikaya giriş – 60/30 saat

11. İngilis dilində söz yaradıcılığı-30/45/60 saat

12. İngilis dili və incəsənət -90/60/45 saat

13. Media məqsədləri üçün ingilis dili-45/60/75 saat

14. İngilis danışıq modelləri-45/60/75 saat

15. Akademik yazı və oxu-45 saat

16. İngilis idiomları və mədəniyyət-60 saat

17. Filmlər vasitəsilə ingilis dili-45 saat

18. İngilis dilində funksional üslublar – 75 saat

19. İngilis dilində yazılı ünsiyyət – 75 saat

20. Yüksək ünsiyyət bacarıqları – 75 saat

 

Magistratura səviyyəsi üzrə:

1.     Koqnitiv dilçiliyin əsasları - 30 saat

2.     Praqmatikanın əsasları - 45 saat

3.     Dil və mədəniyyət - 45 saat

 

Kafedrada bir sıra əsas fənlərlə yanaşı, 20 seçmə fənn də proqramları və digər sənədləri ilə birgə universitetin fakültələrində tədris edilir:

1. Leksikologiya (Lexicology)

2. İngilis dili və incəsənət (English through Arts)

3. Akademik yazı və oxu (Academic Writing and Reading)

4. İngilis danışıq modelləri (Conversational English Models)

5. Hüquqi məqsədlər üçün ingilis dili (Legal English)

6. Siyasi ingilis dili (Political English)

7. İngilis idiomları və mədəniyyət (English Idioms through Culture)

    8. Ritorikaya giriş (Introduction to Rhetoric)   

         9. İngilis dilində funksional üslublar (English through Functional Styles)   

        10. İngilis dilində söz yaradıcılığı (Word Formation in English

        11. Media məqsədləri üçün ingilis dili (English for Media Literacy)

        12. İngilis dilində akademik söz ehtiyatı (Academic Word Skills)

       13. İngilis dilində yazılı ünsiyyət (Written Communication in English)

       14. Yüksək ünsiyyət bacarıqları (Advanced Communication Skills)

       15. Akademik oxu bacarıqları (Academic Reading Skills)

       16. İngilis dilində söz birləşmələri (Academic English through Collocations)

       17. Mədəniyyətlər vasitəsilə ünsiyyət (Communicating Across Cultures)

      18. Yüksək oxu bacarıqları (Advanced Reading Skills)

      19. Tənqidi oxu və yazı (Critical Reading and Writing)

      20. Filmlər va­si­tə­silə ingilis dili (English through Films)   

 

8. Kafedranın professor-müəllim heyəti:

Kafedranın müəllim professor  heyəti:

Sıra nömrəsi

Ad, ata adı, soyad

ştat

1.

Fil.f.d., dosent  Aytən  Kamal qızı Hacıyeva  (kafedra mudiri)

0.5

2.

Fil.e.d., professor  Fikrət  Fətiş oğlu Cahangirov

0.5

3.

Fil.e.d., professor  Sevinc  Saday qızı Zeynalova

0.5

4.

Fil.e.d., professor  Aysel İlqar qızı Məmmədbəyli

1

5.

Fil.f.d., dosent  Lalə Asif qızı Hüseynova

1

6.

Fil.f.d., dosent  İradə Nadir qızı Sərdarova

1

7.

Fil.f.d., dosent  Aytən Musa qızı Allahverdiyeva

1

8.

Fil.f.d., dosent  İradə Amin qızı Səmədova

1

9.

Fil.f.d., dosent  Nigar Aydın qızı Mədətova

1

10.

Fil.f.d., dosent  Günay  Fəxrəddin qızı Bağırova

1

11.

Fil.f.d., dosent  İzaura Füzuli qızı Şirinova

1

12.

Fil.f.d., dosent  Afaq Azər qızı Eminli

1

13.

F.f.d.,baş müəllim  Ramilə Bəbir qızı Alışova

1

14.

Baş müəllim  Rəna Telman qızı Əliyeva

1

15.

Baş müəllim  Səadət Nadir qızı Aslanova

1

16.

Baş müəllim  Pərvanə Müzəffər qızı Ağazadə

1

17.

Baş müəllim  Nigar Asif qızı Bağırova

1

18.

Baş müəllim  Həlimə Əlövsət qızı Muradzadə

0.5

19.

Baş müəllim  Sevda Əsgər qızı Fətillayeva

1

20.

Baş müəllim  Lalə Əli qızı Namazova

0.5

21.

Baş müəllim  Nüşabə Mirzə qızı Əbdülrəhimova

1

22.

Baş müəllim  Günel Xanlar qızı Yunusova

1

23.

Baş müəllim  Gülnar Rafiq qızı Nağıyeva

1

24.

Baş müəllim  Aydan Feyruz qızı Quliyeva

0.5

25.

Baş müəllim  Nərgiz Səməd qızı Səlimova

1

26.

Baş müəllim  Nərmin Kamil qızı Mustafayeva

0.5

27.

Müəllim  Səbinə Gülmirzə qızı Nurəliyeva

0.5

28.

Müəllim  Lətifə Vüqar qızı Şirzadova

0.5

29.

Müəllim  Ülkər Arif qızı Cəfərova

0.5

30

Baş laborant  Aytac Azər qızı Qocayeva

1

31.

Laborant  Türkan Faiq qızı Qurbanlı

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kafedra müdiri:                                                        dos.A.K.Hacıyeva