Kafedralar

Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası

 

ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası 08.08.2017-ci il əmr № 1/290 ilə yaradılmışdır.

Xarici dillərin tədrisi metodikası  kafedrasının fəaliyyət istiqamətləri aşağıdakı sahələri əhatə edir. Bu istiqamətlər kafedranın tədris, elmi-tədqiqat və praktik fəaliyyətini müəyyən edir:

 1. Dil Tədrisi və Tədris Metodikası

  • Xarici dillərin (ingilis, fransız, alman) müasir tədris metodlarının öyrənilməsi və tətbiqi
  • Ənənəvi və innovativ metodikaların (kommunikativ, tapşırıq əsaslı, inteqrativ və s.) müqayisəli təhlili
  • Onlayn və hibrid dərslərdə effektiv metodikaların işlənməsi

 2. Tədris Resurslarının Hazırlanması

  • Xarici dil fənləri üzrə tədris proqramlarının, dərsliklərin, metodik vəsaitlərin tərtibi
  • Kafedranın elektron bazasının yaradılması (tezis, məqalə, dissertasiya işi və s.)

3. Dil müəllimlərinin hazırlığı və peşəkar inkişafı

  • Xarici dil müəllimləri üçün metodiki təlimlər, seminarlar və treninqlər
  • Müəllim fəaliyyətinin inkişaf strategiyaları
  • Müəllim portfoliolarının hazırlanması

 

Kafedranın əsas məqsədi müasir pedaqoji və innovativ texnologiyalar əsasında xarici dillərin tədrisi üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını, tədris prosesinin keyfiyyətinin yüksəldilməsini, elmi-metodik fəaliyyətin inkişafını təmin etmək və beynəlxalq standartlara uyğun kafedra modeli formalaşdırmaqdır.

 

 

Kafedranın əsas vəzifələri aşağıdakılardır:

- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş praktik, seminar və digər tip dərslərin müasir təhsil sisteminin tələblərinə uyğun şəkildə yüksək elmi-nəzəri səviyyədə aparılması;

- pedaqoji təcrübəyə, tələbələr tərəfindən sərbəst işlərin yerinə yetirilməsinə nəzarət edilməsi;

-  kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin işlənib hazırlanması və yenilənməsi və müvafiq qaydada təsdiq üçün təqdim olunması;

-  magistrlik işlərinə rəhbərlik edilməsi;

- elmi-pedaqoji və elmi kadrların, kafedra əməkdaşlarının və digər iddiaçıların (doktorant və dissertantların) dissertasiyalarının müzakirə edilib rəy verilməsi;

- tamamlanmış elmi-tədqiqat və elmi-metodik işlərin müzakirəsi, onların dərslərdə istifadə edilməsi;

- kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

- respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi, həmin təcrübənin yayılması;

- yeni işə başlayan və gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda elmi-metodiki köməklik göstərilməsi;

- tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlərin, metodiki rəhbərlik və göstərişlərin, əyani vəsaitlərin hazırlanması;

- təhsilalanlar arasında tərbiyə işinin təşkili.

 

Xarici Dillərin Tədrisi Metodikası Kafedrasının Elmi Fəaliyyəti

 

Xarici dillərin tədrisi metodikası kafedrası pedaqoji elmlərin müasir inkişaf istiqamətlərinə uyğun şəkildə elmi-tədqiqat fəaliyyətini həyata keçirir. Kafedra əməkdaşları dil tədrisinin innovativ metodları, kommunikativ yanaşmalar, tapşırıq əsaslı öyrənmə və interaktiv təlim texnologiyaları sahəsində tədqiqatlar aparırlar. Müəllimlər həmçinin ingilis, alman, fransız dillərinin tədrisində metodoloji yeniliklərin tətbiqini öyrənir və elmi konfranslarda müntəzəm çıxış edirlər. Kafedranın elmi fəaliyyəti həm tədris keyfiyyətinin yüksəldilməsinə, həm də gələcək müəllimlərin peşəkar inkişafına xidmət edir.

Kafedranın Yerli və Beynəlxalq Əlaqələri

 Kafedra Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələri, təhsil institutları ilə elmi və pedaqoji əməkdaşlıq edir. Həmçinin bir sıra xarici universitetlərlə xüsusilə Avropa və türk dilli ölkələrin ali məktəbləri ilə əlaqələr qurulmuşdur. Bu əlaqələr müəllimlərin və tələbələrin elmi-pedaqoji fəaliyyətinin inkişafına geniş imkanlar yaradır.

Tələbə Elmi Cəmiyyəti üzrə Fəaliyyət

Kafedra Universitet nəzdində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinə (TEC)  tələbələri cəlb edərək tələbələrin elmi maraqlarını araşdırır və onları elmi fəaliyyətə cəlb edir. Tələbələr müxtəlif mövzularda araşdırmalar aparır, məqalələr yazır və nəticələrini elmi tədbirlərdə, konfranslarda təqdim edirlər. Müəllimlərin rəhbərliyi ilə hazırlanan bu layihələr gənc tədqiqatçıların formalaşmasına, həmçinin onların gələcək pedaqoji və elmi fəaliyyətlərinə möhkəm zəmin yaradır.

 

Kafedrada tədris olunan fənlər:  

Kafedra üzrə tədris olunan fənlər ali təhsilin bakalavriat və magistratura səviyyələrində həm əsas, həm də seçmə fənlər qrupuna daxildir. Bu fənlər tələbələrin peşəkar kompetensiyalarının formalaşdırılmasına, xarici dillərin tədrisinin nəzəri əsaslarını və müasir metodlarını mənimsəmələrinə, eləcə də təhsil sahəsində elmi-tədqiqat fəaliyyətinə hazırlanmasına xidmət edir. Kafedrada tədris olunan fənlər müasir təhsil tələblərinə uyğun olaraq hazırlanmış proqramlar əsasında keçirilir və tələbələrin gələcək peşə fəaliyyətində zəruri olan nəzəri bilik və praktik vərdişlərə yiyələnməsini təmin edir.

 

 

 

Kafedranın professor-müəllim heyəti haqqında:

Hal-hazırda kafedra üzvlərinin 4 nəfəri pedaqogika, 4 nəfəri filologiya, 1 nəfəri isə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi ilə fəaliyyət göstərir, eyni zamanda 8 nəfər  dosent, 9 nəfər baş müəllim, 8 nəfər isə müəllimdir. Kafedra üzvlərinin ümumi sayı laborantlarla birgə 31 nəfər təşkil edir.

 

Soyadı, adı, atasının adı Ştat
1 ped.f.d, dos. Hüseynova Sevinc Ramiz (kaf. müdir.) 1
2 t.f.d., dos. Əskərov Vazeh Eldəniz  0.5
3 fil.f.d., dos. Heybətov Qələmşah Nuru 0.5
4 fil.f.d., dos. Cəfərova Səfurə Əmir 0.5
5 fil.f.d., dos. Quliyeva Ülkər Mənsur 0.5
6 ped.f.d., dos. Qəribova Mehbarə Niftulla 1
7 ped.f.d., daxili dos. Fərəcbəyli Könül Tahir 0.5
8 ped.f.d.,  daxili dos. Mehrəliyeva Jalə Fuad 0.5
9 f.f.d.,  daxili dos. Əliyeva Nuriyyə Mirhəbib 0.5
10 b/m. Həsənova Raya Təbriz 1
11 b/m. Hüseynova Gülxar Əkrəm 1
12 b/m. Salmanova Jalə Oktay 1
13 b/m. Mustafayeva Sənubər Əlhadi 0.5
14 b/m. Əliyeva Yaqut Mirbala 0.5
15 b/m. İsgəndərova İlhamə Qərib 0.5
16 b/m. Eyvazlı Günel Hüseyn 0.5
17 b/m. Davudova Elfinaz Hicran 0.5
18 b/m. Bəylərova İradə Cəfər (əvəzçi) 1
19 b/m. Babayeva Leyla Fuad 0.5
20 m. Əliyeva Təhminə İlqar (sosial məzuniyyət)  1
21 m. Piriyeva Tükəz Nadir 0.75
22 m. Mustafayeva Venera Razim 0.5
23 m. Təhməzova Aynur Yaşar 0.5
24 m. Qasımova Xəyalə Əlisoltan 0.5
25 m. Bədiyeva Nuranə Həzrət 0.5
26 m. Əlizadə Nahidə Asif 0.5
27 Lab. Aysel Məhərrəm qızı Qurbanzade 1
28 Lab. Fəxriyyə Cabir qızı Quliyeva (sosial məzuniyyət) 1
29 Lab. Nərmin İlqar qızı Məsimova 0.5
30 Lab. Aytəkin Tacəddin qızı Sahibova 0.5
31 Lab. Könül Şakir qızı Paşayeva (əvəzçi) 1