AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
ÜMUMİ DİLÇİLİK KAFEDRASI
I. Kafedra haqqında ümumi məlumat:
Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrası 2000-ci ilin may ayında yaradılmışdır. Kafedranın tərkibinə professorlar, dosentlər, baş müəllimlər, doktorantlar, dissertantlar, magistrantlar, tədris və yardımçı heyət daxildir. Kafedraya filologiya elmlər doktoru, professor Azad Yəhya oğlu Məmmədov rəhbərlik edir. Bu illər ərzində kafedrada yüksək elmi potensiallı professor və müəllim heyəti cəmlənmişdir.
II. Kafedranın profil üzrə əsas istiqamətləri:
Bu gün ADU-nun filologiya fakültəsi respublikamızda universitet sistemində filoloqların hazırlanmasında aparıcı yerlərdən birini tutur. Fundamental filoloji və geniş humanitar hazırlıq fakültəni bitirən gənc mütəxəssislərə təhsillərini doktorantura və dissertanturada davam etdirməyə, yeni əlavə və əlaqəli peşələrə asanlıqla yiyələnməyə imkan verir. Kafedranın əsas istiqamətləri:
1. Tədris fəaliyyəti: a) baza fənlərinin tədrisi; b) ixtisaslaşma; c) xüsusi kursların tədrisi;
2. Elmi fəaliyyət: a) konfranslar, seminarlar və dəyirmi masaların təşkili; b) Respublikada və onun hüdudlarından kənarda müvafiq kafedralarla elmi-yaradıcılıq əlaqələrin yaradılması; c) kafedranın əməkdaşlarının məqalə və tezislərinin nüfuzlu jurnallarda nəşri; ç) magistrantlar, doktorantlar və dissertantlarla mütəmadi görüşlərin təşkili və onlara tədqiqat sahələri üzrə təklif və tövsiyələrin verilməsi;
3. Tələbələrlə görüşlər: a) tələbələrin maraq və istəklərini öyrənmək üçün auditoriyadan kənar görüşlərin təşkili; b) sərbəst işlərin, magistrlik dissertasiyalarının, eləcə də konkret mövzular üzrə reprezentasiyaların hazırlanması istiqamətində tövsiyə və göstərişlərin verilməsi; ç) ixtisasları üzrə bilikləri dərinləşdirmək üçün elmi-nəzəri ədəbiyyatın seçilməsində tələbələrə yardımların göstərilməsi; ç) təhsilalanlarla görüşlərdə onların maraq, istəkl və təkliflərinin öyrənilməsi və mühazirə mətnlərinin hazırlanmasında bu məqamların nəzərə alınması; d) seçmə fənlərin seçilməsində təhsilalanlara müvafiq bilik və tövsiyələrin verilməsi; e) bakalavriat və magistratura səviyyələrində təhsil alanlara nəzəri mənbələrlə işləmək vərdişlərinin aşılanması.
III. Kafedranın məqsəd və vəzifələri:
Ümumi dilçilik kafedrası ADU-nun əsas struktur bölməsi kateqoriyasına daxildir, tədris-metodiki və elmi-tədqiqat fəaliyyətini, tələbələrlə təlim-tərbiyə və dərsdənkənar işləri, habelə elmi-pedaqoji kadrların hazırlanması və ixtisaslaşdırma işini həyata keçirir. Ümumi dilçilik kafedrası nəzəri kafedra kimi ümumi dilçilik, Azərbaycan dilçiliyi, germanistika (ingilis, alman dilləri), romanistika (fransız, ispan), türkologiya sahələri üzrə pedaqoji və elmi kadrların hazırlanması üzrə tədris-metodiki və elmi-tədqiqat fəaliyyətini həyata keçirir.
Kafedranın vəzifələri:
Kafedranın fəaliyyəti aşağıdakı vəzifələrin həyata keçirilməsinə yönəldilmişdir:
- tədris-metodiki və təşkilati-məsləhət işlərinin sistemli şəkildə aparılması;
- kafedranın müəllim və əməkdaşlarının tədris-metodiki işilərinin əlaqələndirilməsi və nəzarət edilməsi;
- tədris texnologiyasının müasirləşdirilməsi və tədris prosesinin təşkilinin perspektivli formalarının tətbiqi;
- elmi-pedaqoji kadrların hazırlanması;
- akademik fənlərin tədrisində qabaqcıl təcrübələrin təhlili, ümumiləşdirilməsi və yayılması;
- ali təhsilli mütəxəssislərin peşə hazırlığını təmin etmək üçün əsas və ixtisas fənlərinin tədrisinin keyfiyyətinin davamlı olaraq yüksəldilməsi;
- müəllimlərin elmi-tədqiqat işlərinin koordinasiyası və tələbələrin elmi-tədqiqat işlərinin təşkili;
- ali universitet təhsilli mütəxəssisin harmonik inkişaf etmiş şəxsiyyətinin formalaşdırılması, tələbələrdə vətəndaş və ictimai fəallığının tərbiyəsi və inkişafı;
- tələbələr, magistrantlar və doktorantlarla yaradıcı işin təşkili və həyata keçirilməsi.
- tələbələrin tədris fəaliyyətinin keyfiyyətinin və kafedranın profili üzrə mütəxəssislərin hazırlanmasının keyfiyyətinin müntəzəm təhlili;
- kafedra tərəfindən dövlət təhsil standartlarına uyğun dərsliklər, dərs vəsaitləri, tədris-metodiki ədəbiyyatın, ümumi və xüsusi kurslar üzrə fənlərin proqramlarının hazırlanması;
- kafedranın əməkdaşları və digər kafedralar tərəfindən həyata keçirilən dərsliklərə, dərs vəsaitlərinə, tədris-metodiki ədəbiyyata, habelə tədris proqramlarına rəylərin hazırlanması.
IV. Kafedranın elmi fəaliyyəti:
Kafedra müəllimlərinin xeyli sayda dərslikləri, dərs vəsaitləri, monoqrafiyaları, lüğətləri, eləcə də nəzəri və tətbiqi dilçilik sahəsinə aid elmi məqalələri respublikamızda və ondan kənarda nüfuzlu jurnal və dərgilərdə çap olunmuş və olunmaqdadır.
Kafedranın əməkdaşları ADU-da Beynəlxalq və Respublika səviyyəli konfransların təşkilində yaxından iştirak edirlər. Kafedranın əməkdaşları Azərbaycanda və xarici ölkələrdə keçirilmiş Respublika və Beynəlxalq konfranslarda məruzələrlə vaxtaşırı çıxış edirlər.
Nəzəri statuslu Ümumi dilçilik kafedrasında dissertasiya işlərinin müzakirələri, müasir dilçiliyin aktual məsələləri kafedranın seminar və iclaslarında müzakirə olunur. Kafedranın iclaslarında onun gələcək perspektivlərinə dair məsələlər müzakirə olunur. Kafedranın professorları respublikamızda doktorant və dissertantların yetişməsində yaxından iştirak edirlər.
V. Kafedranın yerli ve beynəlxalq əlaqələri:
Qabaqcıl elmi-metodiki təcrübəni ümumiləşdirmək və yaymaq, onlara elmi-texniki xidmət göstərmək məqsədi ilə elmi müəssisə və təşkilatlarla sıx əlaqə yaratmaq. Xarici təhsil mərkəzləri ilə elmi əməkdaşlığın həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin inkişafı. Tədrisin bütün səviyyələrində elmi tədqiqat və tədris prosesinin inteqrasiyası.
VI. Kafedranın tələbə elmi cəmiyyəti üzrə fəaliyyəti:
- tələbələrə müstəqil işin və dərsdənkənar işlərin təşkilində köməklik göstərmək;
- tələbələrə tezis və məqalələrin hazırlanmasında müvafiq göstəriş və tövsiyələri vermək;
- tələbələrlə işin təşkili və tələbələrin peşəyönümündə iştirak etmək, hazırlıq kurslarında dərslərin keçirilməsi;
- digər ali məktəblər və elmi-tədqiqat müəssisələri ilə tələbələrin yaradıcı əlaqələrinin qurulması;
VII. Kafedrada tədris olunan fənlər:
Ümumi dilçilik kafedrasında həm bakalavriat, həm də magistratura səviyyəsində nəzəri fənləri tədris edilir. Kafedrada aşağıdakı fənlər tədris olunur:
Bakalavriat səviyyəsi üzrə:
Dilçiliyə giriş, Ümumi dilçilik, Dilçiliyin əsasları, Dilçilik tarixi, Dil və cəmiyyət, Dil və ünsiyyət;
Magistratura səviyyəsi üzrə: Diskurs təhlili, Korpus dilçiliyi, Koqnitiv dilçiliyin əsasları, Praqmatikanın əsasları, Sosiolinqvistika, Dil və mədəniyyət, Etnolinqvistika, Mətn dilçiliyi, Semantika, Semiotika, Dilçiliyin müasir problemləri, Struktur tipologiya, Kontrastiv dilçilik, Törəmə dilçilik və s.
|
Sıra nömrəsi |
Ad, ata adı, soyad |
ştat |
|
1. |
Akad. Kamal Mehdi oğlu Abdullayev |
0.25 |
|
2. |
Fil.e.d.,prof. Azad Yəhya oğlu Məmmədov (kafedra mudiri) |
0.5 |
|
3. |
Fil.e.d.,prof.Fəxrəddin Yadigar oğlu Veysəlli (məsləhətçi professor) |
|
|
4. |
Fil.e.d., prof. Çingiz Məmməd qızı Qaraşarlı |
0.5 |
|
5. |
Fil.e.d.,dos. Jalə Əhməd qızı Qəribova |
0.5 |
|
6. |
Fil.e.d. Afaq Həsən qızı Qəmbərova |
0.5 |
|
7. |
Fil.f.d., dos. Zenfira Mürsəl qızı Quliyeva |
0.5 |
|
8. |
Fil.f.d., dos. İlahə Zabil qızı Əliyeva |
0.75 |
|
9. |
Fil.f.d., dos. Cəmil Məmmədağa oğlu Babayev |
1 |
|
10. |
Fil.f.d.,dos. Yaşar Alim oğlu Nuriyev |
0.5 |
|
11. |
Fil.f.d., b/m. Minəxanım Əfqan qızı Hacıyeva |
0.5 |
|
12. |
B/m. Solmaz Tofiq qızı Köçərli |
1 |
|
13. |
B/m.Fərəh Qılıncxan qızı Orucova |
1 |
|
14. |
B/m. Aytən Yunis qızı Hacıyeva |
1 |
|
15. |
B/m. Məmməd Allahverdi oğlu İsmayılov |
0.5 |
|
16. |
m. Solmaz Vəli qızı Əhmədova(bas laborant) |
1 |
|
17. |
m. Yeganə İltifat qızı Qasımova |
0.25 |
|
18. |
m. Sevinc Fəxrəddin qızı Hüseynova |
0.5 |
|
19 |
Bas laborant Gülsən Kamil qızı Ələkberova |
1 |