Filologiya fakültəsi
Azərbaycan Dövlət Dillər İnstitutunun bazasında Azərbaycan Dillər Universitetinin yaradılması bu ali məktəbin həyatında yeni mərhələnin başlanğıcı oldu. Universitet rəhbərliyi ayrı-ayrı ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək və bölmələrin işinə rəhbərliyi gücləndirmək və idarəetmə mexanizmini təkmilləşdirmək məqsədilə 2001-ci ilin oktyabrında fakültələri və onların nəzdində fəaliyyət göstərən kafedraları əhatə edən struktur dəyişiklikləri həyata keçirdi. Universitet Elmi Şurasının 7 sentyabr 2001-ci il tarixli əmrinə əsasən yenicə adı dəyişdirilmiş “İngilis dili və Roman-german filologiyası” fakültəsinin bazasında “Roman-german filologiyası” və “2 №-li İngilis dili” fakültələri yaradıldı. 2001-ci ilin dekabrında keçirilmiş seçkilərdə professor Zahid Quliyev “Roman-german filologiyası” fakültəsinin dekanı seçilmişdir. Rektorun əmrinə əsasən aşağıdakı kafedralar fakültənin tərkibinə daxil edilmişdir:
1). Azərbaycan dilçiliyi kafedrası-prof. Adil Babayev
2). İngilis dilinin leksikası və üslbiyyatı kafedrası-prof.Mehparə Qayıbova
3).Ədəbiyyat tarixi kafedrası - prof.Zeydulla Ağayev
4). Psixologiya kafedrası- prof.Muxtar Həmzəyev
5). Bədən tərbiyəsi və idman kafedrası - b/m.Fəxrəddin Əliyev
2006-cı ilin yanvarın 12-də Roman-german filologiyası fakültəsinə yeni dekan seçkisi nəticəsinə görə Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağıyeva dekan seçilmişdir. Ş.B.Nağıyeva bir il bu vəzifədə işləmişdir.
Tədris işləri üzrə dekan müavini fil.e.d., professor Fikrət Cahangirov 08 may 2007-ci il tarixində Roman-german filologiyası fakültəsinə dekan seçilmişdir.
ADU-nun Elmi Şurasının 29 may 2009-cu il tarixli qərarı və Universitet rektorunun 99 №-li, 01 iyul 2009-cu il tarixli əmrinə əsasən Roman-german filologiyası fakültəsinin adı dəyişdirilərək Filologiya fakültəsi adlandırılmış və professor F.F.Cahangirov həmin fakültəyə yenidən dekan seçilmiş və 2009-2013-cü illərdə Filologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
Filologiya fakültəsi ADU-nun 07 fevral 2013-cü il tarixli 17 saylı əmrinə əsasən Fransız və Alman dilləri fakültəsi ilə Filologiya fakültəsinin birləşməsi əsasında yaranmışdır. Fakültənin ümumi tarixi yeni olsa da, onun infrastrukturu özünəməxsus və təkrarolunmaz tarixə malikdir. Bu tarixin başlanğıcı 1948-ci ilə təsadüf edir. Filologiya fakültəsinin möhkəm təmələ əsaslanan keçmişi, dövrün nəbzini tutan bu günü və ümidli gələcəyi var. Fakültənin tarixində “filyer” adlanan xüsusi tədris proqramları tətbiq olunaraq özünəməxsus yer tutmuş, “filyer” təcrübəsi genişlənmiş və bir müddət sabiq fakültəni bütöv şəkildə əhatə etmişdir.
Filologiya fakültəsinin təməlində sonradan adları dəyişmiş və əməkdaşları fəaliyyətini digər kafedralarda davam etdirmiş mərhum prof. M.S.Qarayevanın rəhbərlik etdiyi Roman-german filologiyası və s. bu kimi əsl elm ocağı olan kafedralar olmuşdur. Onların fəaliyyəti bütövlükdə fakültənin inkişafında mühüm rol oynamışdır.
Fakültənin tədris prosesində yeni tədris planlarının tətbiqi, onların daim təkmilləşdirilməsi yeni Dövlət Standartlarına uyğun aparılır. Filologiya fakültəsində bütün ixtisaslar üzrə tədrisin kredit sistemi ilə təşkili Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuşdur ki, bu sistem vasitəsi ilə tələbə mobilliyi təmin edilmiş və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurları asanlaşdırmış, eləcə də Boloniya prinsipləri ardıcıl olaraq həyata keçirilmişdir.
Fakültədə elmi-tədqiqat işləri sahəsində elmin inkişafı üzrə Milli Strategiyanı əldə rəhbər tutan əməkdaşlar, elmi-tədqiqat işlərinin prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və mühüm ictimai-mədəni məsələlərin həllinə uyğun müəyyənləşdirməyə, elm sahəsində idarəetmə sistemini, elmi infrastrukturu modernləşdirməyə, yüksək ixtisaslı kadrları hazırlamağa, elmdə varisliyi qorumağa, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatını yaxşılaşdırmağa, elmin nominativ hüququ bazasını gücləndirməyə çalışmaqla, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına istiqamət almasına səy göstərirlər.
Fakültədə tərbiyə və təhsil prosesinin elmi şəkildə təşkili,bu prosesin əhatə etdiyi bütün aspektlərin nəzərə alınması, elmi cəhətdən planlaşdırılması, idarə olunması, görülən işlərə nəzarət edilməsi və uçotunun aparılması kimi çoxşaxəli iş aparılır.
Fakültədə müvafiq ixtisaslar üzrə ixtisas fənləri Azərbaycan, ingilis, fransız, alman, rus və ispan dillərində tədris olunur.
Fakültədə ixtisaslar üzrə hal-hazırda təhsil alan tələbələrin sayı:
Filologiya (ingilis dili və ədəbiyyatı) - 180
Filologiya (fransız dili və ədəbiyyatı) - 71
Filologiya (alman dili və ədəbiyyatı) - 74
Filologiya (ispan dili və ədəbiyyatı) - 21
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) - 116
Filologiya (rus dili və ədəbiyyatı) - 48
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi - 119
Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə) - 174
Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə) - 69
Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə) - 71
Jurnalistika (tədris ingilis dilində) – 190
Ümumi cəm: 1133
Filologiya fakültəsi üzrə professor-müəllim heyəti barədə statistik məlumatlar
|
Elmi dərəcə və vəzifələr |
Azərbaycan ədəbiyyatı |
Azərbaycan dilçiliyi |
Dünya ədəbiyyatı və nəzəriyyəsi |
İngilis dilinin üslubiyyatı |
Xarici dillərin tədrisi metodikası |
Alman dilinin fonetikası və qrammatikası |
Fransız dilinin fonetikası və qrammatikası |
Avropa Dilləri |
Ümumi dilçilik |
|
Akademik |
1 |
|
|
|
|
|
|
|
1 |
|
Fil.e.d., professor |
|
1 |
1 |
3 |
|
|
|
3 |
|
|
Ped.e.d., professor |
|
|
|
|
|
|
|
1 |
|
|
Filologiya elmləri doktoru |
1 |
|
1 |
|
|
|
|
|
2 |
|
Fil.f.d., dosent |
5 |
6 |
7 |
8 |
5 |
2 |
4 |
12 |
4 |
|
Ped.f.d., dosent |
|
|
|
|
5 |
1 |
|
|
|
|
Filologiya üzrə fəlsəfə doktoru |
1 |
3 |
4 |
1 |
1 |
1 |
1 |
|
1 |
|
Pedaqogika üzrə fəlsəfə doktoru |
|
|
|
|
|
|
|
|
|
|
Umumi professor və müəllim heyəti |
23 |
26 |
18 |
29 |
33 |
12 |
11 |
30 |
18 |
Fakültənin müvafiq illər üzrə dekanları:
- Dos. Vüsalə Elxan qızı Ağabəyli (2017-2019)
- Prof. Şahin Həmid oğlu Xəlilli (2019-2024)
- Prof.Həmidə Əhməd qızı Əliyeva (2024-2025)
- Dos.Aynur Muxtar qızı Budaqova (cari)
Fakültənin akademik və professorları:
Fakültənin akademik və professorları:
1. Akad. Kamal Mehdi Abdulla
2. Akad. Muxtar Kazim İmanov
3. P.e .d., prof. Dilarə Əbdül İsmayılova (məsləhətçi professor)
4. Fil.e.d.,prof.Fəxrəddin Yadigar Veysəlli (məsləhətçi professor)
5. Fil.e.d.,prof. Adil Məhəmməd oğlu Babayev (meslehetci professor)
6. Fil.e.d., prof. Çingiz Məmməd Qaraşarlı
7. Fil.e.d.,prof. Azad Yəhya Məmmədov
8. Fil.e.d., professor Məmmədbəyli Aysel İlqar qızı
9. Fil.e.d., prof. Fikrət Fətiş Cahangirov
10. Fil.e.d., professor Sevinc Saday Zeynalova
11. Fil.e.d., prof. Həmidə Həmid qızı Əliyeva
Fakültədə aşağıdakı əcnəbi müəllimlər dərs aparmışlar:
- Ştefani Matzer (Avstriya akademik mübadilə xidməti proqramı ilə 2016-2017-ci tədris ilindən ADU-da 5 il müddətinə lektor vəzifəsində çalışıb);
- Noemi Krisztina Tanczos (Avstriya akademik mübadilə xidməti proqramı ilə 2021-2022-ci tədris ilindən ADU-da 1 il müddətinə lektor vəzifəsində çalışıb);
- Mara Liza (Alman akademik mübadilə xidməti proqramı ilə 2018-2019-cu tədris ilindən ADU-da 5 il müddətinə lektor vəzifəsində çalışır) ;
- Lisa brandt( Alman akademik mübadilə xidməti proqramı ilə 2024- 2025)
- Adina Veselic (Alman akademik mübadilə xidməti proqramı ilə 2024-2025)
Filolologiya fakültəsi nəzdində fəaliyyət göstərən kafedraların müəllim-professor heyəti və bir neçə əməkdaşları Erasmus+,Orhun və s. Mübadilə programlarında və adları qeyd olunan lahiyələr üzrə xarici ölkələrdən eyni zamanda fakültə adları qeyd olunmuş lahiyələr üzrə xarici ölkələrdən mübadilə programları üçün bir sıra professor-müəllim və tələbə heyəti qəbul etmişdir.
Filologiya fakültəsi nəzdində “Qədim dil (Sanskrit) tədris olunduğuna görə bu fənni tədris etmək üçün xarici ölkələrdən bir neçə müəllim dəvət olunmuşdur;
Macarıstandan ph.d. Anna Piko (2021-2022)
Hindistandan Dhruv Triverdi (2024-2025)
2017-2025-ci il tarixləri aralığında Xarici Universitetlərdə
təhsil almış tələbələrin siyahısı
2017/2018-ci tədris ilinin I yarimilində Dil və ədəbiyyat müəllimliyi (alman dili) ixtisası üzrə tələbə Mehtiyeva Əminət Natiq qızı (qr. 339) Almaniyanın Heidelberg Pedaqoji Universitetində;
2018/2019-ci tədris ilinin I yarimilində Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) ixtisası üzrə tələbə Aslanova Sahilə Xəlil qızı (qr. 438a) Erasmus+ proqramı xətti ilə İspaniyanın Mursiya Universitetində;
2019/2020-ci tədris ilinin II yarimilində Filologiya (ispan dili və ədəbiyyatı) ixtisası üzrə tələbə Kazımova Zeynəb Hacıağa qızı (qr. 232) Erasmus+ proqramı xətti ilə İspaniyanın Kadiz Universitetində;
2019/2020-ci tədris ilinin II yarimilində (Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə tələbə Mütəllimli Elvin Zakir oğlu (qr. 229a) Erasmus+ proqramı xətti ilə Ruminiyanın Sibiu şəhərinin Lusian Blaqa Universitetində;
2019/2020-ci tədris ilinin II yarimilində (Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) ixtisası üzrə tələbə Süleymanova Lalə Yaşar qızı (qr. 331) Erasmus+ proqramı xətti ilə Ruminiyanın Piteşti Universitetində;
2021/2022-ci tədris ilinin I yarimilində Dil və ədəbiyyat müəllimliyi (fransız dili) ixtisası üzrə tələbə Mehdiyeva Nəzrin Elşad qızı (qr. 436) Erasmus+ proqramı xətti ilə Fransanın Ruan Universitetində;
2021/2022-ci tədris ilinin II yarimilində Filologiya (ispan dili və ədəbiyyatı) ixtisası üzrə tələbə Cabbarlı Sənan Zaur oğlu (qr. 333) Erasmus+ proqramı xətti ilə İspaniyanın Kadiz Universitetində;
2021/2022-ci tədris ilinin II yarimilində Filologiya (ispan dili və ədəbiyyatı) ixtisası üzrə tələbə Nəbiyeva Ülviyyə Fazili qızı (qr. 333) Erasmus+ proqramı xətti ilə İspaniyanın Kadiz Universitetində;
2022/2023-cü tədris ilinin II yarimilində Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) ixtisası üzrə tələbə Mahmudova Mədinə Mehman qızı (qr. 340) Erasmus+ proqramı xətti ilə Ruminiyanın Alexandru İoan Cuza İasi Universitetində təhsil almışlar.
2024/2025-ci tədris ilinin II yarimilində Filologiya (ingilis dili və ədəbiyyati) ixtisasi üzrə tələbə Burziyeva Aytən Ziyafət qizi (qr.335b) Qlobal Bakalavr Mubadilə programi xətti iləABŞ-ın North Central College Universitetində;
2024/2025-ci tədris ilinin I yarimilində Filologiya (rus dili və ədəbiyyati) ixtisasi üzrətələbə Bəşirzade Aynur Qadir qizi (qr.340) Erasmus+ programi xətti ilə Polşanin Gdanski Universitetində;
2024/2025-ci tədris ilinin II yarimilində Jurnalistika ixtisası üzrə tələbə Zeynalli Nigar Namiq qizi (qr.346a) Welcome to ENU akademik mobillik program xətti ilə Qazaxistanin L.N.Qumilyov adina Aviasiya Milli Universitetində;
2024/2025 -ci tədris ilində Filologiya(Alman dili və ədəbiyyati) ixtisası üzrə tələbə Aytac Osmanova Zahid (qr.437) DAAD HSK təqaüdü ilə Trier Universitetində dil kursunda;
2024/2025 -ci tədris ilində Alman dili və ədəbiyyati müəllimliyi ixtisası üzrə tələbə Vəlizade Banu Allahverdi (qr.443) DAAD HSK təqaüdü ilə Heidelberg Universitetində dil kursunda;
2024/2025 -ci tədris ilində Alman dili və ədəbiyyati müəllimliyi ixtisası üzrə tələbə Isgəndərli Günel Zülal (qr.443) DAAD HSK təqaüdü ilə Heidelberg Universitetində dil kursunda;
2024/2025 -ci tədris ilində Alman dili və ədəbiyyati müəllimliyi ixtisası üzrə tələbə Zülfüqarova Gülşən Rovşən (qr.443) DAAD HSK təqaüdü ilə Ludwig Maximilians Universitetində dil kursunda;
2024/2025 -ci tədris ilində Alman dili və ədəbiyyati müəllimliyi ixtisası üzrə tələbə Hüseynli Günel Eyvaz (qr.443) DAAD HSK təqaüdü ilə Friedrich-Schiller Jena Universitetində dil kursunda;